Arxiv
25 İyun 2019, 18:16 | AKTUAL
AŞPA-da  Dilqəm və Şahbazla bağlı tədbir keçirildi

 

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistan girovluğunda olan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevə həsr edilən tədbir keçirilib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, "İki Azərbaycan vətəndaşının humanitar məsələsi: Dilqəm Əsgərov və Şahbaz Quliyev" adlı tədbirdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov, Beynəxlaq Dialoq və İnkişaf Alyansının prezidenti Nüşabə Məmmədova, hüquq müdafiəçisi Əhməd Şahidov, bir neçə ölkənin AŞPA-dakı nümayəndə heyətlərinin üzvləri, xarici qonaqlar və digər şəxslər iştirak ediblər.

 

Tədbiri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva açıb. O, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarında girov götürülmüş azərbaycanlı mülki şəxslər D.Əsgərov və Ş.Quliyevin durumu, ağır vəziyyətdə saxlanılmaları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Ü.Ağayeva deyib ki, ermənilər D.Əsgərov və Ş.Quliyevə əzab verirlər, girovların humanitar və digər hüquqlarını pozurlar.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Azərbaycanda qaçqın və məcburi köçkünlərin sayı, vəziyyəti haqqında ətraflı məlumat verərək, onların problemlərinin Azərbaycan hökumətinin başlıca qayğısı olduğunu bildirib.

 

Beynəlxalq Dialoq və İnkişaf Alyansının prezidenti Nüşabə Məmmədova Ermənistanın D.Əsgərov və Ş.Quliyevi girov götürməklə beynəlxalq hüququ pozduğu konkret maddələrlə tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

 

Ç.Əsgərov AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı qaçqınların və girovların hüquqları məsələsinə biganə yanaşdığını, lakin əvəzində isə Azərbaycana təzyiq göstərməyə xidmət edən məsələləri tez-tez gündəmə gətirdiyini bildirib.

 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, AŞPA-nın üzləşdiyi böhran qurumun məhz bu qəbildən olan məsələlərin həllində acız qalması, onları həll edə bilməməsindən irəli gəlir. S.Seyidov Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvlərinin D.Əsgərov və Ş.Quliyevin məsələsini qurumda tez-tez və müxtəlif səviyyələrdə qaldırmalarına baxmayaraq heç bir müsbət nəticə əldə olunmadığını bildirib. Nümayəndə heyətinin rəhbəri bundan sonar da azərbaycanlı girovların məsələsinin istər AŞPA daxilində, istərsə də digər qurumlar səviyyəsində qaldırılacağını söyləyib. S.Seyidov insan hüquqları naminə bu fundamental prinsipə hörmət edən hər bir kəsi D.Əsgərov və Ş.Quliyevin azad edilməsi üçün yazılı bəyanata qoşulmağa dəvət edib.

 

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov tədbir iştirakçılarına üzünü tutaraq atasının azad edilməsi üçün ona kömək etmələrini xahiş edib.

 

Tədbirdə Dağlıq Qarabağda azərbaycanlıların etnik təmizləmə qurbanı olduğunu əks etdirən film nümayiş olunub. Tədbir iştirakçılarına Dağlıq Qarabağ münaqişəsinin insan hüquqları üçün böyük təhlükə olduğu haqqında ətraflı məlumat verən bukletlər paylanılıb.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Növbəti mərhələyə maksimum hazır olmağa çalışacağıq” - Qurban Qurbanov 17 İyul 2019, 23:56 Ərdoğan türk diplomatlarına hücumu pislədi 17 İyul 2019, 23:36 “Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi müəyyənləşib 17 İyul 2019, 23:22 Azərbaycanda  31432 narkoman qeydiyyata alınıb 17 İyul 2019, 23:11 “Qarabağ” Çempionlar Liqasının növbəti mərhələsində 17 İyul 2019, 22:54 Türkiyə 7 terrorçunu zərərsizləşdirib 17 İyul 2019, 22:37 Bakıda pul borcu üstündə bıçaqlanma 17 İyul 2019, 22:24 Şamaxıda ağır qəza: 6 nəfər xəsarət aldı 17 İyul 2019, 21:45 İranda tayfa davası: 1 ölü, 13 yaralı 17 İyul 2019, 21:29 Yevlax meşə yanğını 17 İyul 2019, 21:00 Azərbaycanda banklara qoyulan əmanətlərin 57,4 faizi xarici valyutadadır 17 İyul 2019, 20:47 Azərbaycanda 1400-dən artıq məhkum elektron qolbaq daşıyır 17 İyul 2019, 20:30 İraq türk diplomatlarının ölümünü pislədi 17 İyul 2019, 20:16 “Qarabağ”la “Partizani”nin start heyətləri açıqlandı 17 İyul 2019, 20:00 Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş Prokurorluq 17 İyul 2019, 19:53 Şamaxıda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb 17 İyul 2019, 19:46 Ermənilər Göygöldə traktoru snayper atəşinə tutub - RƏSMİ 17 İyul 2019, 19:32 “Azercell”: Məlumatlar həqiqəti əks etdirmir 17 İyul 2019, 19:21 Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib   17 İyul 2019, 19:04 Qazaxda üçotaqlı ev yanıb   17 İyul 2019, 18:55 6 ay ərzində hava nəqliyyatı ilə 1,1 milyondan çox sərnişin daşınıb   17 İyul 2019, 18:53 Hava limanında qanunsuz telefonlar və elektronika malları aşkarlanıb 17 İyul 2019, 18:47 BDU-da yeni fənn tədris olunacaq   17 İyul 2019, 18:35 6 ayda 655 məhkum cəzaçəkmədən azad olunub 17 İyul 2019, 18:32 Nazirlik  sosial şəbəkələrin çökməsi ilə bağlı məlumat YAYDI 17 İyul 2019, 18:15 Bərdədə antisanitar pendir sexi AŞKARLANDI - FOTOLAR 17 İyul 2019, 18:05 Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub 17 İyul 2019, 17:43 56  əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib 17 İyul 2019, 17:41 Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı... 17 İyul 2019, 17:31 Gədəbəydə 1 tona yaxın çətənə kolu məhv edildi   17 İyul 2019, 17:18 Türkiyədə dilənçidən 3 min lirə, 5 min dollar götürüldü 17 İyul 2019, 17:12 Manat və dolların sabahkı məzənnəsi 17 İyul 2019, 17:12 “Yay məktəbi”nin iştirakçıları Lerik rayonu ilə tanış olublar - FOTOLAR 17 İyul 2019, 17:00 Ağdaşda qanunsuz limonad sexi aşkarlandı 17 İyul 2019, 16:53 Sosial şəbəkələr çökdü 17 İyul 2019, 16:49