Modern.az

Gürcüstanın baş naziri Putinə cavab verdi

Gürcüstanın baş naziri Putinə cavab verdi

9 İyul 2019, 23:18

Gürcüstanın baş naziri Mamuka Baxtadze Rusiya prezidenti Vladimir Putinin Gürcüstana sanksiyalar tətbiq etməməklə bağlı qərarına münasibət bildirib.

Modern.az  "Report" istinadən xəbər verir ki, hökumət başçısı deyib ki, xalqlar arasında münasibətlərdə heç bir maneə olmamalıdır.

M.Baxtadzenin sözlərinə görə, xalqlar arasında əlaqələr böyük əhəmiyyətə malikdir və son illər bu istiqamətdə irəliləyiş əldə olunub.

Baş nazir qeyd edib ki, Gürcüstan cəmiyyətinin qütbləşməsinə cəhdlər qəbuledilməzdir.

M.Baxtadzenin sözlərinə görə, heç kəsə Gürcüstanı həm daxili, həm də xarici siyasətin aqressiv gündəliyinin əsirinə çevirməyə imkan verilməyəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır