Modern.az

Teleradio Şurasının yeni üzvü DANIŞDI: “Reytinq xatirinə müxtəlif yollara əl atırlar”  

Teleradio Şurasının yeni üzvü DANIŞDI: “Reytinq xatirinə müxtəlif yollara əl atırlar”  

15 Mart 2019, 12:17

Prezident İlham Əliyev martın 12-də Milli Televiziya və Radio Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, sərəncamla tanınmış telejurnalistlər Telli Pənahqızı və Bəxtiyar Qaraca 6 il müddətinə Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının üzvləri təyin ediliblər.

Həm Telli Pənahqızı, həm də Bəxtiyar Qaraca uzun müddət AzTV-də çalışıblar.

Telli Pənahqızı ölkə başçısının sərəncamı ilə bağlı fikirlərini Modern.az-la bölüşüb. O, təyinat haqda belə deyib:

“Əlbəttə, ölkə başçısının bu etimadına layiq görülmək mənim üçün çox böyük bir məsuliyyətdir. İllər boyu Azərbaycan mətbuatında, xüsusilə də, televiziyada çalışmağımdan bu səhənin necə möstəsna əhəmiyyətə malik olduğunu yaxşı bilirəm. Mən telejurnalist kimi Vətənimin ən ağır illərində, ən çətin günlərində əsgərlərimizə qoşulub səngərdə dayanmasam da, bir çox həmkarlarımla bərabər, necə deyərlər,  qələmimi süngüyə, mikrafonumu silaha çevirmişəm, 1990-cı ilin 20 Yanvar faciəsinin  ağrılarını yaşamışam, Xocalının, Qaradağlının göynərtisi bu gün də ürəyimi sızladır. Ancaq hər yerdə, hər zaman vicdanıma tapımışam, xalqımın taleyini düşünmüşəm. Gercəkliyinəəmin olduğum, hər bir vətəndaşımızın mənəviyyatına, yaşam tərzinə, gələcəyinə xeyri dəyəcək olaylardan yazmağa, onlardan danışmağa çalışmışam.

   
Mənimçün jurnalist adının, jurnalist sözünün məsuliyyəti, jurnalist inamı,  gerçəkliyi, onun sərhədləri şəxsi  vicdanımdan, el arasına rahat çıxmağımdan, 7-dən 77-yə hər kəsin gözünün içinə şax baxa bilmək haqqımdan başlayıb.

      
Cənab Prezidentin bu təyainatına layiq olmaqla elə bilirəm ki, sayı gündən-günə artıb çoxalan teleradio məkanda tamaşaçılara təqdim edilən verilişlərin, həm də iki peşəkar jurnalist, mən və həmkarım Bəxtiyar Qaraca üçün çox məsuliyylidir, çünki biz teleradionun “mətbəxinə”  bələdik. Milli Televizaya və Radio Şurasındakı təcrübəli insanlarla bərabər bundan sonra biz də ekran və efirə daha maraqlı, daha dolğun və səriştəli, milli-mənəvi dəyərlərimizi dünyaya tanıdacaq, son illərin həm siyasi, həm iqtisadi, həm də mədəni uğurlarının daha sanballı və yüksək peşəkarlıqla təqdimatı üçün gənc dostlarımıza yardımçı ola biləcəyik. Bilirsiniz ki, bu gün  tamaşaçıların əksəriyyəti bəzi telekanalların fəaliyyətindən, orada çalışanların səriştəsizliyindən gileylənir, insanların, xüsusilə də gənc nəslin  mənəviyyatına mənfi təsir edən proqramlardan narazılıq edir. Ancaq unutmaq lazım deyil ki, özəl kanalların  demək olar ki, hamısı reytinq xatirinə müxtəlif yollara əl atırlar və bu da təbii ki, sonda yenə tamaşaçı və dinləyici auditoriyasına təsir edir. Bütün bu məsələrlə bağlı MTRŞ-nın atdığı mühüm addımlar var, bu qurum  qanunun icazə verdiyi imkanlar çərçivəsində bəzi problemləri həll etməyə çalışır. Təbii ki, belə bir qrumda televiziya və radioda illərin təcrübəsini qazanmış bir peşəkar kimi   təmsil olunmaq çox məsul və həm də şərəfli işdir. Mən fürsətdən istifadə edərək, bir daha Prezidentimə bu etibar və inam üçün təşəkkür edir, minnətdarlığımı bildirirəm.

 
Sonda isə icazənizlə, sizin saytın izləyicilərini salamlamaq, onları qarşılamağa hazırlaşdığımız Novruz bayramı münasibəti ilə təbrik etmək, könüllərinə bahar həvəsi, ruhlarına bahar coşqusu, süfrələrinə bərəkət, evlərinə sevinc arzulamaq istəyirəm. Arzu edirəm ki, onlar həyata açıq gözlə baxsınlar, ağı-qaradan, yaxşını- yamandan, düzü-əyridən seçməyi bacarsınlar. Bu gözəlim ölkəni sevsinlər, “bu  Vətən mənə neyləyib?”-deməsinlər, “Mən Vətən üçün neynəmişəm?” desinlər”.    

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır