Modern.az

Mehriban xanım, var olun!

Mehriban xanım, var olun!

29 Mart 2019, 14:55

Aida Eyvazova


Dünən günün birinci yarısı çox böyük sevinc içərisində şəhidimiz Sənan Axundovun oğlunu AzTV-də Naila Babayevanın "Nəsillərin debatı" verilişinə aparmışdım. Söhbət vətənpərvərlikdən gedirdi. Şəhid polkovnik Sənan Axundovun oğlu Tahir Axundov bu il orta məktəbi bitirib, hərbi həkim olmaq istəyir. Çox maraqlı bir tok-şou keçdi. Tahirin gözləri gülürdü. Atasının cəbhə yoldaşı ilə görüşmüşdü.

Çəkilişdən çıxandan sonra Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova zəng vurub dedi ki, Ali Məhkəmə onların haqq işini dəstəkləməyib. Oliqarx Şərurlu İsfəndiyarın xeyrinə qanunsuz qərar çıxarıb.

Televiziyada keçirdiyimiz bütün xoş hisslərim alt-üst oldu. Biz orada vətənpərvərlikdən, haqdan, dövlətimizin ədalətindən, şəhid ailəsinə qayğısından danışmışdıq. Lakin səsi titrəyə-titrəyə mənimlə telefonda danışan Nəcibə xanıma dedim ki, mən bu məsələni ictimailəşdirəcəm. Cənab prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva biləndən sonra sizin məsələniz həllini tapacaq. Bizim Dövlət adında BABAmız var. Narahat olmayın.

Ancaq bu gecə yatmadım. Ona görə yatmadım ki, şəhidin cavan xanımı, iki uşaq anası dörd divar arasında əzab çəkir... ona görə yatmadım ki, ədalət gözlədiyimiz məhkəmədə Femidanın tərəzisini əymişdilər.

Bu gün səhər tezdən jurnalist dostlarımız dünən axşam şəhid ailəsinin yazdığım problemini ictimailəşdirmək üçün mənə zəng etdilər. Qazilərimiz də digər yandan bir səslə telefon açdılar. Bütün saytlarımız Şəhidimizin ailəsininn problemini işıqlandırdı. Əzizlərim çox sağ olun. Bu BİRLİYƏ görə. 

Bu gün günün ikinci yarısı şəhidin həyat yoldaşı Nəcibə xanım zəng vurub dedi ki, Nərimanov rayonunun icra başçısı onu gözləyir. Görüşdən çıxan kimi dərhal məni sevindirdi. Məlum oldu ki, Heydər Əliyev Fondu, birinci vitse-prezident Mehriban xanım Əliyeva məsələni dərhal nəzarətə götürüb. Nərmanov rayonunun icra başçısı Abdin Fərzəliyev və Heydər Əliyev Fondunun nümayəndəsi Nəcibə xanımla görüşüb. Deyiblər ki, məsələ dəqiq araşdırılacaq.

Nəcibə xanımın səsi bu dəfə sevincdən tirtəyirdi. Dedi ki, biz həmişə dövlətimizin başçısı İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva güvənmişik, onlara arxalanmışıq. Bir daha əmin olduq ki, respublikamızda Prezidentimizin siyasətini dəstəkləyən, ona sadiq olan çoxsaylı məmurlar var. 

 

Ona görə də oğlumun hərbi həkim olmasını istəyirəm. Gecədən 8 saat keçmiş, günorta saat 11-də artıq şəhid ailəsinin problemi belə tez həll edildi.

Yeri gəlmişkən deyim ki, şəhid Sənan Axundovun həyat yoldaşı ev üçün Fonda müraciət etməmişdi. Mehriban xanım biləndə ki, ona mənzil verilməyib, bir neçə dəqiqənin içərisndə şəhid polkovnikin ailəsini 3 otaqlı mənzillə təmin etdi. Mən isə Nəcibə xanımın adından, öz adımdan Mehriban xanım Əliyevaya minnətdarlıq edirəm. Mehriban xanım, çox sağ olun, var olun! Siz dünyanın ən xeyirxah, ən nəcib xanımısınız. Himayə etdiyiniz şəhid ailəsinin xanımı isə xalqımızın övladlarına ləyaqətlə dərs keçir. Tanrı gördüyünüz işlərdə Sizə yar olsun!!! İşığınız tükənməsin, mehriniz-məhəbbətiniz soyuq ürəklərə istilik gətirsin!!!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir