Modern.az

Eyfel qülləsi bağlandı - SƏBƏB?  

Eyfel qülləsi bağlandı - SƏBƏB?  

Aktual

20 May 2019, 19:19

Parisin rəmzlərindən biri olan Eyfel qülləsi müvəqqəti olaraq bağlanıb.

 

Modern.az-ın məlumatına görə, buna naməlum şəxsin dəmir qurğularla qülləyə çıxmaq niyyəti səbəb olub.

 

Polis Eyfel qülləsini əhatəyə alaraq turistləri qüllədən təxliyə edib. Hazırda Eyfelin yaxınlığına da turistlər buraxılmır.

 

Qeyd olunur ki, həmin şəxs qüllənin üçüncü mərtəbəsinədək çıxa bilib. Onun polis tərəfindən saxlanıldığı deyilir.

 

Eyfel qülləsinin nə vaxt açılacağı barədə məlumat verilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü