Arxiv
23 Avqust 2019, 00:01 | AKTUAL
İki rayonumuzun işğal gününü anırıq

23 avqust Azərbaycanın iki rayonunun işğal tarixidir.

Modern.az xəbər verir ki, Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 26 il ötür. Bu iki rayonun işğalı Azərbaycan iqtisadiyyatına 9 milyard dollara yaxın ziyan vurub. İşğal nəticəsində insanlar öz ata-baba yurdlarından didərgin düşüblər, onların şəxsi əmlakı talan olunub, ərazidəki tarixi memarlıq abidələri məhv edilib.


Cəbrayıl rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən 23 avqust 1993-cü ildə işğal olunub. İşğal zamanı Cəbrayıl rayonundan 400 nəfərə yaxın şəhid və 177 müharibə əlili olub, 91 nəfər isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. 79,9 min nəfərlik Cəbrayıl əhalisinin əksər hissəsi hələ ki Azərbaycanın müxtəlif güşələrində məcburi köçkün olaraq məskunlaşıblar.


Ərazisi 1050 kvadrat kilometr olan Cəbrayıl zəngin yeraltı sərvətlərə malik olub. Cəbrayıl rayonunda mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min kubmetr olan Tulus tuf, ümumi ehtiyatları 5434 min kubmetr olan Çaxmaqçay, Soltanlı tikinti qumu, ehtiyatları 296 min kubmetr olan kərpic istehsalına yararlı Qaracallı gil ehtiyatı olub. Həmçinin, ehtiyatları 6644 min ton olan sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc, ehtiyatları 5226 min ton olan əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı, ehtiyatları 4130 min kubmetr olan Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları var.


Füzuli rayonu da 23 avqust 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun 50 kənd və rayon mərkəzi işğal altındadır. 125368 hektar ərazi hələ də erməni işğalı altındadır. Rayonun işğaldan azad olunan ərazisində 13 qəsəbə və 20 kənd var.


Füzuli sakinlərindən 657 nəfər şəhid, 400 nəfər müharibə əlili olub, 181 nəfər isə əsir və itkin düşüb.


Hal-hazırda Füzuli rayonunun 130,9 minlik əhalisinin 70 minə yaxın nəfəri rayonun azad olunmuş ərazilərində yaşayır, yerdə qalan hissəsi isə Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində məskunlaşıb.


Artıq 26 ildir Füzuli rayonunun təbii sərvətlərini talan edir. Belə ki, rayonda ümumi ehtiyatları 58858 min kvadrat metr olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11211 min kvadrat metr ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13053 min kvadrat metr olan Quruçay qum-çınqıl qarışığı yataqları var idi. Rayon ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılıb və işğala qədər mühafizə olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Davudoğlunun daha bir adamı AKP-dən getdi 18 Sentyabr 2019, 23:29 Hökumət hərbi xərcləri artırır 18 Sentyabr 2019, 23:14 “Qalatasaray” heç-heçəyə razılaşdı 18 Sentyabr 2019, 22:56 Yenidən  dollar böhranı yaşanır 18 Sentyabr 2019, 22:42 Bakıda yeniyetmə anasına mesaj yazanı bıçaqladı 18 Sentyabr 2019, 22:30 Federal Ehtiyatlar Sistemindən dollarla bağlı mühüm qərar 18 Sentyabr 2019, 22:16 ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir 18 Sentyabr 2019, 22:00 Hamilə qadın toy günü öldü - FOTO, VİDEO 18 Sentyabr 2019, 21:59 Goranboyda avtomobil qaz kəmərinə çırpıdı: 1000 ev qazsız qaldı 18 Sentyabr 2019, 21:48 Deputat beynəlxalq tədbirdə Qarabağdan danışdı 18 Sentyabr 2019, 21:36 Jurnalist təşkilatı maarafləndirməyə başlayıb 18 Sentyabr 2019, 21:22 Ukraynalı torpaqları azad etmək üçün bütün ölkəni ayağa qaldırdı - FOTO 18 Sentyabr 2019, 21:13 İldırım vurması nəticəsində17 nəfər öldü 18 Sentyabr 2019, 20:47 Polis rəisinin avtomobili partladıldı 18 Sentyabr 2019, 20:30 “Sona qədər mübarizə aparacağıq” - Qurban Qurbanov 18 Sentyabr 2019, 20:16 Şura Şirvan və Xaçmazda təlim keçib - FOTO 18 Sentyabr 2019, 20:02 Leyla Əliyeva abadlaşdırılan növbəti həyətin AÇILIŞINDA 18 Sentyabr 2019, 19:53 Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü 18 Sentyabr 2019, 19:42 Polisi təhqir edən sürücü həbs olunub   18 Sentyabr 2019, 19:36 Ağstafada göl ətrafında raket, mərmi tapılıb 18 Sentyabr 2019, 19:16 Goranboyun başçısı səyyar qəbul keçirdi 18 Sentyabr 2019, 19:02 Politoloq: “Gürcüstanın Ermənistanla da sərhəd problemi var” 18 Sentyabr 2019, 18:57 Əflatun Amaşov Ermənistanın vitse-spikerinə cavab verdi 18 Sentyabr 2019, 18:47 Azercell qalib jurnalistləri mükafatlandırdı 18 Sentyabr 2019, 18:37 Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi davam edir 18 Sentyabr 2019, 18:26 Çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb - SƏRƏNCAM 18 Sentyabr 2019, 18:22 Deputat qaliblərlə görüşdü 18 Sentyabr 2019, 18:20 Füzuli Rzaquliyev : “Bu yolu hər bir veteran özünün şərəf yolu sayır” 18 Sentyabr 2019, 18:10 Musiqimizin Məcnunu - Üzeyir Hacıbəylinin doğum günüdür - VİDEO 18 Sentyabr 2019, 18:09 Azərbaycan erməni əsirləri Dilqəmlə Şahbaza dəyişməyi təklif etdi 18 Sentyabr 2019, 18:04 Zakir Həsənov Ordumuzun genişmiqyaslı təlimlərini izlədi - VİDEO 18 Sentyabr 2019, 17:54 Fuad Muradov “Press klub”un ilk qonağı olacaq 18 Sentyabr 2019, 17:47 Qənirə Paşayeva Milli Məclisdə vacib çağırışlar səsləndirdi 18 Sentyabr 2019, 17:42 Manatın məzənnəsi sabit qaldı 18 Sentyabr 2019, 17:32 “Fazil Mustafa şagirdlərlə bağlı rəsmi müraciət etsə, ona baxılacaq” - Nazirlər Kabinetindən REAKSİYA 18 Sentyabr 2019, 17:07