22 Sentyabr 2020, Çərşənbə axşamı
Arxiv
2 mart 2019, 17:13 | İQTİSADİYYAT
Problemli kredit məsələsinin həllinə görə vətəndaşlar hara müraciət etsin?

Prezident İlham Əliyev  fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman  imzalayıb.

 

Sözügedən fərman sayəsində minlərlə kredit borcu olan şəxslərə güzəştlər nəzərdə tutulsa da, vətəndaşları maraqlandıran bir sıra suallar hələ də cavabsız qalıb. Başlıca olaraq, insanlar banklara necə müraciət edəcəkləri, hansı sənədləri təqdim edəcəkləri barədə məlumatsızdırlar.

 

Mövzu haqda Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli xatırladıb ki, Prezidentin fərmanına görə, 15 gün ərzində Maliyyə Nazirliyi və digər əlaqədar qurumlar müvafiq mexanizm təklifləri hazırlamalıdırlar:

“Bu təkliflərin hazırlanmasından sonra əlavə 45 gün də ayrılır. Mexanizm tam hazır olduqda prosesə start veriləcək. Qeyd etdiyimiz 2 ay ərzində mexanizmlərin hazırlanması prosesində bankların vətəndaşlarla birbaşa əlaqə yaratması üçün  mexanizm ortaya qoyulacaq. Yəni əslində, banklar özləri vətəndaşlara müraciət etməli olacaqlar”.

İqtisadçı bağlanan banklarla bağlı əhalinin narahatlığına da münasibət bildirib:

 

“İndiyə qədər 10 bank bağlanıb. Onlarda da problemli kreditlərlə bağlı məsələlər var idi. Hətta məhkəmələrə qədər uzanan işlər var. Bununla bağlı xüsusi mexanizm hazırlanmalıdır. Görək 15 gün ərzində Maliyyə Nazirliyi və digər aidiyyəti qurumlar nə təklif edəcəklər. Məntiqlə hər bir bağlanan bankın Ləğvetmə Komissiyası Maliyyə Bazarlarına Nəzarət Palatasına hesabatlıdır. Həmin ləğvetmə komissiyaları bu öhdəlikləri üzərlərinə götürməli, vətəndaşlara kompensasiya ödəməlidirlər. Amma bu, ağır problemdir. Çünki Ləğvetmə Komissiyaları barədə məlumatlılıq azdır. Yaxşı olar ki, Maliyyə Nazirliyi yaxın günlərdə açıqlayacağı mexanizmlərə vətəndaşların işini asanlaşdıran müddəalar daxil etsin”.

 

N. Cəfərli vətəndaşlara məsləhət görüb ki, problemli kreditlərə güzəştləri tezləşdirmək üçün banklara ərizələrlə müraciət etsinlər:

 

“Bu sual altındadır ki, bankların yüz minlərlə insana müraciət etməyə marağı olacaqmı? Ona görə, 15 günün tamamından sonra ilkin mexanizmlər açıqlanan kimi vətəndaşlar özləri ərizələrlə banklara müraciət etsələr daha yaxşıdır. Bununla onlar bankları problemin həlli üçün tələsdirmiş olarlar. Çünki fərmanda kommersiya banklarına tövsiyə xarakterli maddələr yer alıb. Bu tövsiyəni həyata keçirmək üçün vətəndaşlar bankların üstünə düşməlidirlər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xalq artistinin oğluna XİN-də yeni vəzifə verildi 22 Sentyabr 2020, 12:39 Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ 22 Sentyabr 2020, 12:33 Nazirlik min manata görə öldürülən şəxslə bağlı MƏLUMAT YAYDI 22 Sentyabr 2020, 12:28 İlham Əliyev Səudiyyə Kralına məktub göndərdi 22 Sentyabr 2020, 12:22 AMEA-dan yaşı 65-i ötmüş işçilərlə bağlı AÇIQLAMA 22 Sentyabr 2020, 12:16 Prezident sərəncam İMZALADI 22 Sentyabr 2020, 12:10 Ermənistan müdafiə naziri Qarabağa gəldi 22 Sentyabr 2020, 12:06 Ceyhun Bayramov protokol idarəsinə yeni rəis TƏYİN ETDİ 22 Sentyabr 2020, 12:00 Koronavirusa görə bağlanan bazar yenidən AÇILDI 22 Sentyabr 2020, 11:55 Ermənistan müxalifəti ümumrespublika mitinqinə HAZIRLAŞIR 22 Sentyabr 2020, 11:50 Gürcüstandan bəzi türk dövlətlərinə NÜMUNƏ: Yerevanın istəyini rədd edib 22 Sentyabr 2020, 11:44 Bakı metrosunda növbəti nasazlıq - İnterval artdı 22 Sentyabr 2020, 11:38 Elmar Qasımov BANM-ə qəbul olan tələbələrlə görüşüb 22 Sentyabr 2020, 11:33 Silvestr Stallone yetim qaldı 22 Sentyabr 2020, 11:28 Naxçıvanda komandirlər hazırlıq toplantısına cəlb olunub 22 Sentyabr 2020, 11:22 “Tarixən ermənilər vətəni olmayan insanlar olublar” - Deputat 22 Sentyabr 2020, 11:16 “...mənim adım Bobikdir” 22 Sentyabr 2020, 11:10 Azərbaycandan Qazaxıstana daha 46 nəfər təxliyə olundu 22 Sentyabr 2020, 11:05 Azərbaycana daxil olan valyutanın həcmi AZALIB 22 Sentyabr 2020, 11:00 XİN-in həbsdə olan sabiq idarə rəisi ev dustaqlığına buraxılmasını istəyir 22 Sentyabr 2020, 10:54 "Almaniyada Türkologiya" mövzusunda vebinar - Alman professorun təqdimatında 22 Sentyabr 2020, 10:48 Ermənistan Madrid prinsiplərindən imtina edir? 22 Sentyabr 2020, 10:43 İcbari Tibbi Sığorta UNEC-lə memorandum imzaladı 22 Sentyabr 2020, 10:38 Oslo şəhərində Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbi açılıb 22 Sentyabr 2020, 10:32 Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır 22 Sentyabr 2020, 10:27 Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı 22 Sentyabr 2020, 10:22 “Alınan mallar geri qaytarılmır” yazanlar 900 manatadək CƏRİMƏLƏNƏCƏK 22 Sentyabr 2020, 10:16 “Məmmədoğulları” şirkəti 2 min manat cərimələndi 22 Sentyabr 2020, 10:10 Xaçmazda meyvə tingləri yandı 22 Sentyabr 2020, 10:05 Metrodakı “maska insidenti” ilə bağlı məhkəmə başladı 22 Sentyabr 2020, 10:00 Dollar günə bu məzənnə ilə BAŞLADI 22 Sentyabr 2020, 09:54 Tarixçi alim: “... hər kəs buna birmənalı olaraq etiraz etməlidir” 22 Sentyabr 2020, 09:50 İctimai nəqliyyata qoyulan şənbə-bazar məhdudiyyəti götürüləcək? - AÇIQLAMA 22 Sentyabr 2020, 09:45 Yollardakı tıxacların SƏBƏBİ nasaz avtomobillərdir - BNA 22 Sentyabr 2020, 09:40 Bu gün Azərbaycanda təbiət hadisəsi baş verəcək 22 Sentyabr 2020, 09:35