Modern.az

Prezident bələdiyyə sədrini belə qovdu - Video

Prezident bələdiyyə sədrini belə qovdu - Video

Dünya

11 İyul 2019, 00:03

Ukrayna Prezidenti Vladimir Zelenski 10 iyul tarixində keçirilən iclas zamanı Borispol şəhər bələdiyyəsinin katibi Yaroslov Qodunkını otaqdan qovub.

Modern.az xəbər verir ki, prezident Qodunkanın dərhal iclas zalını tərk etməsini təkidlə tələb edib.

“Çox qışqırdıqları zaman mən internetdə çox bağıranlar haqqında nələrsə axtarmağı xahiş edirəm. 42 yaşım var, çox insanlar görmüşəm. Qəzetdə oxudum. Söyləyin mənə! Bu, doğrudur, ya yox? “Batkivşina” partiyasının üzvü, Borispol bələdiyyəsinin katibi Ukrayna Cinayət Məcəlləsinə görə daha əvvəllər ağır bədən xəsarətləri yetirmə maddəsi ilə ittiham edilib. Yaroslav Nikolayeviç, bu sizsiniz? Çıxın burdan! Çıx, dələduz! Pis eşidirsən? İngiliscə deyirəm: Exit” - deyə Zelenski əsəbi şəkildə bildirib.

Lakin Qodunko prezidentlə razılaşmayaraq onunla mübahisə edib.

“Hər cür mənasız yazıları oxumaq üçün ona təqdim edirlər”, - deyə Qodunko Zelenskinin andiçmə mərasimində “Hamımız prezidentik” fikirlərinə eyhamla deyib.

Zelenski də öz növbəsində, “Yaxşı, gedin, cənab! Siz dəqiq prezident deyilsiniz! Prezidentin cinayət əməli yoxdur. Get gəz!” – deyə vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi