Arxiv
26 May 2019, 14:18 | AKTUAL
Çaylarda suyun səviyyəsi dəyişib  

Ötən günlər ərzində yağan yağışın bəzi yerlərdə leysan xarakterli olması nəticəsində Böyük Qafqazın bəzi çaylarında sululuq artmış, Kişçay çayında isə qısamüddətli daşqın müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 130, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az olmaqla 40-70, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və norma daxilində olmaqla 50-100 faizini təşkil edib. 

Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 490 kub/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 66 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 400 kub/s olmaqla, ongünlük normadan az olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 21 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 177 kub/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 87 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 140 kub/s təşkil etməklə ongünlük normadan az olub.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 339 kub/s qeydə alınıb ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 88 faizini təşkil edib. Bu rəqəm 2018-ci ildə 166 kub/s təşkil etməklə ongünlük normadan az olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 5 sm artaraq 440 sm təşkil edib. Bu rəqəm 2018-ci il mayın 20-də isə 314 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 235 sm qeydə alınıb. 2018-ci il mayın 20-də isə bu rəqəm 159 sm təşkil edib. Salyanda suyun səviyyəsi 2 sm azalıb və 263 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 69 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 4 sm artaraq 227 sm olub və bu göstərici 2018-ci il mayın 20-də 167 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 2 sm artaraq 182 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il mayın 20-də isə 42 sm təşkil edib. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dövlət orqanlarında vəzifə tutan deputatlar yenə namizəd olacaqlar?.. 16 Dekabr 2019, 12:18 Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “ASAN Viza”nın tətbiqinə başlanılıb 16 Dekabr 2019, 12:17 Yaqub Mahmudov saytları məhkəməyə VERƏCƏK 16 Dekabr 2019, 12:15 Göyçayda oğrular “iş başında” yaxalandı - FOTO 16 Dekabr 2019, 12:09 Sarkisyan istintaqda eks-nazirlə üzləşdirildi 16 Dekabr 2019, 12:03 Polis daha 57 şübhəlini SAXLADI 16 Dekabr 2019, 12:00 Azərbaycan-Gürcüstan enerji sistemləri optik kabellə əlaqələndirildi - VİDEO 16 Dekabr 2019, 11:55 Şirməmməd Hüseynovun məzarı ziyarət edildi - FOTO 16 Dekabr 2019, 11:49 Beyləqanda həbs edilən polkovniki BURAXDILAR 16 Dekabr 2019, 11:43 Nazirlikdən pensiyaçılara XƏBƏRDARLIQ   16 Dekabr 2019, 11:38 Fransada azərbaycanlıların elmi diasporu yaradıldı 16 Dekabr 2019, 11:30 Bakıda intihar edən məmurla bağlı cinayət işi AÇILDI 16 Dekabr 2019, 11:24 Beyləqan İcra Hakimiyyətindən həbs olunan polkovniklə bağlı AÇIQLAMA 16 Dekabr 2019, 11:23 Daha 86 şəhidin 132 vərəsəsinə birdəfəlik ödəmə veriləcək 16 Dekabr 2019, 11:22 Dünyanın ən zəngin azərbaycanlısı 5 gündə 600 milyon dollar QAZANDI 16 Dekabr 2019, 11:16 İsa Sadıqov Əli İnsanova qoşuldu - İki nəfər sabiq nazirdən AYRILDI 16 Dekabr 2019, 11:15 Lökbatanda Uşaq Yaradıcılıq Mərkəzində partlayış olub - Müəllim yaralanıb 16 Dekabr 2019, 11:13 Bakıda məşhur məmur vəfat etdi - FOTO 16 Dekabr 2019, 11:07 “İcbari tibbi sığorta tətbiq edilənədək sənədsiz evlər məsələsi həll olunmalıdır” - Deputat 16 Dekabr 2019, 10:58 Nazirlik Qusardakı kütləvi zəhərlənmə ilə bağlı məlumat YAYDI 16 Dekabr 2019, 10:55 Ərdoğan ABŞ və Rusiyanı İTTİHAM ETDİ 16 Dekabr 2019, 10:50 İcra Hakimiyyətinin şöbə müdiri ÖZÜNÜ ASDI- FOTO 16 Dekabr 2019, 10:44 Sabunçuda yollar “güldü, çiçəkdi”... - FOTOLAR 16 Dekabr 2019, 10:42 Bibiheybətdəki çökən yol yenidən qurulacaq - LAYİHƏ 16 Dekabr 2019, 10:40 Qusarda kütləvi ZƏHƏRLƏNMƏ 16 Dekabr 2019, 10:36 Bakıda 7 nəfər liftdə qalıb 16 Dekabr 2019, 10:35 Apteklərdə satılan “Foden” əmtəə nişanlı qida əlavəsi saxtalaşdırılırmış 16 Dekabr 2019, 10:31 Elmar Qasımov şagirdləri ilə görüşüb - FOTO   16 Dekabr 2019, 10:30 Bakıda nənə və nəvəsi dəm qazından boğulub 16 Dekabr 2019, 10:21 Cocuq Mərcanlıya marşrut xətti AÇILIR 16 Dekabr 2019, 10:15 İcra başçısı şəhər gəzintisinə çıxıb - FOTOLAR 16 Dekabr 2019, 10:08 “Əlif Hacıyev - Qarabağın cəngavəri” filmi nümayiş etdirildi 16 Dekabr 2019, 09:44 Bakıda evdən meyit tapıldı 16 Dekabr 2019, 09:31 Başqasının yerinə imtahan vermək istəyənlər cəzalandırılacaq! - XƏBƏRDARLIQ 16 Dekabr 2019, 09:23 Mövqelərimiz atəşə tutuldu 16 Dekabr 2019, 09:23