Arxiv
23 İyul 2019, 23:16 | AKTUAL
Gülşən Rəvan qızının nakam Cəbrayıl SEVGİSİ

Artıq 26 ildir ki, erməni işğalı altında qalan Cəbrayıl elinə, rayon ictimaiyyətinə ağır itki üz verib. Behbudova Gülşən Rəvan qızı 22 iyul 2019-cu ildə 42 yaşında ürək tutmasından vəfat edib. 

 

Gülşən Behbudova 1977-ci ildə Cəbrayıl rayonunun Quycaq kəndində anadan olub. Tibb təhsili alan Gülşən Rəvan qızı 1993-cü ilin avqustundan, doğma yurdu Cəbrayılın işğalından sonra Bakı şəhərində məskunlaşıb. Paytaxtın müxtəlif tibb müəssisələrində, o cümlədən Nəsirəddin Tusi adına Klinikada və “Ege Hospital”da (keçmiş Grand Hospital) işləyib. Sonuncu iş yerində - “Ege Hospital”da assistent kimi çalışıb. İnsanları və insanlığı, səmimiliyi, dürüstlüyü sevən G.Behbudova məhz bu keyfiyyətlərinə görə işlədiyi kollektivdə hər kəsin rəğbətini qazanıb.  

 

Gülşən Rəvan qızı vaxtilə Facebook sosial şəbəkəsində “CƏBRAYILIM” qrupunun adminlərindən biri olub. Daha sonra “Cəbrayılda qalan dünyam” qrupunun yaradıcılarından və adminlərindən biri kimi fəaliyyət göstərib. Digər adminlərlə birlikdə rayonun ziyalılarını bu qruplarda birləşdirib, gəncləri dəvət edərək, onların vətənpərvər ruhda böyüməsi üçün bütün gücünü sərf edib.

 

G.Behbudova sıradan biri deyildi. İctimai fəal kimi tanınan, fəal vətəndaş mövqeyi ilə seçilən Gülşən Rəvan qızının yurdsevərliyinin, vətənpərvərliyinin, insanpərvərliyinin sərhədi yox idi. Vətən yanğısı, yurd həsrəti, Cəbrayıl, Qarabağ və bütövlükdə Azərbaycan sevgisi sərhəd tanımırdı. Cəbrayılın anım günlərinin təşkili ilə əlaqədar bütün tədbirlərdə iştirak edir, xüsusi fəallıq göstərirdi. İmkanı daxilində hətta yaxın-uzaq bölgələrdə torpağa tapşırılan şəhidlərimizin dəfn və hüzn mərasimlərinin, Qarabağla bağlı tədbirlərin iştirakçısı olurdu. 

 

Təlatümlü bir dənizdə bir növ aysberqə bənzəyirdi Gülşən xanım. Onunla rastlaşanda qarşında son dərəcə xoşbəxt, şən və gülərüz bir xanım canlanırdı. Bu hal ola bilsin, onu yaxından tanımayanlarda “bəxtəvərin yaylağa qalxması” təsəvvürünü yaradırdı. Həqiqətdə isə Gülşən xanım iç dünyasında – görünməyən daha nəhəng tərəfində yurd həsrətinin göyüm-göyüm göynətdiyi, sızlatdığı, bozlatdığı nəhəng bir Cəbrayılsızlıq dərdi daşıyırdı. Yəni “dərd əlindən dağlara çıxmışdı” Gülşən xanım. Ruhu bədənində əziyyət çəkirdi. 26 ildir içində gəzdirdiyi Vətən eşqi, dəli bir Cəbrayıl sevgisi, nəhayət 22 iyul 2019-cu ildə nakam sevgiyə çevrildi. Elə bil vəfasız ürəyinə dammışdı amansız əcəlin yaxınlaşdığı. Ölümündən cəmi iki gün əvvəl, 20 iyul saat 20:47-də: - Nə var Allahdan yuxarı!? Nə var qəbirdən aşağı!? Toparlan, ruhum, gedirik, Sən yuxarı, mən aşağı - dedi və getdi. Getdi ki, əbədilik qazansın. Getdi ki, heç olmasa ruhu doğma yurda qovuşsun...

 

Rahat uyu, əziz bacımız, istəklimiz, yurddaşımız, qız qardaşımız, Vətən daşı olmağı bacaran vətəndaşımız! Sən özündən sonra böyük bir örnək, böyük bir nümunə qoyub getdin. Vətəni, yurdu, Cəbrayılı təmənnasız sevmək, azadlığı uğrunda mübarizə aparmaq nümunəsi. Parlaq, unudulmaz xatirən hər zaman qəlbimizdə yaşayacaq.

 

Allah qəriqi rəhmət eləsin! Məkanın cənnət, ruhun şad olsun!

 


“Facebook” sosial şəbəkəsində yaradılan 

“Cəbrayılım Təşkilat Komitəsi” adından

Nəriman Mahmud 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ecevitin həyat yoldaşı vəfat etdi 18 Yanvar 2020, 00:48 Bakıda qayınana kürəkənini döyüb 18 Yanvar 2020, 00:32 Dünyanın ən kiçik adamı vəfat etdi 18 Yanvar 2020, 00:18 Türkiyə 4 terrorçunu Almaniyaya deportasiya etdi 17 Yanvar 2020, 23:58 Qənirə Paşayeva seçicilərlə görüşdü - FOTO 17 Yanvar 2020, 23:34 Uşaqlı analar gediş haqqı ödəməyəcək 17 Yanvar 2020, 23:16 Növbəti qlobal böhran gözlənilir 17 Yanvar 2020, 22:58 Prezident Baş nazirin istefasını qəbul etmədi 17 Yanvar 2020, 22:36 Suriyada 50 silahlı zərərsizləşdirilib 17 Yanvar 2020, 22:18 Qeydiyyata cəlb olunan mənzillərin sayı açıqlandı 17 Yanvar 2020, 22:18 “Güclü Millət - Qüdrətli Dövlət yolunda sizin səsiniz!” – Musa Qasımlı 17 Yanvar 2020, 21:59 Vüqar Bayramov seçicilərlə ilk görüşünü Sumqayıtda keçirdi - FOTOLAR 17 Yanvar 2020, 21:46 ABŞ-dan İrana yeni sanksiya - SƏBƏB 17 Yanvar 2020, 21:29 DYP polisin rüşvət alması videogörüntüsünə münasibət bildirdi 17 Yanvar 2020, 21:16 Jurnalistlərin gəlirləri artıb: JuHİ hesabatını açıqladı 17 Yanvar 2020, 20:58 Əhliman Əmiraslanov seçki kampaniyasına başladı - FOTOLAR 17 Yanvar 2020, 20:42 Alman əsgərin 1943-cü ildə arvadına yazdığı məktub tapıldı 17 Yanvar 2020, 20:21 "Keşlə" Almaniya klubuna məğlub olub 17 Yanvar 2020, 20:04 Qonşudan qaçırdığı maşınıyla qəza törətdi 17 Yanvar 2020, 20:02 Ceyhun Bayramovdan yeni TƏYİNAT 17 Yanvar 2020, 19:53 İcra başçısı “Sovetski” sakinləri ilə görüşdü 17 Yanvar 2020, 19:44 Azay Quliyevlə ilk görüşdə böyük izdiham yaşandı - FOTO 17 Yanvar 2020, 19:35 “Azərişıq” yeni işçiləri onlayn yoxlayacaq 17 Yanvar 2020, 19:26 Fəzail Ağamalı seçicilərlə görüşlərinə start verdi - FOTO 17 Yanvar 2020, 19:17 Bakı Ali Neft Məktəbində anım mərasimi keçirilib - FOTO 17 Yanvar 2020, 19:08 “Qan yaddaşımız” adlı əbədi-bədii kompozisiya təqdim edilib - FOTO 17 Yanvar 2020, 19:00 İnformatika müəllimləri üçün təlim keçirilib 17 Yanvar 2020, 18:51 Putin özünə yeni köməkçi təyin edi 17 Yanvar 2020, 18:43 Deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatdı 17 Yanvar 2020, 18:35 Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşına yüksək VƏZİFƏ VERDİ 17 Yanvar 2020, 18:28 BMT Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı sənəd dərc etdi 17 Yanvar 2020, 18:23 Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək 17 Yanvar 2020, 18:18 Dövlət Komitəsində faciənin 30-cu ildönümü qeyd olunub - FOTO 17 Yanvar 2020, 18:11 Rafiq Hüseynlinin qızı AzTV-də aparıcılıq edəcək 17 Yanvar 2020, 18:06 Musa Quliyev ilk görüşünü könüllü gənclərlə keçirib - FOTO 17 Yanvar 2020, 18:00
SORĞU Yeni parlamentdə kimlər olsun?