Modern.az

Xəzərdə batmaq təhlükəsi olan iki nəfər xilas edildi

Xəzərdə batmaq təhlükəsi olan iki nəfər xilas edildi

Aktual

19 İyul 2019, 14:16

Xəzər dənizində batmaq təhlükəsi olan iki nəfər xilas edilib. 

 

Bu barədə Modern.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. 

 

Belə ki, DSX-nin Sahil Mühafizəsinin “Vel” sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan “VE-396” bort nömrəli “Yamaha - 48” tipli qayığının mühərriyində yaranmış nasazlıq səbəbindən dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

 

Qayıqdakı şəxslərin xilas edilməsi məqsədilə dövlət sərhədinin müha­fizəsində olan DSX Sahil Mühafizəsinin “Tufan” tipli sərhəd gözətçi gəmisi hadisə baş vermiş koordinatlara istiqamət götürmüş, saat 12:10 radələrində Lənkəran rayonunun Vel kəndindən 2 mil məsafədə qayıq aşkar olunub və heyət üzvləri 12:35 radələrində xilas olunaraq sahilə çıxarılıblar.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır