Arxiv
31 İyul 2019, 16:45 | ANALİTİKA
Fuad Çıraqov: “Gürcüstan-Azərbaycan münasibətlərini pozmaq istəyənlər ya hər iki ölkənin düşmənləri, ya da səfehlərdir”  

Keçikçidağ məbəd kompleksi ətrafında yaranmış məsələ ilə əlaqədar Gürcüstanla Azərbaycan arasında münasibətlərə dair Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov “The Greater Middle East” dərgisinə müsahibə verib.

 

Modern.az-ın xəbərinə görə, ekspert müsahibəsində bildirib ki, sərhəddə mübahisəli ərazi ilə bağlı son gərginlik nə Gürcüstanın, nə də Azərbaycanın milli maraqlarına uyğun deyil. Onun sözlərinə görə, hər iki ölkə qlobal cəhətdən böyük əhəmiyyətə malik enerji və nəqliyyat layihələri vasitəsi ilə bir-biriləri ilə sıx əlaqəlidir. “İstənilən rasional düşüncəyə malik hökumət əlaqələrin bu şəkildə mövcud olan təbiətini pozmağı və ya yenidən nəzərədən keçirməyi düşünməz. Açıq görünür ki, iki ölkə arasında münasibətləri pozmaq istəyənlər ya Azərbaycan və Gürcüstanın düşmənləridir və ya yalnız özlərinin qısamüddətli maraqları barədə düşünən populist və strateji baxışa malik olmayan, hansısa qüvvələr üçün fayda verən səfehlərdir. Bu heç kəsə sirr deyil ki, biri-biriləri olmadan hər iki ölkənin müstəqillik, iqtisadi rifah və inkişaf üçün şansları yoxdur. Xüsusi olaraq hansısa ölkələrin adlarını çəkməyə ehtiyac yoxdur. Regional geosiyasətlə bağlı ilkin biliyi olan istənilən şəxs təxribatların mənbəyinin haradan gəldiyini anlayacaq. Digər məsələ bu problem və ya münaqişəni necə həll etməklə bağlıdır. Aydındır ki, bəzi qüvvələr əlaqələrdəki bu həssas və ağrılı nöqtəni taparaq ondan istifadə edirlər. İkitərəfli komissiya mövcuddur və komissiya problemin həllini tezləşdirməlidir. Hesab edirəm ki, onlar həmçinin beynəlxalq təcrübədə mövcud olan müxtəlif forma və modelləri də nəzərdən keçirməlidirlər”, - deyə Fuad Çıraqov deyib.

 

Ekspert bildirib ki, ölkənin gələcəyini müəyyən edəcək 2020-ci il parlament seçkiləri yaxınlaşdığından ötən ilin əvvəlindən etibarən Gürcüstanda daxili siyasət çox həssas və kövrək siyasi mühitə daxil olur. Onun sözlərinə görə, bu mühit həmçinin öz təzyiq vasitələri və ortaqları ilə  daxili siyasəti və gündəliyi öz maraqlarına uyğun formalaşdırmaq istəyən xarici oyunçularla daha da mürəkkəbləşir:

 

“Son illər informasiya müharibəsinin müxtəlif taktika və strategiyaları ilə Gürcüstanda anti-Azərbaycan və anti-Türkiyə fobiyasının alovlanmasına sistemli və planlı cəhdlərin şahidi oluruq.

 

Bütün bu cəhdlər Gürcüstanın Avro-Atlantik institutlarına üzvlüyünün təxirə salınması ilə bağlı artmaqda olan məyusluqla əlaqədardır. Bəzi siyasi qruplar açıq şəkildə, cəsarətlə və tez-tez ölkənin ötən  onilliklərdə formalaşdırılmış və özlərinin sadəcə bir neçə ilə əvvəl edə bilmədikləri xarici siyasət strategiyası ilə bağlı etiraz etməyə başlayıblar. Həmçinin Gürcüstan iqtisadiyyatı çətin dövrlə üz-üzədir, hazırki hökumət indiyə qədər verdiyi vədləri yerinə yetirə bilməyib. Gürcüstan valyutası son aylar dəyərdən düşür və hər dəfə ən aşağı səviyyəyə çatır. Ölkənin siyasi mühitindəki qütbləşmə genişlənir.

 

Başqa sözlə desək, Gürcüstan-Azərbaycan münasibətlərindəki son gərginlik iki məqsədə xidmət edir. Birincisi, cəmiyyətin diqqətini ölkənin real problemlərindən uzaqlaşdırmaq, ikincisi isə Gürcüstan və Azərbaycan arasında mövcud olan yaxşı münasibətləri zədələmək və bununla da Tbilisinin xarici siyasət strategiyasının yenidən nəzərdən keçirilməsi ilə bağlı çağırışlar və arqumentlərin əsaslı olduğunu sübut etməkdir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yanğına görə aeroport yolunda sürət həddi endirildi 23 İyun 2021, 12:53 Taqanroq diviziyasının igid döyüşçüsü Şamil Yadigarov 23 İyun 2021, 12:43 Prezident dövlət qulluqçularını təltif etdi - SİYAHI 23 İyun 2021, 12:40 Keçmiş mətbuat katibi HƏBS EDİLİB 23 İyun 2021, 12:35 Emin Əmrullayev Bakı Ali Neft Məktəbində   23 İyun 2021, 12:34 Prezident BMT-nin ali nümayəndəsini qəbul edib  23 İyun 2021, 12:30 Sinoptiklərin hava xəbərdarlığına görə HƏKİM MƏSLƏHƏTİ 23 İyun 2021, 12:25 İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirini qəbul edib 23 İyun 2021, 12:20 Tural Gəncəliyev: “Qarabağa qayıtmaq hüququmuzdan istifadə edə bilmirik” 23 İyun 2021, 12:17 Hər yetəndən bal ALMAYIN - Loğman MƏSLƏHƏTİ 23 İyun 2021, 12:11 Nazirlik anomal isti ilə bağlı əhaliyə müraciət etdi 23 İyun 2021, 12:05 “Heç zaman dünya hegemonluğuna iddia etməyəcəyik” – Çinin müdafiə naziri 23 İyun 2021, 11:59 Azərbaycan Dünya Bankının kreditindən İMTİNA ETDİ 23 İyun 2021, 11:53 Avropa Şurasının Baş katibi Ermənistandan mina xəritələrini TƏLƏB ETDİ 23 İyun 2021, 11:47 Putin-Bayden görüşü MDB ölkələrində nəyi dəyişəcək... 23 İyun 2021, 11:45 Problemli kreditlərinin həcmi artıb 23 İyun 2021, 11:42 Gec olmadan peyvənd olunmalıyıq - Naqif Həmzəyev 23 İyun 2021, 11:40 Gənclərin inkluziv qanunvericiliyin təmin olunmasında rolu 23 İyun 2021, 11:36 “Nar” abunəçilərinin nəzərinə! 23 İyun 2021, 11:33 Daha bir şəhid övladı doğuldu - Vətən müharibəsindən sonra 100-cü uşaq - FOTO 23 İyun 2021, 11:28 Şahin Mustafayev Ağdamda iclas keçirir - FOTO 23 İyun 2021, 11:22 Space TV-nin Qarabağ müxbirləri: “Yaxınlığımıza düşən mərmilər son reportajımız ola bilərdi” - MÜSAHİBƏ+VİDEO 23 İyun 2021, 11:16 Putindən növbəti QARABAĞ AÇIQLAMASI: “Rusiyanın həlledici səyləri...” 23 İyun 2021, 11:10 Bakının sənədsiz evlər PROBLEMİ - Bu evlərə sənəd verilməyəcək 23 İyun 2021, 11:04 Zaqatala sakininin evindən civə tapıldı - FOTO 23 İyun 2021, 11:00 45 mindən artıq fermerə subsidiya ödənilib 23 İyun 2021, 10:56 “Bu məxluqdan xilas olmalıyıq” – Ermənistan müxalifəti 23 İyun 2021, 10:51 Əsirlərimizə işgəncə verən erməni hərbçilərinin məhkəməsi keçirilir 23 İyun 2021, 10:45 Kürdəmirdə qətl törədən şəxs tutuldu 23 İyun 2021, 10:39 UNEC-in növbəti beynəlxalq konfransı 23 İyun 2021, 10:33 ÜST-dən koronavirusun ən təhlükəli ştamı ilə bağlı XƏBƏRDARLIQ 23 İyun 2021, 10:27 Azərbaycan nefti 76 dollara yaxınlaşır 23 İyun 2021, 10:22 Dövlət qulluqçusu ona göstərilmiş etimadı düzgün dəyərləndirməlidir 23 İyun 2021, 10:17 Nazirlik “BİZON energy” içkisi ilə bağlı araşdırmaya başladı 23 İyun 2021, 10:11 Ötən il dövlət idarələrində vəzifəyə təyin edilənlərin sayı AÇIQLANDI 23 İyun 2021, 10:05
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?