Modern.az

KİV Fondu işçilərinin maaşı AÇIQLANDI

KİV Fondu işçilərinin maaşı AÇIQLANDI

13 Avqust 2019, 10:03

Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarda dəyişiklik edib.  

Modern.az xəbər verir ki, bu dəyişiklik nəticəsində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi  Fondunun  və Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Elmin İnkişafı Fondunun işçilərinin  aylıq vəzifə maaşları artırılıb.

Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.


Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Elmin İnkişafı Fondunun işçilərinin aylıq vəzifə maaşları: 

1. İcraçı direktor 1980 manat
2. Aparat rəhbəri, müşavir 1540 manat
3. Baş mühasib 1450 manat
4. Sektor müdiri 1370 manat
5. Baş məsləhətçi 1255 manat
6. Aparıcı məsləhətçi 1030 manat
7. Məsləhətçi, hüquqşünas, informasiya texnologiyaları üzrə mütəxəssis 930 manat
8. Avtomobil sürücüsü 460 manat

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...