Arxiv
18 May 2019, 12:25 | AKTUAL
Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər strateji xarakterlidir - Deputat

“Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasındakı münasibətlər hər iki tərəf üçün strateji xarakterli münasibətlərdir. Azərbaycan üçün bu münasibətlərin yüksək səviyyədə qurulması həm siyasi, həm də iqtisadi baxımdan olduqca əhəmiyyətlidir. Çünki Aİ hazırda dünya siyasətini müəyyənləşdirən, beynəlxalq nizamın keyfiyyətinə mühüm təsir göstərən kollektiv ittifaq olmaqla, həm də hərbi–siyasi baxımdan dünya siyasətində imperativ güc mərkəzlərindən biri kimi çıxış etməyi bacarır. Avropa İttifaqının dünyanın yeni sənaye inqilabının və XXI əsrin innovasiyalar, yeni texnologiyalar mərkəzlərindən biridir”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

 

Deputat qeyd edib ki, Avropa üçün Azərbaycan yeni alternativ enerji təhlükəsizliyi və mühüm beynəlxalq nəqliyyat-kommunikasiya qovşağıdır. Eyni zamanda, klassik Şərqə və Asiyaya doğru uzanan strateji yolda mühüm geostrateji rayondur: "Əgər bütün bunları bir də məskun olduğumuz siyasi coğrafiyanın 2011-ci ildən sonra formalaşmaqda olan yeni hərbi-siyasi reallıqları kontekstində qiymətləndirsək, o zaman bir daha ölkəmizin Avropa İttifaqına üzv dövlətlər üçün nə qədər əhəmiyyətli olduğunu görə bilərik".

 

Hazırkı mürəkkəb beynəlxalq şərtlər və ikili standartlar siyasəti mərhələsində proqnozlaşdırıla bilinən və güvənilən tərəfdaş olmağın çox çətin olduğunu deyən H.Babaoğlu vurğulayıb ki, Azərbaycan öz tərəfdaşları ilə münasibətdə bunları qorumağı bacarır, öz milli maraqlarını tərəfdaşlarının maraqları ilə ustalıqla uzlaşdıra bilir: "Ona görə də Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə görüşərkən məhz bu məsələni önə çəkərək Azərbaycanı Avropa İttifaqının etibarlı və məsuliyyətli tərəfdaşı adlandırdı.

 

Bu fikir, əslində, tərəflər arasında münasibətlərin keyfiyyət göstəricisi kimi də qiymətləndirilə bilər. Hazırda Aİ ilə Azərbaycan arasında mövcud olan siyasi-iqtisadi münasibətlərin qarşılıqlı dinamizmi əməkdaşlığın daha geniş platformaya transfer olmasını şərtləndirir ki, bu da hər iki tərəfin maraqları çərçivəsindədir.

 

Ona görə də 2018-ci ildə tərəflər arasında gələcək münasibətləri hüquqi müstəvidə tənzimləyəcək yeni çərçivə layihəsi hesab edilə biləcək “Tərəfdaşlıq Prioritetləri” adlı sənəd paraflandı və bu sənəddə bir daha Aİ Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini açıq şəkildə ifadə etdi. Bu, ölkəmiz üçün olduqca əhəmiyyətlidir. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət kursunda başlıca strateji məqsəd ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Aİ kimi nüfuzlu beynəlxalq aktorun bu məsələdə dəstəyinə nail olmaq bizim üçün vacib əhəmiyyətli məsələdir. Elə dövlətimizin başçısının Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşdə bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara toxunması, Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış “Tərəfdaşlıq Prioritetləri” sənədi, həmçinin tərəflər arasında üzərində danışıqlar aparılan tərəfdaşlıq sazişi ilə bağlı fikir mübadiləsinin aparılması bir daha bu tərəfdaşlığın nə qədər əhəmiyyətli olmasından xəbər verir. Qarşılıqlı etimad və maraqlar əsasında inkişaf edən bu münasibətlər perspektivdə də hər iki tərəfə mühüm dividentlər vəd edir".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qala Adam 20 Avqust 2019, 17:54 Ali məktəblərin boş yerlərinə 1359 nəfər yerləşdirildi - YENİLƏNİB 20 Avqust 2019, 17:48 İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL 20 Avqust 2019, 17:43 Manatın sabaha olan məzənnəsi 20 Avqust 2019, 17:23 Putin Makronla Qarabağı müzakirə etdi 20 Avqust 2019, 17:21 Şabranda YANĞIN: 6 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb 20 Avqust 2019, 17:10 Hirkan qoruğundakı yanğının söndürülməsinə helikopter cəlb edildi 20 Avqust 2019, 17:05 “Qaçqınkom” sədri vətəndaşları əmin etdi 20 Avqust 2019, 16:47 Gələn il yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır 20 Avqust 2019, 16:33 5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq 20 Avqust 2019, 16:27 Bakıda 19 yerdə məktəb yarmarkası fəaliyyətə başlayıb 20 Avqust 2019, 16:22 Azərbaycana 7 ayda gələn turist sayı... 20 Avqust 2019, 16:14 Azərbaycanda Avrasiya Xalqları Günləri keçiriləcək 20 Avqust 2019, 15:56 Şuranın dəstəyi ilə grant.az saytı yaradılacaq 20 Avqust 2019, 15:53 Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin axtarışına qoşulanlara təşəkkür etdi 20 Avqust 2019, 15:36 Prezident ölkədə oliqarxların olmaması ilə fəxr etdi 20 Avqust 2019, 15:28 Bu il Azərbaycan əhalisinin gəlirləri 32 milyard manatı ötüb 20 Avqust 2019, 15:15 Nursultan Nazarbayev klip çəkdirdi - VİDEO 20 Avqust 2019, 14:51 Dövlət Komitəsindən “Torqovı” biabırçılığına REAKSİYA: “Heç bir əxlaqa sığmır” 20 Avqust 2019, 14:34 Abituriyentlər elektron arayış əldə edə biləcəklər DİM-dən YENİLİK 20 Avqust 2019, 14:24 Hirkan qoruğunda yanğın oldu 20 Avqust 2019, 14:21 Azərbaycanda yeni yaranan partiyalar niyə oturuşa bilmir?.. 20 Avqust 2019, 14:08 Dünyanın ən zəngin azərbaycanlısı 3 milyard dollar xərclədi 20 Avqust 2019, 13:56 Deputatın seçicilərlə görüşü davam edir 20 Avqust 2019, 13:42 “Maşın” yenidən başlayır 20 Avqust 2019, 13:39 Putindən Fransanın “birinci ledisi”nə qəribə kompliment 20 Avqust 2019, 13:33 Rusiyanın Su-35 qırıcıları Türkiyənin F-16 qırıcılarını Suriyadan “qovdu” 20 Avqust 2019, 13:13 Sabah temperatur 42 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ 20 Avqust 2019, 12:46 Obama, Zukerberq və Geyts Ermənistana gedir 20 Avqust 2019, 12:35 İtkin pilotumuz Rəşad Atakişiyevin nəşi TAPILDI 20 Avqust 2019, 12:31 Gəncənin icra başçısı sənədsiz evlər məsələsinə toxundu   20 Avqust 2019, 12:09 Bakıda yaşayış binası yanır - sakinlər təxliyə edilib 20 Avqust 2019, 12:04 Ağstafada piyadanı vurub qaçan sürücü həbs olundu 20 Avqust 2019, 11:57 672 bal toplayan abituriyent Dillər Universitetini seçdi 20 Avqust 2019, 11:55 “Bu qədər pul hardandır?!” - Deputat HİDDƏTLƏNDİ: “Əsgərlikdə olmayan məmur övladları xaricdə kef çəkirlər” 20 Avqust 2019, 11:53