Arxiv
22 Avqust 2019, 23:32 | ANALİTİKA
Türkiyə Suriyada uduzur: Putin Ərdoğanı tələyə saldı TƏHLİL

Şahin Cəfərli,
Siyasi şərhçi

Əsədin ordusu İdlib vilayətinin cənubundakı Xan Şeyxun şəhərini tam nəzarətə götürüb. Şam-Hələb yolu (M-5 şossesi) üzərində nəzarət də bərpa olunub. Nəticədə Türkiyə ordusunun Xan Şeyxunun cənub istiqamətində yerləşən Morek qəsəbəsindəki 9 saylı müşahidə məntəqəsi mühasirəyə düşüb. Üç gün əvvəl Türkiyədən bu məntəqəyə göndərilən hərbi yardım konvoyu Suriya (bəzi iddialara görə, həm də Rusiya) aviasiyası tərəfindən bombalanmış və Türkiyə Baş Qərargahının açıqlamasına görə, 3 nəfər ölmüş, 12 nəfər yaralanmışdı. Türkiyə ölənlərin və yaralananların mülki şəxs, Suriya və Rusiya isə “Feylak üş Şam” terrorçuları olduğunu bildirir. Bombardmandan sonra Türkiyə F-16-ları Suriya hava məkanına daxil olsalar da, Suriyanın öz HHM sistemlərini aktivləşdirməsi və Rusiyanın Hmeymim aviabazasından 2 ədəd Su-35 təyyarəsinin havaya qalxmasından sonra geri dönüblər.

Bu gün isə Suriya hərbi təyyarələri türk ordusunun Xan Şeyxundan şimalda, Maarrat ən-Numan şəhəri yaxınlığında yerləşən 8 saylı müşahidə məntəqəsi yaxınlığına xəbərdarlıq atəşi açıb. Türkiyə Astana prosesi çərçivəsində Suriyada 4 deeskalasiya bölgəsinin yaradılması qərara alındqıdan sonra bu razılaşmaya uyğun olaraq İdlibdə atəşkəsə nəzarət üçün 12 müşahidə məntəqəsi qurmuşdu. Üç deeskalasiya zonası Əsəd rejiminin nəzarətindədir, yalnız İdlib qalıb. İndi Əsəd bütün terrorçu və müxalif silahlı dəstələrin toplaşdığı İdlibi də geri almaq üçün hərəkətə keçib və türk hərbi kontingentinin buradan çəkilməsini istəyir. Rusiya və İran da ona dəstək verir. Hətta Rusiya hərbçiləri bilavasitə yerdəki döyüşlərdə iştirak etməyə başlayıblar.

Bu gəlişmələrdən sonra Ankara-Moskva münasibətlərindəki bahar havasını soyuq rüzgarlar əvəzləyib. Putin və Lavrov son günlər Türkiyənin ünvanına sərt açıqlamalarlar çıxış ediblər. Putin bildirib ki, ötən ilin sentyabrında Türkiyə ilə Soçi razılaşması əldə olunarkən terrorçular İdlibin 50%-nə nəzarət edirdilər, bu anlaşmadan sonra isə vilayətin 90%-ni ələ keçirdilər. (Razılıq belə idi ki, İdlib ətrafında hökumət qüvvələri ilə müxaliflər arasında 15-20 km dərinliyində demilitarizasiya zonası yaradılacaq və oradan bütün silahlı dəstələr, eləcə də hərbi texnika çıxarılacaq. Lakin Türkiyə bu şərti yerinə yetirə bilmədi.) Rusiya bundan narazı olsa da, Türkiyə və ABŞ arasında S-400 böhranının necə yekunlaşacağını gözləyirdi və bu müddətdə Suriya ordusunun İdlibdə hərbi əməliyyatlar keçirməsini ləngidirdi.

S-400 ZRK-nın hissələrinin Türkiyəyə gətirilməsi Ankara-Vaşinqton münasibətlərində gərginlik yaratsa da, Moskvanın umduğu səviyyədə dərin böhrana səbəb olmadı, Tramp Konqresdən gələn basqılara rəğmən Türkiyəyə sanksiya tətbiq etmədi. (Sanksiya ehtimalı hələ ki tam aradan qaxmayıb.) Üstəlik, Türkiyə və ABŞ Suriyanın şimalında, Fərat çayının şərqində təhlükəsizlik zonasının yaradılması barədə razılığa gəldilər. Bundan başqa, Türkiyə Maduro rejimi ilə iqtisadi əlaqələrini demək olar ki, dayandırıb. 2018-ci ildə Türkiyənin Venesueladan idxalatı 879 milyon dollar həcmində olduğu halda, bu ilin 6 ayında cəmi 4 milyon dollar təşkil edib. Qarşılıqlı ticarət dövriyyəsi 95% azalıb. Səbəb ABŞ sanksiyaları ilə əlaqədar Türkiyənin Maduro rejimindən qızıl almağa son verməsidir.

Bütün bunların nəticəsində Putin Əsədə İdlib əməliyyatları üçün yaşıl işıq yandırdı.

