Arxiv
6 Avqust 2019, 15:45 | PARLAMENT
Nazirlikdən Fazil Mustafanın təklifinə REAKSİYA: “Ödənişsiz mümkün deyil”

Deputat Fazil Mustafa Xəzər dənizində, eləcə də digər su hövzələrində yeniyetmələrin, gənclərin batması hallarına qarşı çıxış yolu təklif edib.  O, dövlət büdcəsindən ayrılan vəsait hesabına uşaqlar üçün üzgüçülük hovuzlarının tikilməsi təklifini irəli sürüb. F. Mustafa düşünür ki, dövlət hesabına tikilməli üzgüçülük hovuzlarında uşaqlar ödənişsiz olaraq üzməyi öyrənməlidirlər:

“Dənizin sahilində olan dövlətin vətəndaşları Monqolustandakı kimi dənizə laqeyd qala bilməz ki... Uşaqlıqda öyrənməyəndə sonralar daha çətin olur. Yüz xilasedici yığ sahilə, bununla problem çözülməz. İnsanlara üzməyi öyrətməliyik.

Hər gün dənizdən ölüm xəbəri eşidəndə nəticə çıxarmamağımız adamı daha çox üzür. Rusiyada uşaqların əksəriyyəti erkən yaşlardan suya alışdırılır. Biz bu məsələdə də hədsiz bilgisiz və biganəyik”.


Deputatın bu təklifi ilə bağlı Gənclər və İdman Nazirliyinin də mövqeyini öyrəndik. Nazirliyin mətbuat katibi Səmayə Məmmədova Modern.az-a açıqlamasında üzgüçülük hovuzlarının ödənişli olduğunu bir daha diqqətə çatdırıb:


“Olimpiya İdman Komplekslərində olimpiya idman növləri pulsuzdur. Yeganə üzgülüçülükdür ki, ödənişlə həyata keçirilir. Çünki həmin mərkəzlərdəki üzgüçülük hovuzlarının saxlanması, təmizlənməsi, dezinfeksiya edilməsi, hovuz temperaturunun tənzimlənməsi - bütünlüklə xərclərinin qarşılanması kifayət qədər böyük vəsait tələb edir. Komplekslərin hamısında qiymətlər eyni deyil. Regionlarda yerləşən idman komplekslərində əhalinin sayı, maddi durumu nəzərə alınaraq, üzgüçülük hovuzları çox münasib qiymətlərə təklif edilir. Su İdmanı Sarayı bu baxımdan ən çox müraciət olunan məkandır. Bəzən müraciətlər o qədər çox olur ki, bütün yerlər dolur. Çünki qiymət münasibdir. Valideynlər övladlarını bu kimi idman komplekslərində üzgüçülük dərslərinə qoya bilərlər”.


S.Məmmədova qeyd edib ki, hələlik üzgüçülük hovuzlarının pulsuz xidmət göstərməsini həyata keçirmək məsələsi gündəmdə deyil.

Qeyd edək ki, Bakıdakı idman klublarının üzgüçülük hovuzlarında  aylıq ödənişlər 45-100 manat arasında dəyişir. Bu qiymətə həftədə 2-3 dəfə 1 saat hovuzda üzmək olar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabunçuda Rəsulzadənin adı küçədən götürülüb? - İcra nümayəndəsindən AÇIQLAMA 19 Avqust 2019, 15:17 Azərbaycanda vahid məktəbli forması tətbiq ediləcək - Tarix AÇIQLANDI 19 Avqust 2019, 15:10 Bu rayonlara qaz verilişində problem yaranacaq 19 Avqust 2019, 15:06 İcra başçısı vətəndaşların müraciətlərinə reaksiya verdi 19 Avqust 2019, 14:52 İrəvan xanları nəslinin nümayəndəsi Azərbaycana gəldi 19 Avqust 2019, 14:47 Balaxanı Mədəniyyət evi konsert təşkil etdi - FOTOLAR 19 Avqust 2019, 14:43 Sabiq deputata ağır itki üz verdi 19 Avqust 2019, 14:36 “Mehriban Əliyevanın bu addımı bütün məmurlara örnəkdir!” - Şəhid xanımı 19 Avqust 2019, 14:27 Hamını yoxlayan Hesablama Palatasının özünü kim yoxlamalıdır?... 19 Avqust 2019, 14:12 Mədə-bağırsağındakı ağrılardan əsəbləşib polisə yalan xəbər verdi 19 Avqust 2019, 14:03 Ermənilərin Naxçıvan və Qazaxda uğursuz revanş CƏHDİ 19 Avqust 2019, 13:42 Türkiyədə təhsil alacaq jurnalist qızı: “Çalışacam ki, valideynlərimin ümidini doğruldam” - MÜSAHİBƏ 19 Avqust 2019, 13:10 Sabah Bakıda temperatur daha da YÜKSƏLƏCƏK 19 Avqust 2019, 13:08 Keçmiş müsavatçı Arif Hacılını HƏDƏF ALDI: “Partiyanı uçuruma apardı” 19 Avqust 2019, 12:55 DİQQƏT! Sabah Bakının bu küçələrində yol bağlanacaq 19 Avqust 2019, 12:41 “Vikipediya”da Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb 19 Avqust 2019, 12:40 Deputatdan oğlunun tutulması xəbərinə REAKSİYA 19 Avqust 2019, 12:36 İnam Kərimov Beyləqanda vətəndaşları qəbul edəcək 19 Avqust 2019, 12:33 Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı - FOTO 19 Avqust 2019, 12:12 Nazir və nazir müavinləri Cənub bölgəsinə gedirlər 19 Avqust 2019, 12:08 AQTA maarifləndirir: Çörək alarkən və saxlayarkən nəyə diqqət yetirməli? 19 Avqust 2019, 12:06 Direktor müavini işləmək istəyənlər üçün vakansiya seçimi başladı 19 Avqust 2019, 12:03 Azərbaycanda 250 ailə üçün meyvə bağları salınır 19 Avqust 2019, 11:46 Vəzifəli şəxs 3000 manat cərimələndi 19 Avqust 2019, 11:44 Bakıda bu iki sinfin bütün məzunları ali məktəbə qəbul olunub - FOTOLAR 19 Avqust 2019, 11:35 Təhsil şöbəsinin müdiri işdən çıxarılıb 19 Avqust 2019, 11:16 “Relax”da nə baş verib? - İcra başçısının müavini və istirahət mərkəzinin rəhbərliyi davadan DANIŞDI 19 Avqust 2019, 11:09 Tramp: “İranlılar çox məğrur millətdir amma ...“ 19 Avqust 2019, 11:00 “Sosial şəbəkə müxalifəti” seçki yerinə yalan, böhtan düşüncəsini seçirsə... 19 Avqust 2019, 10:45 Deputatın oğlu və 5 qohumu saxlanıldı  19 Avqust 2019, 10:41 “Qaçqınkom”un Nərimanov və Sabunçu üzrə sektor müdirləri cəzalandırıldı 19 Avqust 2019, 10:34 Ermənistan atəşkəsi 23 dəfə pozub 19 Avqust 2019, 10:25 Şəmkirdə ərinin yandırdığı arvad Bakıda öldü - FACİƏ 19 Avqust 2019, 10:05 Bu gün abituriyentlərin elektron ixtisas seçimi başa çatır 19 Avqust 2019, 10:04 “Azərsu” sədri 36 vətəndaşın müraciətini dinlədi 19 Avqust 2019, 09:58