Modern.az

Dünyanın ən zəngin adamı 38 milyard dollar pul itirdi

Dünyanın ən zəngin adamı 38 milyard dollar pul itirdi

6 İyul 2019, 10:25

“Amazon” şirkətinin prezidenti, dünyanın ən varlı iş adamı Cef Bezos 25 illik evlilikdən sonra həyat yoldaşından rəsmən boşanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Makkenzi Bezos boşanmaya görə keçmiş ərinə məxsus “Amazon” şirkətinin 19,7 milyon səhminin sahibi olacaq. Bu səhmin bazar dəyəri isə 38,3 milyard dollar təşkil edir.

 

Artıq boşanma haqqında qərar Vaşinqton ştatının Kinq dairəsində rəsmən təsdiqlənib. Beləliklə, Makkenzi Bezos 38,3 milyard dollar sərvətlə dünyanın ən varlı iş adamları sırasında avtomatik olaraq 22-ci sıraya yüksəlir. Boşanmaya görə ciddi maliyyə itkiləri ilə üzləşən Cef Bezos isə “Amazon”un 12%-lik səhmini əldə saxlamaqla 114,8 milyard sərvətlə yenə də dünyanın ən zəngin iş adamı olaraq qalır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?