İdlibdəki kritik durum və Türkiyə sərhədinə doğru yavaş-yavaş köç başlaması ilə əlaqədar Ankara Ərdoğan-Putin telefon danışığının təşkili üçün Moskvaya müraciət edib. (Üç gündür cavab yoxdur.) Belə xəbərlər var ki, Rusiya Türkiyəyə 8 və 9 saylı müşahidə məntəqələrindəki əsgərlərini geri çəkməyi təklif edib, lakin Ankara rədd edib. Gələn ay Astana prosesi çərçivəsində prezidentlərin növbəti üçtərəfli görüşü keçiriləcək. Putin və Ruhani Ərdoğanın həmin görüşə mümkün qədər əli zəifləmiş halda gəlməsində maraqlıdır.

İdlibin Əsədin nəzarətinə keçməsi Türkiyə üçün risklər yaratmaqla bərabər, 7 il əvvəl Şamdakı əməvi camisində namaz qılmaq hədəfi ilə yola çıxmış Ərdoğanın şəxsi məğlubiyyəti anlamına da gələcək. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda hündürmərtəbəli binada yanğın BAŞLAYIB 19 Fevral 2020, 19:58 “Putin bunu etsə, Qərbdən heç nə ilə fərqlənməyəcək” 19 Fevral 2020, 19:54 İranda koronavirusa yoluxan iki nəfər öldü 19 Fevral 2020, 19:42 Naftalanda hesabat iclası keçirildi 19 Fevral 2020, 19:33 Bakıda torpağın və bağ evlərinin qiyməti ucuzlaşıb 19 Fevral 2020, 19:23 “Elmi dərəcələrin verilməsində MDB ölkələrinin təcrübəsindən yararlanırıq” - AAK sədri 19 Fevral 2020, 19:08 Ombudsman Nərmin cinayətinə görə həbs edilən İlkin Süleymanova baş çəkdi 19 Fevral 2020, 18:46 Dairə Seçki Komissiyasının sədri vəfat etdi 19 Fevral 2020, 18:30 Dəmir yolu stansiyasında partladıcılar tapıldı - FOTO 19 Fevral 2020, 18:21 Əbülfəs Qarayev Böyük Britaniyada görüşlər keçirib 19 Fevral 2020, 18:10 Putin maaşının azlığından şikayətləndi 19 Fevral 2020, 18:03 İlham Əliyev Romada Nizami Gəncəvinin abidəsini ziyarət etdi 19 Fevral 2020, 17:55 ABŞ-ın keçmiş səfiri və həmsədri Azərbaycanda görüşlər keçirir 19 Fevral 2020, 17:53 Rusiyada Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təxribat aradan qaldırıldı 19 Fevral 2020, 17:50 Xəzərdə zəlzələ olub 19 Fevral 2020, 17:45 “Kimsə qapını camaatın üzünə bağlayıb...” - Məzahir Pənahov 19 Fevral 2020, 17:39 Prezident İlham Əliyev və Mehriban Əliyeva İtaliyada səfərdədir 19 Fevral 2020, 17:35 MSK Məlahət İbrahimqızının dairəsindən şikayətə BAXDI 19 Fevral 2020, 17:30 Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradıldı - SƏRƏNCAM 19 Fevral 2020, 17:25 Cavid Osmanovun lider olduğu dairədə iki məntəqənin nəticəsi ləğv edildi 19 Fevral 2020, 17:21 Qidanın keyfiyyətini harada və necə yoxlatmalı? 19 Fevral 2020, 17:16 Aydın Mirzəzadənin lider namizəd olduğu dairə ilə bağlı QƏRAR VERİLDİ 19 Fevral 2020, 17:00 Axşam Xətai rayonunda su olmayacaq 19 Fevral 2020, 16:53 "Azərişıq" 5 min manat cərimə olundu 19 Fevral 2020, 16:46 MSK ittihamlara cavab verdi: “Bu hal ola bilməz” 19 Fevral 2020, 16:38 Protokolları verməkdən boyun qaçıran məntəqədə nəticələr ləğv olunacaq - Məzahir Pənahov 19 Fevral 2020, 16:30 Əhəd Abıyev Daşkəsəndə səyyar qəbul keçirdi 19 Fevral 2020, 16:24 Sevinc Fətəliyevanın dairəsində 5 məntəqənin nəticələri ləğv olundu 19 Fevral 2020, 16:22 MSK daha 3 dairə ilə bağlı QƏRAR VERDİ 19 Fevral 2020, 16:15 MSK-nın iclası BAŞLADI 19 Fevral 2020, 16:09 Paşinyan 2 generalı qovdu 19 Fevral 2020, 16:03 Saxta sənədlərlə maliyyə əməliyyatı aparan şəxslər SAXLANILDI 19 Fevral 2020, 15:57 Vidadi Zeynalovun əmlakı ilə bağlı araşdırma aparılır 19 Fevral 2020, 15:50 Sosial xidmətin inkişafına dair Milli Strategiya layihəsi hazırlanıb 19 Fevral 2020, 15:42 TƏBİB Ağdaşda yayılan təhlükəli virusla bağlı məlumat yaydı 19 Fevral 2020, 15:36