Arxiv
28 Avqust 2019, 13:18 | PARLAMENT
Deputatlıq şəkil çəkdirməklə bitmir - Yeni seçkilərdə TƏLƏBLƏR dəyişəcək

10-15 il bundan əvvəl vəzifə arzusunda olanlardan kimi dindirirdinsə, ya JEK müdiri, ya da polis rəisi olmaq istədiyini deyirdi. O səbəbdən ki, bu peşə sahiblərinin öz ətrafları arasında nüfuz sahibi olmaları kimi bir anlayış formalaşmışdı. Əslində, altşüurda nüfuz sahibi olmaqdan daha çox, rahat və pullu həyata sahiblənmək istəyi dayanırdı.


Zamanla insanların peşələrə sevgisi də dəyişdi. Bəzi insanlar daha rahat və pullu həyata sahib olmaq üçün başqa yol axtardılar. Təbii bu axtarış da öz-özünə yaranmadı.


Milli Məclisdə təmsil olunan bəzi deputatlar zaman-zaman özlərinin “biznes imperiyası” ilə gündəmə gəldiklərindən hər kəsdə belə fikir formalaşdı: Deputat olmaq nə yaxşı işdir... Mən də deputat olsam, həm nüfuzum, həm də çoxlu pulum olar.


Bu səbəbdən də indi çoxlarının könlündən deputat olmaq istəyi keçir.


Bu qədər peşə dura-dura niyə bəzi insanlar qanunverici orqanda təmsil olunmaq istəyir?


Deputat olmaq bu qədərmi asandır?


Konstitutsiya Araşdırmaları Fondunun rəhbəri, tanınmış hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a mövzu ilə bağlı danışıb.


“Parlament seçkiləri yaxınlaşdığına görə...”


Hüquqşünasın sözlərinə görə,  bir çoxlarının deputat olmaq istəyinin mütləq səbəbləri var:


“Bunun əsas səbəblərindən biri odur ki, KİV-də, sosial şəbəkələrdə deputatlarla bağlı çoxlu məlumatlar yayılmaqdadır. Eyni zamanda,  qarşıdan gələn parlament seçkiləri də yaxınlaşmaqdadır. Ona görə də bir çox insanlar bu istiqamətdə fikirlərini səsləndirirlər. Bizim cəmiyyətdə belə fikir formalaşıb ki, deputat olmaq hansısa ritualı icra etməkdən ibarətdir. Halbuki, deputat olmaq daha çox nümayəndəlik xarakteri daşıyır”.


“Bəziləri üçün deputat olmaq rahatdır”

Müsahibimiz qeyd edib ki, bəzi deputatların fəaliyyəti boyunca yol verdikləri nöqsanlar yaxşı sonluqla nəticələnmir:


“Təəssüfedici hal odur ki, bəzi məlumatlarda bir çox deputatların hərəkətlərində  yol verilən nöqsanlar  “sanki deputatlar qanunvericilik funksiyası ilə məşğul olmurlar” fikirlərini deməyə əsas verir.  Onların işi yalnız əmək haqqı almaq və öz bizneslərini genişləndirməkdir. Çünki bununla bağlı KİV-də, sosial şəbəkələrdə  yetərincə məlumat var. Bəziləri də belə düşünür ki, deputat olmaq çox rahatdır və biz də deputat ola bilərik. Onsuz də hər hansı öhdəlik yoxdur”.


Çox rahat şəkildə Milli Məclisə düşənlər...

Bir çox insanların deputat olmaq istəyinin arxasında məsuliyyət məsələsinin olmadığını deyən Əliməmməd Nuriyev bunu yanlış düşüncə sayır:


“Bir çoxları qanunverici hakimiyyətin hansı vəzifələrə malik olduğunu dərk etmir. Milli Məclisin üzvü olmaq çox böyük məsuliyyət tələb etməklə yanaşı, həm də böyük cavabdehlikdir. Bu cavabdehlik həm ölkə qarşısında, həm ölkə xaricində,  həm də konkret seçkilər qarşısında olur. Bəzi hallarda kimlərinsə rahat şəkildə Milli Məclisə düşməsi ilə bağlı məlumatların sosial şəbəkələrdə bu və digər formada  yayılması da  bir çox insanların kütləvi şəkildə deputat olmaq həvəslərini artıran amillərdəndir”.


