Arxiv
15 May 2019, 08:03 | DİASPOR
Amerikalı ilə ailə quran Nərmin Ağalarova

Deyir ki, Azərbaycan unikal ölkədir. İnsanları sadə, qohumcanlı, ünsiyyətcil, eyni zamanda çox mehribandırlar: “Əgər təhsilini artırmaq, bilik və bacarıqlarını təkmilləşdirmək məqsədin yoxdursa, xaricdə yaşamağa can atmağın mənasızdır. Çünki yaşlandıqca, vətəni niyə tərk etdiyin üçün özünə hesabat verməli olursan. Bunun üçün dolanışıq, güzəran bəhanə ola bilməz. Axı ruzini verən Allahdır. Necə deyərlər, harada olsan da qismətində olan ruzi səni gəlib tapacaq"…


Haqqında söhbət açdığım Nərmin Ağalarova Bakıda dünyaya gəlib. 1992-ci ildə orta təhsilini 160 nömrəli məktəbdə başa vurub. 1992-1998-ci illərdə Azərbaycan Tibb Universitetində ali təhsil alıb. Sonra bir il xəstəxanalardan birində internatura keçərək həkim terapevt ixtisasına yiyələnib. Daha sonra iki il də orta məktəbdə kimya, biologiya fənnlərini tədris edib. 2001-ci ildə əcnəbi vətəndaşla ailə qurduqdan sonra ABŞ-ın Minnesota ştatına gəlib…


…Atası Şahin Ağalarov Gözdən Əlillər Cəmiyyətinin sədr müavini işləyib. Ömrünün son illərində isə həmin təşkilatın qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Anası Gövhər xanım evdar qadın olub…


Nərmin xanım Minnesotada əvvəlcə üç il mağazada, sonradan beş il bankda və həm də aptekdə çalışıb. 2012-ci ildə Minnesota Universitetinin doktoranturasına qəbul olunub. 2017-2018-ci illərdə həmin universitetdə ekoloq ixtisası üzrə magistr pilləsinə yüksəlib. 2019-cu ildə isə elmi araşdırmalarını uğurla başa vuraraq, təhsil üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib (PhD). 2018-ci ildən məzunu olduğu universitetin professorudur. Elmi araşdırmalarını davam etdirməkdən ötrü Ohayo Universitetinə dəvət alıb. Bu ilin avqust ayından Ohayo ştatına köçməyi planlaşdırır…

…Ömür-gün yoldaşı Erik kompüter mühəndisidir. Oğlu Kamranın 16 yaşı var. Orta məktəbdə oxuyur...

Bu səmimi, mehriban, gülərüz, yüksək mədəniyyətli xanımın vətənlə bağlı arzuları çoxdur. İstəyir ki, Azərbaycanda da təhsilin səviyyəsi yüksək olsun. İmkanından asılı olmayaraq, hər kəs bundan bəhrələnə bilsin. Ali təhsil ocaqlarında verilən diplomlar bütün dünyada tanınsın. Azərbaycanda həmişə əmin-amanlıq olsun…


Gözəl musiqidən zövq alır. Özü də pianoda ifa etməyi bacarır. İdmanla mütamadi məşğul olur. Asudə vaxtlarını təbiət qoynunda keçirməyi xoşlayır. Deyir ki, öz üzərində çalışıb bilik və bacarıqlarını təkmilləşdirmək çox vacib şərtdir: “Çünki Amerikada Azərbaycanı tanıtdırmağın bir yolu da məhz elmi uğurlardan keçir"…



Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sarkisyan aprel döyüşləri ilə bağlı ifadə verəcək 18 Noyabr 2019, 17:32 “İmkanı olan da, olmayan da vergiləri ödəmir” - səlahiyyəti olub, pulu olmayan bələdiyyələr 18 Noyabr 2019, 17:30 Vüqar Kərəmovdan möhtəşəm qələbə - Video 18 Noyabr 2019, 17:28 Mirzə Cəlilin heykəli Bakının harasında qoyulacaq? 18 Noyabr 2019, 17:26 Manatın sabaha olan MƏZƏNNƏSİ 18 Noyabr 2019, 17:21 Rektor jurnalistə yüksək vəzifə verdi 18 Noyabr 2019, 17:15 İcra başçısı bacısı oğlunu köməkçi götürüb? - Rəsmi AÇIQLAMA 18 Noyabr 2019, 17:08 Paytaxtda küçədən qadın meyiti tapıdlı 18 Noyabr 2019, 16:59 ATƏT Belarusdakı parlament seçkilərini tanımadı 18 Noyabr 2019, 16:48 Psixoloqların da diaqnostik qiymətləndirilməsi keçiriləcək - Təhsil Nazirliyi 18 Noyabr 2019, 16:45 Alman polisinin saxladığı Əlövsət Əliyevdən xəbər var 18 Noyabr 2019, 16:40 Gürcüstanda etirazçılara yarım saat vaxt verildi 18 Noyabr 2019, 16:34 Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb 18 Noyabr 2019, 16:25 Prezident Vasif Talıbovu qəbula çağırdı: “Hansı işlər görülüb? Məruzə edin 18 Noyabr 2019, 16:23 Jurnalist Vüsal Tağıbəylinin “İki çay arasında cənnət” kitabı ÇAP OLUNDU 18 Noyabr 2019, 16:18 Gəncə Serbiyanın Novi Sad şəhəri ilə qardaşlaşdı - FOTO 18 Noyabr 2019, 16:02 Qarabağdakı qanunsuz məskunlaşma beynəlxalq təşkilatlarda qaldırılırmı? - Üç DEPUTAT 18 Noyabr 2019, 15:55  Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib - Sahibə Qafarova  18 Noyabr 2019, 15:48 Oqtay Gülalıyevdən yeni XƏBƏR VAR 18 Noyabr 2019, 15:41 Simsiz qulaqlıq istifadə edənlərə XƏBƏRDARLIQ 18 Noyabr 2019, 15:35 “ENACTUS BEU” komandasının fəaliyyəti müzakirə olunub   18 Noyabr 2019, 15:30 Azərbaycan tolerantlıq məkanıdır 18 Noyabr 2019, 15:23 Xəzər dənizində bir neftçi batıb - HADİSƏ 18 Noyabr 2019, 15:18 İcra başçısı Qırıxlı kəndinin sakinləri ilə görüşüb - FOTO 18 Noyabr 2019, 15:15 DOST 50 mininci vətəndaşa xidmət etdi 18 Noyabr 2019, 15:07 Zahid Orucun təşkilatı ali məktəblərə qəbulla bağlı araşdırma aparıb 18 Noyabr 2019, 15:00 Ukrayna münaqişəsi ilə bağlı 4 ölkə lideri görüşəcək 18 Noyabr 2019, 14:52 Tarif Şurasından istilik xidmətinin qiymətilə bağlı AÇIQLAMA 18 Noyabr 2019, 14:45 Son iki günün dəhşətli yol qəzaları: 12 nəfər ölüb, 5 nəfər yaralanıb 18 Noyabr 2019, 14:38 Qida Təhlükəsizliyi Agentliyindən “Şahənşah” restoranındakı zəhərlənməyə REAKSİYA 18 Noyabr 2019, 14:31 Cəlilabadlı müəllimin ölüm səbəbi AÇIQLANDI 18 Noyabr 2019, 14:26 “DSMF-yə 5 milyard vəsait ayrılır, amma icrası müzakirə edilmir” - Vahid Əhmədov 18 Noyabr 2019, 14:25 Paşinyandan “Qarabağ klanı”na daha bir ZƏRBƏ 18 Noyabr 2019, 14:20 Tofiq Yaqublu azadlığa buraxılıb 18 Noyabr 2019, 14:17 Fuad Qəhrəmanlının məhkəməsi təxirə salındı  18 Noyabr 2019, 14:05