Modern.az

Vaqif Bayatlıya qoyulan diaqnoz dəqiqləşəndən sonra açıqlama veriləcək

Vaqif Bayatlıya qoyulan diaqnoz dəqiqləşəndən sonra açıqlama veriləcək

14 İyun 2019, 13:10

Uzun müddətdir səhhəti ilə bağlı problem yaşayan tanınmış şair Vaqif Bayatlı Odərin vəziyyəti dəyişməz olaraq qalır. Şairin həyat yoldaşı Tamam Bayatlı Modern.az-a açıqlamasında bildirib:

“Türkiyəyə müayinəyə aparmalıyıq. Aparandan sonra məlum olacaq ki, beynindəki və ürəyindəki vəziyyət necədir”.

Həyat yoldaşı hələlik bu barədə uzun danışmaq istəmədi. O, qeyd etdi ki, şairə qoyulan diaqnoz dəqiqləşdikdən sonra mətbuata ətraflı məlumat verə bilər.

 Qeyd edək ki, Vaqif Bayatlı Odər 1948-ci il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. “Tənha ulduz altında”, “Unudulacaq bütün sevdalar”, “Ölənəcən sevmək azdır” və s. əsərlərin müəllifi olan Vaqif Bayatlı 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb.

Nuranə DAXİLQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir