Arxiv
19 İyul 2019, 22:33 | AKTUAL
“İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİN

"Ölkəmizin hazırda Ermənistan silahlı qüvvələrinin hərbi işğalı altında olan Dağlıq Qarabağ bölgəsi dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır".

Modern.az  xəbər verir ki, bunu Azərbaycan XİN mətbuat katibi Leyla Abdullayeva deyib.

L.Abdullayeva qeyd edib: "Hər şeydən öncə onu qeyd etmək istərdim ki, ölkəmizin hazırda Ermənistan silahlı qüvvələrinin hərbi işğalı altında olan Dağlıq Qarabağ bölgəsi və burada yaradılmış qondarma separatçı rejim dünyanın heç bir suveren dövləti, hətta işğalçı Ermənistan tərəfindən belə tanınmır.

O ki, qaldı Avstraliyanın rəsmi mövqeyinə vurğulamaq istərdim ki, Avstraliya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və bu barədə ölkə rəsmiləri dəfələrlə bəyanatlarında, eləcə də Azərbaycana ünvanlanmış rəsmi məktub və notalarında qeyd ediblər. Avstraliyanın sabiq Xarici İşlər naziri 2015-ci ildə Avstraliyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstklədiyini və Dağlıq Qarabağın işğalına son verilməsinin tərəfdarı olduğunu bəyan etmişdir. 2017-ci ildə Avstraliyanın Beynəlxalq İnkişaf və Sakit okean üzrə naziri ölkəmizə səfəri çərçivəsində Avstraliyanın məlum mövqeyini birmənalı şəkildə ifadə etmişdir. Ən son bu yaxınlarda, cari ilin 29 may tarixində Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqovun Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı məktubunda ölkənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə münasibətdə nümayiş etdirdiyi qəti dəstək mövqeyi öz əksini tapmışdır.

Avstraliyanın Yeni Cənubi Uels ştatının erməni əsilli baş nazirinin söylədiklərinə gəldikdə isə, onun fikirlərinin Avstraliya Federal Hökumətinin rəyini əks etdirmədiyini vurğulamaq və ümumiyyətlə, federal hökumətin xarici siyasətinin formlaşdırılmasında ştat rəsmilərinin nə dərəcədə iştirak etdiklərini sual altına almaq istərdim. Yeni Cənubi Uelsin baş nazirinin Ermənistanda etdiyi bəyanatlar açıq şəkildə federal hökumətin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir və fikrimizcə, bu xüsusda ştat rəsmisinə təmsil etdiyi dövlətin xarici siyasət kursuna uyğun davranması ilə bağlı xəbərdarlıq edilməlidir.

Xatırlatmaq istərdim ki, erməni əsilli ştat rəsmisi hələ 2013-cü ildə bu ölkənin nəqliyyat naziri qismində ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə icazəsiz səfər etdiyi üçün Azərbaycana girişi arzu olunmayan şəxslər siyahısına daxil edilib.

Ümumiyyətlə, Avstraliyadakı erməni lobbi qrupları son zamanlar Azərbaycanla Avstraliya arasında inkişaf etməkdə olan ikitərəfli münasibətlərdən narahatdırlar və bu münasibətlərin korlanmasına yönəlik addımlar atmağa cəhd edirlər. Lakin vurğulamaq istərdim ki, bu qrupların əsassız fəaliyyəti Azərbaycanla Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dövlət qurumlarına deputatlardan ibarət nəzarət mexanizmi yaradılsın - Razi Nurullayev 1 İyun 2020, 11:56 Ailə üzvlərində koronavirus aşkarlanan abituriyen imtahana BURAXILMAYACAQ 1 İyun 2020, 11:55 Sosial şəbəkədə insanlar ağır sözlərə məruz qalır - Nurlan Həsənov 1 İyun 2020, 11:52 Azay Quliyev QHT və qrant haqqında qanunun dəyişdirilməsini TƏKLİF ETDİ 1 İyun 2020, 11:51 Qarabağda COVİD-19-a yoluxanların sayı ARTIR 1 İyun 2020, 11:50 Bibiheybət yolu açılır RƏSMİ  1 İyun 2020, 11:47 Ermənistanda koronavirusdan 1 gündə 8 nəfər öldü   1 İyun 2020, 11:46 Deputat Naxçıvana təyyarə reysinin açılmasını tələb etdi 1 İyun 2020, 11:44 Ombudsman bəyanat yaydı 1 İyun 2020, 11:41 Maşın sürmək üçün verilən etibarnamə ləğv olunsun - Deputatdan TƏKLİF 1 İyun 2020, 11:39 Magistraturaya ixtisas seçiminin tarixi AÇIQLANDI 1 İyun 2020, 11:37 TƏBİB yeni xidmət istifadəyə verdi 1 İyun 2020, 11:36 Elman Nəsirov sosial şəbəkələrlə bağlı ölçü götürülməsini istədi 1 İyun 2020, 11:35 Hər bir məzun təhsil aldığı rayonda imtahan verəcək 1 İyun 2020, 11:31 Ali məktəblərə qəbul imtahanlarının elan olunmamasının səbəbi AÇIQLANDI 1 İyun 2020, 11:26 Şəhid övladlarından maraqlı VİDEOÇARX 1 İyun 2020, 11:20 Sosial şəbəkədə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçəcəyik? 1 İyun 2020, 11:19 Məleykə Abbaszadədən abituriyentlərə xəbərdarlıq - “Kimsə düşünməsin ki, maska taxıb...” 1 İyun 2020, 11:16 İyunda 190 min şagird buraxılış imtahanlarında iştirak edəcək 1 İyun 2020, 11:10 Elşad Miraləm deputat köməkçisi təyin olundu 1 İyun 2020, 11:05 Parlamentin növbədənkənar sessiyasının ilk iclası başladı 1 İyun 2020, 11:00 Bakıda gənc qız itkin düşdü 1 İyun 2020, 10:56 Dillər Universitetində Çin dili üzrə seminar 1 İyun 2020, 10:50 Jurnalistlər maskasız Milli Məclisə buraxılmır 1 İyun 2020, 10:45 Prokurorluq anasını və bacısını öldürən şəxsi AXTARIR 1 İyun 2020, 10:40 Əziz, gözəl və sevimli uşaqlar! - FOTO 1 İyun 2020, 10:35 Azərbaycanlı alim gürcüstanlı gənclərin suallarını cavablandırdı 1 İyun 2020, 10:30 Paşinyan ailə üzvlərini də koronavirusa YOLUXDURUB 1 İyun 2020, 10:24 Azərbaycanda 2 hektar sahədə 1 ton narkotik bitki aşkarlandı - FOTO 1 İyun 2020, 10:19 Pakistanda yoluxma sayı 70 mini keçdi 1 İyun 2020, 10:13 İş yerində narkotik becərən şəxs saxlanıldı - FOTO 1 İyun 2020, 10:07 Koronavirusla mübarizə aparan həkimlərə əlavə pul ödənildi? - Agentlikdən AÇIQLAMA 1 İyun 2020, 10:03 Paşinyan koronavirusa YOLUXDU 1 İyun 2020, 10:00 Kapital Bank yenilənən Ağdam filialını istifadəyə verdi 1 İyun 2020, 09:56 Buraxılış imtahanlarının vaxtı açıqlandı - QRAFİK 1 İyun 2020, 09:51