Modern.az

Sabirabadda 5 gün əvvəl itkin düşən şəxsin meyiti tapıldı

Sabirabadda 5 gün əvvəl itkin düşən şəxsin meyiti tapıldı

Aktual

16 Aprel 2019, 20:03

Sabirabad rayonunda beş gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb.  

Modern.az “Report”a istinadən xəbər verir ki, rayonun Qalağayın kənd sakini, 1987-ci il təvəllüdlü Əliyev Sarvan Zabit oğlu axşam saatlarında toy mərasimindən çıxdıqdan sonra evə qayıtmayıb.

 

Yaxınları hüquq-mühafizə orqanlarına bununla bağlı məlumat veriblər. Onun "Sabir" su kanalına düşərək boğulduğu ehtimal edildiyindən kanalın suyu azaldılıb və xilasedicilər tərəfindən axtarışlara başlanılıb. Ancaq 32 yaşlı sakinin meyiti su kanalından deyil, beş gün sonra Kür çayından tapılıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü