Arxiv
12 Avqust 2019, 15:17 | DÜNYA
İkinci Dünya Müharibəsi necə başladı? – TARİX

Bu il sentyabrın 1-də bütün dünya İkinci Dünya Müharibəsinin başlanmasının 80 illiyini qeyd edəcək.

 

Modern.az xəbər verir ki, əsas mərasim müharibənin ilk döyüşlərinin baş verdiyi Polşanın Qdansk şəhərində baş tutacaq. Məhz bu şəhər Hitler Almaniyasının 1939-cu il sentyabrın 1-də Polşaya hücumu zamanı ilk hədəf olub.

 

Təntənəli mərasimə ABŞ prezidenti Donald Tramp, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və s. ölkə liderləri dəvət olunub. Maraqlıdır ki, Polşa mərasimə müharibənin əsas iştirakçılarından biri olan Rusiyanı dəvət etməyib. Putinə dəvət göndərməyən rəsmi Varşava Belarus lideri Aleksandr Lukaşenko və Ukrayna lideri Vladimir Zelenskini dəvət etməyi unutmayıb.

 

Polşa 1939-cu ildə Sovet İttifaqının Almaniya ilə gizli sazişə girərək, ölkə torpaqlarını bölməsini unutmayıb və buna görə rəsmi Moskvaya qarşı soyuq münasibət sərgiləyir.

 

Modern.az İkinci Dünya Müharibəsinin başlama səbəbini xatırladır.

 

Hitler və çevrəsi 1933-cü ildə hakimiyyətə gəldiyi andan Birinci Dünya Müharibəsinin nəticələrini aradan qaldırmağa və alman torpaqlarının bir hissəsini Polşaya verən Versal sülh müqaviləsinin ləğvinə çalışırdı.

Polşa ilə müharibəyə başlamaq üçün formal səbəb isə “Qleyvitsk insidenti” adını almış hadisə olur. İmperiya Təhlükəsizliyi Baş İdarəsi (SD) direktoru Henrix Heydrixin hazırladığı “Konserv” planına əsasən, polyak əsgərinin formasını geyinən alman hərbçiləri Qlyavits şəhərində almanların radiostansiyasına silahlı hücum edir. 1 nəfərin öldüyü insidentə görə Üçüncü Reyx rəhbərliyi Polşanı ittiham edir və 1 sentyabrda onlara müharibə elan edir.

 

Hərbi baxımdan Polşa ordusunu bütün parametrlərdə üstələyən almanlar asanlıqla ölkəni işğal edirlər. Ölkənin qısa müddətdə işğal olunmasında Sovet İttifaqının da rolu az deyildi. Belə ki, aralarındakı sazişə baxmayaraq, Qırmızı Ordu sentyabrın 17-də Polşa torpaqlarına daxil oldu. Nəticədə, iki tərəfdən mühasirəyə alınan Polşa oktyabrın 2-də kapitulasiya etdi.

 

Maraqlıdır ki, sentyabrın 22-də Sovet və Almaniya qoşunları sərhəd Brest şəhərində birgə parad da keçirdilər. Parada Almaniya tank qoşunlarının komandanı Hans Huderian, Sovet qoşunlarına isə general Semyon Krivoşein başçılıq edirdi.

 

 

İkinci Dünya müharibəsi 1945-ci il sentyabrın 2-də qədər davam etdi. 1 sentyabrın səbəb olduğu 6 illik müharibə 60 milyon insanın ölümünə, 90 milyon nəfərin isə əlil qalmasına yol açdı. Müharibədə Yer kürəsinin 80%-nin yaşadığı 61 ölkə iştirak edirdi.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Şair Oqtay Rza vəfat etdi 18 Avqust 2019, 13:38 Oğlunu, arvadını və qayınanasını yandıran şəxs tutuldu – RƏSMİ 18 Avqust 2019, 13:30 Şəmkirdəki yanğının TƏFƏRRÜATI – Ata evə od vurdu, oğlu öldü, arvadı yandı... 18 Avqust 2019, 12:57 Sabah 39 dərəcəyə qədər isti olacaq - PROQNOZ 18 Avqust 2019, 12:31 Tanınmış jurnalist nazirə müraciət etdi: “Torqovı” biabırçılıqdı... 18 Avqust 2019, 12:16 İslam təslimiyyət kimi - Ağalar Qutun YAZISI 18 Avqust 2019, 11:57 Bakıda 66 yaşlı qadın ölümdən xilas edildi 18 Avqust 2019, 11:30 Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olub 18 Avqust 2019, 11:20 Bir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTO 18 Avqust 2019, 11:01 Bakıda ağırçəkili sakini 8-ci mərtəbədən kranla düşürdülər 18 Avqust 2019, 10:58 Şəmkirdə dəhşətli YANĞIN: körpə öldü, ana və nənə xəsarət aldı - YENİLƏNİB 18 Avqust 2019, 10:55 Toyda partlayış – ölü sayı 60-ı ötdü 18 Avqust 2019, 10:02 Neftaçalada 24 yaşlı oğlan özünü asdı 18 Avqust 2019, 09:58 Ermənistan atəşkəsi 21 dəfə pozdu 18 Avqust 2019, 09:41 Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir 18 Avqust 2019, 09:39 “Ögey ana”da başlayıb “Fəryad”la bitən tale - Ceyhun Mirzəyevə sui-qəsd… 18 Avqust 2019, 09:17 Ağsuda 4 yaşlı uşağı maşın vurdu 18 Avqust 2019, 00:29 “6 adam öldürən cinayətkarın ilk dəfə Baş prokurora danışdığı qətl...”- VƏKİL SİRLƏRİ AÇIR 18 Avqust 2019, 00:11 “Qarabağ”ın ilk oyununu isveçrəli hakimlər idarə edəcək 17 Avqust 2019, 23:42 “Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə naziri 17 Avqust 2019, 23:26 Dənizdə batan 3 nəfər xilas edildi 17 Avqust 2019, 23:09 İsrailə raket hücumu 17 Avqust 2019, 22:49 Azərbaycan tankçıları dördüncü oldu - FOTO 17 Avqust 2019, 22:32 10 569 abituriyent ərizəsini təsdiqlədi 17 Avqust 2019, 22:11 Nazirlik Xətaidə ağacları qorumaq üçün məcburi göstəriş verdi 17 Avqust 2019, 21:47 Nazir Azərbaycan tankçılarının uğurlarını şərh etdi 17 Avqust 2019, 21:28 Avropa Komissiyasının sədri təcili xəstəxanaya yerləşdirildi 17 Avqust 2019, 21:11 Oteldəki yanğında ölənlərin sayı 9-a çatdı 17 Avqust 2019, 20:56 Göyçayda toy karvanında qəzaya düşən 6 nəfər yaralandı   17 Avqust 2019, 20:38 Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıb - FOTO 17 Avqust 2019, 20:17 İstanbul su altında: sel suları can aldı - VİDEO 17 Avqust 2019, 20:01 Yəmən qüvvələri Səudiyyə Ərəbistanında neft yatağına dronlarla zərbə endiriblər 17 Avqust 2019, 17:55 Ermənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər var 17 Avqust 2019, 17:34 Ucarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimir 17 Avqust 2019, 17:18 ABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilər 17 Avqust 2019, 16:59