Modern.az

Tramp Ərdoğanla Fətullah Güləni müzakirə edə bilər

Tramp Ərdoğanla Fətullah Güləni müzakirə edə bilər

29 İyun 2019, 17:00

ABŞ prezidenti Donald Tramp Türkiyəyə səfər etməyi planlaşdırdığını deyib.

 

Tramp bu haqda Osaka şəhərində keçirilən G20 sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü öncəsi jurnalistlərin suallarını cavablandırarkən bildirib.

 

O, bununla belə səfərin tarixini konkret göstərməyib.

 

Tramp Türkiyə səfəri zamanı həmkarı Rəcəb Tayyib Ərdoğanla hansı məsələləri müzakirə edə bilər?

 

Politoloq Zərdüşt Əlizadə Modern.az saytına deyib ki, Tramp əvvəl Türkiyəni təhdid edirdi. 

 

O bildirib ki, Ankara S-400-lərin alınması ilə bağlı Amerikanın xəbərdarlığını, etirazını nəzərə alsa,Türkiyə istədiyi silahı Amerikadan almağa nail olar.

 

“Ancaq oda ola bilər ki,Türkiyə razılaşmanı pozsun, daha mənfəətli bir razılaşma əldə etsin.

Əgər Tramp desə ki, biz sənə istənilən silahı veririk, lakin S-400 silahından imtina et, Türkiyə artıq öz mövqeyini qoruyacaq.

 

Əslində bir məqam da var. Belə baxanda S-400 silahı Türkiyənin nəyinə lazımdır? Heç bir ölkə ilə müharibə aparmır, kifayət qədər hərbi gücə malikdir, dünyada öz liderliyini qoruyub saxlayır”.

 

Bəs Nurçu camaatın Amerikada yaşayan lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası müzakirə olunacaqmı?

 

Ekspert Zərdüşt Əlizadənin fikrincə, Fətullah Gülən məsələsi müzakirə olunsa belə, onun Türkiyəyə təhvil verilməsi mümkün deyil.

 

“Gülən Amerikada qalacaq. Amerika onu qaytarmağı düşünmür”-deyə Z.Əlizadə əlavə edib.

 

Jalə Mehdiyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi