Modern.az

Azərbaycan Burundi qaçqınlarına yardım ayırıb

Azərbaycan Burundi qaçqınlarına yardım ayırıb

22 Aprel 2019, 18:18

Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Burundi qaçqınlarına humanitar yardımın göstərilməsi məqsədilə 30 min ABŞ dolları məbləğində maliyyə vəsaiti ayırıb.

Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Nazirlikdən bildirilib ki, qərar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) üzv dövlətlərə etdiyi müraciətinə cavab olaraq qəbul olunub. 

Sözügedən vəsait Tanzaniya, Konqo Demokratik Respublikası, Ruanda və Uqandada məskunlaşmış Burundi qaçqınlarının təcili humanitar tələbatının qarşılanması, onların öz ölkələrinə qayıdışının təşviq edilməsi və cəmiyyətə reinteqrasiya olunması kimi fəaliyyətlərin dəstəklənməsinə yönəldiləcəkdir.

Qeyd edək ki, BMT QAK “2019-2020-cu illər üzrə Burundi Qaçqınlarına Regional Yardım Planı”nı təqdim edərək nəzərdə tutulmuş fəaliyyətlərin həyata keçirilməsi üçün 296,4 milyon ABŞ dolları məbləğində maliyyə vəsaitinin tələb olunduğunu açıqlayıb, Burundi qaçqınlarının qida, tibbi yardım, uşaqların təhsil və sair kimi təcili humanitar tələbatının qarşılanması məqsədilə üzv dövlətlərə müraciət edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir