Modern.az

Bakıda velosiped oğrusu yaxalandı

Bakıda velosiped oğrusu yaxalandı

21 Avqust 2019, 20:18

Xətai rayonunda velosipedlər oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, faktın üstü Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində açılıb.

Belə ki, iyunun 30-dan avqustun 19-dək olan müddətdə rayon ərazisində Bakı şəhər sakini olan beş nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş F.Bizyarkin yaxalanıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 19-da rayon ərazisindəki evlərin birindən 400 manat, 3 qol saatı, 250 manat dəyərində qızıl və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən - əvvəllər məhkum olunmuşlar Quba rayon sakini R.Quliyev və Beyləqan rayon sakini B.Nərimanov saxlanılıblar.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir