Modern.az

Azərbaycanda donuzların sayı sürətlə artır

Azərbaycanda donuzların sayı sürətlə artır

3 Avqust 2019, 09:29

Dövlət Statistika Komitəsi Azərbaycandakı donuzların sayını açıqlayıb.

 

DSK-nın İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdirinin müavini Leyla Kərimova Modern.az-ın  sorğusuna cavab olaraq bildirib ki, iyul ayının 1-nə qədər olan statistik göstəricilərə əsasən  Azərbaycanda 6292 baş donuz var. Əvvəlki illərdə "donuz qripi” və s. xəstəliklər fonunda donuz təsərrüfatlarının sayı ilbəil azalsa da, son statistika donuzların sayının artdığına dəlalət edir.

 

Belə ki, ötən illə müqayisədə Azərbaycanda donuzların sayında 25%-lik artım baş verib. Buna qədər rəsmi statistikaya əsasən, Azərbaycanda 2012-ci ilin 1 yanvar vəziyyətinə görə 6,1 min, 2013-cü ilin 1 yanvarı üçün 6,5 min, 2014-cü ilin 1 yanvarına görə 6,7 min, 2015-ci ilin 1 yanvar vəziyyətinə görə 6,1 min, 2016-cı ilin analoji dövründə 5,2 min, 2017-ci ilin 1 yanvarına görə 4,4 min, 2018-ci ilin 1 yanvar vəziyyətinə görə isə 4,9 min baş donuz olub. 

 

Əzizə ZEYNAL

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir