Arxiv
9 Avqust 2019, 08:18 | DİASPOR
Vyanada təhsil alan gənc azərbaycanlı dirijor

Xarici ölkələrdə yaşayan gənclərimizin qazandığı uğurlar Azərbaycan xalqının tanınmasında mühüm rol oynayır. Belə insanların hər biri xalqımızın mənəvi kapitalıdır. Haqqında söhbət açmaq istədiyim Abuzər Manafzadə də onlardan biridir.

O, 1990-cı ildə Bakı şəhərində dünyaya gəlib. 4-cü sinifədək Xırdalanda 4 nömrəli orta məktəbdə oxuyub. Eyni zamanda, musiqi məktəbində fortepianodan dərs alıb. Orta təhsilini Türkiyənin İstanbul şəhərində Mimar Sinan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən liseydə başa vuraraq, 2007-2012-ci illərdə həmin konservatoriyanın fortepiano fakültəsinin bakalavr pilləsində oxuyub və eyni zamanda bəstəkarlıq təhsili alıb.
Sonra bir il yarım həmin konservatoriyanın dirijorluq fakultəsində təhsilini davam etdirib. 2017-ci ildə Viyana Musiqi və Səhnə Sənətləri Universitetinin dirijorluq fakültəsinə ilk azərbaycanlı kimi qəbul olunub. Hazırda Viyanada dirijorluq, Linz şəhəri Anton Brukner Universitetində isə piano üzrə magistratura təhsili alır. İndiyədək xeyli mükafata layiq görülüb. Beynəlxalq müsabiqələr laureatıdır...


...Atası pianoçu və dirijor, əməkdar artist İslam Manafov Bakı Musiqi Akademiyasının dosentidir. Anası Şükufə xanım Manafova piano müəllimi kimi çalışır. Bacısı əməkdar artist Turan Manafzadə pianoçu, bəstəkar və dirijordur. Ömür-gün yoldaşı Karen xanım isə Almaniya vətəndaşıdır. O da gənc musiqiçidir..


Abuzər deyir ki,- “Bir musiqiçi kimi xaricdə yaşamaq çox maraqlıdır. Adam özündə böyük məsuliyyət hiss edir. Dünya səhnələrində musiqi mədəniyyətimizi layiqincə tərənnüm etməyə çalışırsan. Qazanılan hər bir uğur insana xüsusi zövq verir”...


Mütaliəni xoşlayır. Kosmosla bağlı yenilikləri izləyir. Dənizdə üzməkdən ləzzət alır. İndiyədək Xəzər, Aralıq, Egey, Mərmərə, Adreatik, Qara dənizlərində üzdüyünü dilə gətirib, dünyada olan bütün dənizlərdə üzməyini arzulayır...


İstedadlı ifaçı olduğu kimi həm də gözəl bəstəkardır. İlk dəfə balaban və simfonik orkestr üçün konserti o, yazıb. ABŞ-ın Kaliforniya ştatında baş tutan bu konsert amerikalılar tərəfindən hərarətlə qarşılanıb. Arzusu Avropa, Amerika səhnələrində Azərbaycan musiqisini təbliğ etmək, vətənimizi əcnəbilərə sevdirməkdən ibarətdir. Nyu York, Viyana, Berlin filarmoniyalarında dirijorluq etmək isə onun ən böyük arzusudur...


Abuzər Manafzadənin hələ 29 yaşı var. Qarşıda onu uğurlu gələcək gözləyir. İnanırıq ki, vətən eşqiylə yaşayıb yaradan bu istedadlı soydaşımızın şöhrəti tezliklə bütün dünyanı dolaşacaq...



Elman Eldaroğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Biləsuvar sakini qohumu tərəfindən qətlə yetirilib 7 Avqust 2020, 13:47 Nazir Sahil Babayev: “5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik” 7 Avqust 2020, 13:47 Neftçalada 1 nəfər çayda batıb 7 Avqust 2020, 13:35 SOCAR yanğınla bağlı MƏLUMAT YAYDI 7 Avqust 2020, 13:28 DİM qəbul imtahanlarının vaxtını ELAN ETDİ - QRAFİK 7 Avqust 2020, 13:22 SOCAR-ın Sumqayıtdakı zavodunda yanğın: 7 nəfər yaralanıb - YENİLƏNİB 7 Avqust 2020, 13:20 Nazir: “13 min nəfərin 190 manatlıq ödənişi dayandırılıb” 7 Avqust 2020, 12:50 Türkiyədə 53 min insanın yaşadığı ərazi karantinə alınıb 7 Avqust 2020, 12:31 Koronavirusa yoluxan məhbusların hamısı sağalıb - RƏSMİ 7 Avqust 2020, 12:26 Prezident dövlət şirkətlərini niyə tənqid etdi? - Ekspertlər: “Problem ciddidir” 7 Avqust 2020, 12:18 Azərbaycanda qızıl rekord həddə bahalaşıb 7 Avqust 2020, 12:16 Milli Məclisin növbədənkənar sessiyası başa çatdı 7 Avqust 2020, 12:05 Nazirlik rəsmisindən Xəzərlə bağlı ÇAĞIRIŞ 7 Avqust 2020, 12:05 DYP: 334 nəfər cərimələndi, 870 avtomobil postlardan geri qaytarıldı 7 Avqust 2020, 12:02 Bu il pensiya təyin olunan vətəndaşların sayı AÇIQLANDI 7 Avqust 2020, 11:57 Siyavuş Novruzov: “Keçmişi yaddan çıxartamalıyıq - vaxt vardı, Azərbaycanda yol, qaz, işıq yox idi” 7 Avqust 2020, 11:55 “Məhbuslar koronavirusla bağlı kurslara cəlb olunub” – Nazirlik 7 Avqust 2020, 11:53 “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik qəbul edildi 7 Avqust 2020, 11:51 Milli Məclisdə Rövnəq Abdullayevlə Cahangir Əsgərov TƏNQİD EDİLDİ: “Heç telefonu qaldırmır... nəticəsi ağır olacaq” 7 Avqust 2020, 11:48 Azərbaycanda “COVİD-19” testləri niyə bahadır? - Deputat DANIŞDI 7 Avqust 2020, 11:31 4 aylıq 190 manat ödəmələr üçün 333 milyon manat xərclənəcək 7 Avqust 2020, 11:28 “Qara qitə”də koronavirusa yoluxanların sayı 1 milyonu keçdi 7 Avqust 2020, 11:27 Milli Məclis işsizliklə bağlı qanuna dəyişikliyə “hə” dedi 7 Avqust 2020, 11:26 “Məşğulluq haqqında” qanuna dəyişiklik qəbul edildi 7 Avqust 2020, 11:23 Nazir: 190 manat birdəfəlik ödəmələr yaxın günlərdə veriləcək 7 Avqust 2020, 11:21 Milli Məclis büdcə dəyişikliyini III oxunuşda qəbul etdi 7 Avqust 2020, 11:15 Milli Məclisin iclası başlayıb - 6 sənəd III oxunuşa çıxarılıb 7 Avqust 2020, 11:08 Ermənistanda virusa yoluxanların və ölənlərin sayı artdı 7 Avqust 2020, 11:06 Şəmkirçay su anbarında köməksiz qalan 2 nəfər xilas edildi 7 Avqust 2020, 10:56 Şəmkirdə 21 yaşlı gənc iş yoldaşını bıçaqladı 7 Avqust 2020, 10:44 Diaspor hərəkatının dönüş nöqtəsi: “Diaspor himni” - VİDEO 7 Avqust 2020, 10:10 Bakıda 502 güzəştli mənzil satışa çıxarıldı 7 Avqust 2020, 10:05 Ermənistan ordusu Tovuz rayonunu yenidən atəşə tutdu 7 Avqust 2020, 09:59 Beyrutdakı partlayış nəticəsində ölü sayı 150-yə çatıb 7 Avqust 2020, 09:57 Novruz Aslanovdan növbəti onlayn qəbul 7 Avqust 2020, 09:49