Modern.az

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat

1 Mart 2019, 23:31

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 28-də 67,62 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,35 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 66,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,36 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 63,52 dollar/barel təşkil edib ki,  bu da əvvəlki qiymətdən 0,42 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 65,07 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,31 dollar/barel azdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı