Modern.az

“Mükəmməl və təkmil bir qanun layihəsi hazırlanacaq” - Deputat

“Mükəmməl və təkmil bir qanun layihəsi hazırlanacaq” - Deputat

Aktual

18 İyun 2019, 21:24

“Pasiyentlərin və tibb işçilərinin hüququları haqqında” qanun layihəsi ilə bağlı İşçi Qrupu yaradıldı. Artıq neçə illərdir bu məsələ ətrafında müzakirələr, diskusiyalar gedir. Hər kəs, xüsusilə, müllət vəkilləri və mütəxəsislər belə bir qanun layihəsinin vacibliyini, zəruriliyini vurğulayır. Bu əslində cəmiyyətdən gələn bir sosial sifarişdir”.

Modern.az xəbər verir ki, bunu millət vəkili Kamilə Əliyeva bildirib.


Kamilə Əliyeva qeyd edib ki, yaradılan İşçi Qrupa deputat həmkarı Sədaqət Vəliyeva rəhbərlik edəcək: “Milli Məclis və Səhiyyə Komitəsi olaraq bu bu gün komitəmizdə geniş dinləmələr keçirdik və dinləmələrdə səsləndirilən fikirlərin, təkliflərin yekunu olaraq bu yöndə qanun layihəsinin hazılanması ilə bağlı İşçi Qrupun yaradılmasına qərar verdik.
İnanıram ki, qarşıdakı müddətdə bu yöndə mükəmməl və təkmil bir qanun layihəsi hazırlayıb müzakirəyə təqdim edəcək. Onu da deyim ki, gələn ildən “İcbari tibbi sığorta”nın tətbiqinə başlanılacaq. Bu məsələ də adiçəkilən məsələ ilə bağlıdır. Yəni həm icbari tibbi sığortanın tətbiqi, həm də bunun davamı olaraq  belə bir qanun layihəsinin qəbulu insanlarımızın, vətəndaşlarımızın qorunması işinə öz gözəl və müsbət töhfəsini verəcək”.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır