Arxiv
26 Aprel 2019, 12:19 | MƏDƏNİYYƏT
“İçərişəhər” İdarəsi ittihamlara CAVAB VERDİ: “...onların bu təxribatları keçməyəcək”

İçərişəhərin Kiçik Qala küçəsində yaxın ərazidə yerləşən iaşə obyektləri 10 ildir fəaliyyət göstərir.

Modern.az ONA-ya istinadən xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin aparat rəhbəri Riad Qasımov bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, idarə dövlət mülkiyyətində olan bu obyektlərin köhnəlməsini nəzərə alaraq idarə, təmir edilməsi qərarına gəlib: “Həmin restoranlar sökülərək metal və şüşə konstruksiyalardan tikilir. Həmin layihə yay aylarında bitəcək”.

İşlər “Manqal”, “Sehrli təndir” restoranlarını əhatə edir. Həmin restoranların köhnə divar rekonstruksiyaları yeniləri ilə əvəz edilir. Tikinti işlərinin bitməsinə az qalıb.  R.Qasımov qeyd edib ki, sosial şəbəkələrdə paylaşılan görüntülər təxribat xarakterli məlumatdır: “Müxalif qüvvələrin hər zaman ölkəmizdə keçirilən nəhəng yarışlardan bir neçə gün öncə bu cür təxribatlar edir. Biz hamımız bilirik ki, yaradılandan 20-22 il ərzində idarə ölkə başçısının və birinci vitse-prezindetin qayğısı nəticəsində nə qədər abidəni bərpa edib. Müxalif qüvvələr bu abadlığı görmür və təxribat törədirlər. Kimlərinsə marağındadır ki, qoruqdakı yenilikləri söküntü kimi qələmə versin. Bu təxribatlar keçməyəcək. Kimlərsə istəyir ki, onlara diqqət göstərilsin. Bu fotoları birinci təqdim edən insan hüquqşünasdır, mən özüm də hüquqşünasam. Ona üzümü tutub demək istəyirdim ki, İçərişəhər haqqında sənədləri oxusun, görsün ki, İçərişəhər harada başlayır, harada bitir. O, təkliflər vermək istəyəndə, bizi savadsız göstərmək istəyəndə özü dediyi məlumatları əsaslandırmalıdır”.

R.Qasımov bildirib ki, sosial şəbəkədə yayılan qala divarlarına aid fotolar 2011-ci ilə aiddir: “İdarə təzə yaradılan zamanı biz qərara almışdıq ki, qala divarlarının sovetlərdən əvvəlki görkəmini bərpa edək. Onun üçün də əvvəllər orda olmuş bürcü bərpa etdik. Biz çox şadıq ki, o vaxt ölkə başçısı tərəfindən bu təklif qəbul edildi və bir il ərzində tikildi. Həmin şəkil 2012-ci ildə tikilib. Ayıb olsun o şəxslərə ki, bu şəkilləri paylaşırlar. Həmin şəkilləri paylaşanlar sübut edirlər ki, ən azı 8 il İçərişəhərdə olmayıblar”.

R.Qasımov əlavə edib ki, restoranlar olan ərazilərdə çirkab suların axması problemi tam həll olunub: “Obyektlər təxminən 1 metr aralıda tikilib. Ara məsafəsində görə qala divarlarına həm nəmişlik olmayacaq, həm də şüşə konstruksiya sayəsində qala divarları görünə biləcək. Bu restoranlar artıq İçərişəhərdə abidəyə çevrilib, İçərişəhərin tərkib hissəsi olub”. 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Somalidə toqquşma - 30 ölü 25 Oktyabr 2021, 00:52 Pikassonun 11 əsəri 110 milyon dollara satıldı - FOTOLAR 25 Oktyabr 2021, 00:38 XİN-dən Qubadlı PAYLAŞIMI 25 Oktyabr 2021, 00:14 Qubadlının işğaldan azad olunmasından 1 İL ÖTÜR 25 Oktyabr 2021, 00:05 Türkiyədə koronavirusla bağlı son vəziyyət 24 Oktyabr 2021, 23:48 Nigeriyada neft zavodunda partlayış: 25 ölü 24 Oktyabr 2021, 23:20 AMEA-nın folklorşünas alimi VƏFAT ETDİ 24 Oktyabr 2021, 22:58 Cüdoçularımızdan dünya çempionatında 8 MEDAL 24 Oktyabr 2021, 22:51 Füzuli Beynəlxalq Hava Limanındandan VİDEOREPORTAJ 24 Oktyabr 2021, 22:18 “Liverpul” “Mançester Yunayted”ı darmadağın etdi 24 Oktyabr 2021, 22:08 Özbəkistan SEÇKİLƏR -Fəallıq 80%-dən çox olub 24 Oktyabr 2021, 21:51 Gürcüstan-Ermənistan sərhədində ZƏLZƏLƏ 24 Oktyabr 2021, 21:32 Aİ Kabildə diplomatik missiyasını BƏRPA EDİR 24 Oktyabr 2021, 21:14 Özbəkistanda prezident seçkiləri YEKUNLAŞDI 24 Oktyabr 2021, 21:02 "Real Madrid" "Barselona"nı səfərdə məğlub etdi 24 Oktyabr 2021, 20:23 Daha biri koronavirus xəstəsi Metroda 24 Oktyabr 2021, 20:10 Rusiyada təyyarə qəzası - Ölənlər var 24 Oktyabr 2021, 19:45 “Qəbələ” “Keşlə”yə qalib gəldi 24 Oktyabr 2021, 19:12 DİM imtahan nəticələrini AÇIQLADI 24 Oktyabr 2021, 19:08 Qətlə yetirilən soydaşımızın nəşi vətənə GƏTİRİLƏCƏK 24 Oktyabr 2021, 17:59 Əlcəzairdən fransızca qadağası 24 Oktyabr 2021, 17:44 Consondan çağırış 24 Oktyabr 2021, 17:36 Koronavirusa qarşı PEYVƏNDLƏNƏNLƏR 24 Oktyabr 2021, 17:25 Son sutkada YOLUXANLAR - Ölənlər artdı 24 Oktyabr 2021, 17:21 İranda koronavirus mənzərəsi 24 Oktyabr 2021, 17:19 Taliblərdən İran imtinası 24 Oktyabr 2021, 17:08 Polkovnikin nəvəsi intihar etdi 24 Oktyabr 2021, 16:58 Şahinlərimiz Türkiyədən geri dönür  24 Oktyabr 2021, 16:51 Gürcüstanın virus mənzərəsi 24 Oktyabr 2021, 16:39 Baş nazirə 15 illik cəza  24 Oktyabr 2021, 16:26 İbrahimoviçdən növbəti ilk  24 Oktyabr 2021, 16:15 Əsl insan gözəllikdə gözəlliyi görməyi bacarandır - Deputat 24 Oktyabr 2021, 16:05 Özbəkistanda seçki baş tutdu 24 Oktyabr 2021, 15:51 66 milyon illik skelet rekord qiymətə... 24 Oktyabr 2021, 15:46 Professor dünyasını dəyişdi 24 Oktyabr 2021, 15:34