Modern.az

Qırğızıstan prezidenti: "Atambayev konstitusiyanı kobud şəkildə pozub"

Qırğızıstan prezidenti: "Atambayev konstitusiyanı kobud şəkildə pozub"

Dünya

8 Avqust 2019, 09:49

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Təhlükəsizlik Şurasının iclasını keçirib.

 

Modern.az  Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, prezident sələfini Konstitusiyanı kobud şəkildə pozmaqda ittiham edib.

 “Almazbek Atambayev Konstitusiyanı kobus şəkildə pozaraq, qanun çərçivəsində keçirilən əməliyyat tədbirinə silahlı müqavimət göstərib”-deyə açıqlamada deyilir.

Daxili işlər naziri Kaşkar Cunuşaliyev, Baş prokuror Oturbek Camşitov yaranmış vəziyyətlə bağlı geniş hesabat veriblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
21 minlik stəkan, Gəncədə ŞOK ƏMƏLLƏR - Sadıkovla Mehdiyevi nə gözləyir?