Arxiv
23 Fervral 2019, 12:09 | DİASPOR
Nyu Yorkda yaşayan azərbaycanlı vətənpərvər...

Onun haqqında ilk dəfə Nyu Yorkda yaşayan əməkdar artist Telman Cəlilovdan eşitmişdim. Azərbaycan naminə gördüyü işləri çox yüksək qiymətləndirirdi. Nəhayət ki, bu vətənpərvər xanımla görüşümüz baş tutdu…

Deyir ki, Amerikaya gəlmək istəyən hər kəsə bir tövsiyəsi var: “Gələndə Vətən sevgisini də ürəklərində gətirsinlər. Yalnız bu sevgi onlara və özlərindən sonra gələn xələflərinə milli kimliklərini unutmağa imkan verməyə bilər"…

Haqqında söhbət açdığım Zəminə xanım Mirhadiyeva Ağdam rayonunda dünyaya gəlsə də,  Bakıda böyüyüb. 1967-ci ildə 7 nömrəli orta məktəbi bitirib. Bir il fasilədən sonra Azərbaycan Dövlət Universitetinə qəbul olunub. 1974-cü ildə oranı jurnalist ixtisası ilə başa vurub. Eyni zamanda kiçik yaşlarından 64 və 100 xanalı beynəlxalq dama üzrə idman növü ilə məşğul olub, məşqçi kimi də fəaliyyət göstərib. Bir müddət Teleradio şirkətində, "İdman xəbərləri"ndə müxbir işləyib. 1988-ci ildə "Azərbaycan Qadınlar Şurası"na üzv olub. Bu təşkilatın xətti ilə bir sıra xeyriyyə layihələrini həyata keçirib. 20 yanvar hadisələrində və eləcə də Qarabağ döyüşlərində yaralananlara dava-dərmanla yardım edib. Bu məqsədlə şəxsi vəsaitindən həmin təşkilata 9000 manat pul da köçürüb. O vaxtlar Özbəkstanda yüksək vəzifədə çalışan qardaşı Elman İbrahimovun ölkəmizə təmənnasız göndərdiyi dərmanların müxtəlif xəstəxanalara çatdırılmasında yaxından iştirak edib…

"O vaxtlar Azərbaycanın çox çətin günləri idi. Özüm şəxsən xəstəxanalara gedir, tələb olunan dərmanların adlarını öyrənir, rəhmətlik qardaşım Elmana xəbər edirdim. O da qısa zamanda həmin dərmanları öz şəxsi vəsaiti ilə alır və beynəlxalq yük daşıyan avtomobillərlə bizə göndərirdi"… 

…2000-ci ildən ABŞ-ın Nyu York ştatının Bruklin şəhərində yaşayır. 2005-ci ildə "Azərbaycan Nyu York Assosasiyası"nı yaradanlardan biri olub. Hazırda həmin təşkilatın vitse-prezidentidir. Təşkilat indiyədək xeyli işlər görüb. Hər il yanvarın 20-də məsciddə ehsan süfrələri açır, bu faciəylə bağlı kitablar sərgiləyirlər. Xocalı soyqrımı günündə isə "erməni missiyası" adlandırılan inzibati binanın, eləcə də BMT-nin qarşısında üçrəngli bayrağımız və plakatlarla piket keçirirlər. Hər dəfə mayın 28-də, turistlərin bol olduğu yerdə, məşhur Vol Strit-də, təşkilatın səyi nəticəsində bayrağımız on gün dalğalanır. Novruz, Həmrəylik günü bayramlarında restoran kirayələyib şənliklər təşkil edirlər. Üzeyir Hacıbəylinin hər doğum günündə çay süfrəsi açıb, dahi bəstəkarın musiqilərini dinləyir, sevgi dolu çıxışlarla onu yada salırlar. 

Tədbirlərdə vaxtaşırı Bruklinin meri Erik Adams da iştirak edir. Yeri gəlmişkən, bu günlərdə Xocalı soyqrımı günü ilə əlaqədar növbəti dəfə BMT-nin qarşısında piket keçirməyi planlaşdırırlar…

…Çox adamlara əl tutub. Buraya onu deyib gələn soydaşlarımıza maddi yardım edərək, kirayəyə ev də tutub, bəzilərinin cibinə xərclik də qoyub, iş də tapıb. Təşəkkür edəni də olub, özünü o yerə qoymayanı da…

Amma heç vaxt narazılıq etmir. Bunu insanların xasiyyəti, tərbiyəsi ilə əlaqələndirir…

"Ən gözəl biclik düzlükdür. Əməli saleh adam dünyanın harasına getsə işi avand olar. Amerikalıların belə bir kəlamı var- "Dürüstlük ən yaxşı siyasətdir"", - Zəminə xanım deyir…

Ömrünün kamillik dövrünü yaşayan, bu müdrik, ürəyi Azərbaycan sevgisi ilə dopdolu olan xanımın böyüklüyünə heyran qaldım…


Elman Eldaroğlu,
ABŞ, Miçiqan

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənilər cəbhədə təxribatlara davam edir 22 Sentyabr 2019, 09:36 Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq 22 Sentyabr 2019, 09:31 “İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək DƏYİŞİKLİK GÖZLƏNİLİR” 22 Sentyabr 2019, 09:20 Bakıda 9 yaşlı uşağı yük maşını vurdu 22 Sentyabr 2019, 00:34 Güclü külək Goranboyda fəsadlar törətdi 22 Sentyabr 2019, 00:16 Tacikistanda rüs əsgərlərinə hücum edildi 21 Sentyabr 2019, 23:54 Ermənistanda qubernator köməkçisi ordu zabitini öldürdü 21 Sentyabr 2019, 23:09 Neftin bölüşdürülməsi problem yaratdı 21 Sentyabr 2019, 22:47 İran, Çin və Rusiya ilə birgə hərbi təlimlərə hazırlaşır 21 Sentyabr 2019, 22:33 Rektor tələbələrə daha 10 tövsiyə verdi 21 Sentyabr 2019, 22:10 Xəzərdə dalğanın hündürlüyü 6,3 metrə çatdı 21 Sentyabr 2019, 21:58 Gecə klubundakı atışmada 2 nəfər ölüb   21 Sentyabr 2019, 21:39 Albaniyada güclü zəlzələ: yaralılar var 21 Sentyabr 2019, 21:25 İcma sədrindən ATƏT-də Qarabağ çağırışı 21 Sentyabr 2019, 21:06 Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının nümayəndələri İstanbulda - FOTO                        21 Sentyabr 2019, 20:48 Bakıda dünya çempionatının qalibləri mükafatlandırılıb 21 Sentyabr 2019, 20:34 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 21 Sentyabr 2019, 20:18 Güclü külək Bakıda toz dumanı yaradıb 21 Sentyabr 2019, 20:01 “Topaz”dan texniki problemlə bağlı MÜRACİƏT 21 Sentyabr 2019, 19:07 Ermənistan Dilqəmlə Şahbazı azad edə bilər - Yerevan müzakirə aparır 21 Sentyabr 2019, 18:43 Bakıda küləyin sürəti 38 m/s-yə çatıb 21 Sentyabr 2019, 18:28 “Türk ocağı” Azərbaycanda bərpa olundu - Akif Aşırlı başqan seçildi - YENİLƏNİB 21 Sentyabr 2019, 17:51 Bakıda küçələrə atılan azyaşlıya görə cinayət işi açıl 21 Sentyabr 2019, 17:18 Ordumuzun bir hərbçisi həlak oldu 21 Sentyabr 2019, 17:14 Azərbaycanda 3030 boşanmış və 204 dul qalmış qadın yenidən ƏRƏ GEDİB 21 Sentyabr 2019, 17:00 Tokio-2020 Olimpiadasına lisenziya qazanan 5 idmançımız kimdi? - SİYAHI 21 Sentyabr 2019, 16:03 SOCAR küləklə əlaqədar 500-dən çox neftçini sahilə çıxarıb 21 Sentyabr 2019, 15:51 Koreya səfiri “Qobu Park”da köçkünlərə dəstək verməyə gəldi 21 Sentyabr 2019, 15:34 Səslərə qıcıq olmaq nevroloji xəstəlik ola bilər?! 21 Sentyabr 2019, 15:23 Umud Mirzəyev Cenevrədə bəyanat verib 21 Sentyabr 2019, 15:15 İlham Əliyev Səudiyyə Ərəbistanının kralını təbrik etdi 21 Sentyabr 2019, 15:04 Bakı metrosunda HADİSƏ - Qatar TÜSTÜLƏNDİ - Sərnişinlər təxliyə olundu 21 Sentyabr 2019, 14:55 Prezidentdən Xələf Xələfovla bağlı daha bir SƏRƏNCAM 21 Sentyabr 2019, 14:51 “UNEC ikili diplom proqramları” sərgisi keçirildi 21 Sentyabr 2019, 14:45 Çinin nümayəndə heyəti Milli Xalça Muzeyinə gəldi 21 Sentyabr 2019, 14:13