“Şəkil çəkdirməklə deputat olmaq olmur”


Hüquqşünas deputatlığın heç də asan olmadığını deyərək, savadlı və hazırlıqlı insanlara ehtiyac duyulduğunu vurğulayıb:


“Təbii ki, çox savadlı, fədakar və rəqabət qabiliyyətli insanların Milli Məclisin üzvü olması vacibdir. Qanunvericilik bazasının hazırlanması ilə bağlı çox savadlı və hazırlıqlı insanlara ehtiyac var. Hesab edirəm ki, növbəti parlament seçkiləri zamanı Milli Məclis çox fərqli olacaq. Ona görə də  deputat olmaq istəyənlər bu amili nəzərə almalıdırlar. Qarşıdakı parlament seçkiləri zamanı ciddi rəqabət olacaq. Parlament üzvü olmaq üçün yüksək tələblər qoyulacaq. Bu heç də sadə görünməsin. Eyni zamanda,  deputat olmaq üçün müəyyən resurslara malik olmaq da böyük məsələdir. Hesab edirəm ki, qarşıdakı parlament seçkilərində fərqli yanaşmalar, üsullar tətbiq olunacaq. Bunun üçün  deputat olmaq istəyən  şəxslərin həm intellektual, həm də  mənəvi hazırlıqlı olmalıdırlar. İndi yeni seçicilər yaranmaqdadır. Yeni seçicilər Milli Məclisin üzvü olmaq istəyənlərin qarşısında  daha sərt tələblər qoyacaq. Ona görə də deputat olmaq heç də asan görünməsin. Deputatın fəaliyyəti parlamentdə oturmaqla, hansısa tədbirlərdə poza verməklə, yaxud da, şəkil çəkdirməklə bitmir. Həm qanunvericilik prosesini yaxşı bilməli, həm  beynəlxalq proseslərdə yüksək intellektini nümayiş etdirməli, həm də daxili siyasəti çox yaxşı anlamalıdır. Təkcə özünə görə yox, ailə üzvlərinə, qohumlarına, yaxınlarına görə də məsuliyyət daşımalıdır. Bir çox hallarda bəzi deputatların öz övladlarına görə hansı işlərdən keçdiklərini görürük. Ona görə də deputat olmaq məsələsində bir qədər düşünmək lazımdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ADU-da Çin “Zhongjujie” bayramı qeyd olunub 23 Sentyabr 2019, 10:49 Nəsimi festivalı zamanı dahi şairə həsr olunan xalça sərgisi açılacaq - FOTOLAR 23 Sentyabr 2019, 10:46 Qarabağ Azərbaycanındır! İşğala Son Qoy! - Los Ancelesdə - FOTO+VİDEO 23 Sentyabr 2019, 10:37 “Papanin”də yollar 7 ildən sonra açıldı - FOTOLAR 23 Sentyabr 2019, 10:36 Paşinyan Sorosla baş tutmayan görüşündən danışdı 23 Sentyabr 2019, 10:26 Kartof toxumlarının tədarükünə başlanıb 23 Sentyabr 2019, 10:21 Ötən gün yol qəzalarında 2 nəfər ölüb 23 Sentyabr 2019, 10:19 Fuad Muradov: Türkiyədə qanunsuz yaşayan azərbaycanlılarla bağlı uzun zaman davam edən danışıqlar həllini tapır 23 Sentyabr 2019, 10:13 Bakı Ali Neft Məktəbinin startapı ABŞ-da qəbul olunub 23 Sentyabr 2019, 10:10 Mehriban Əliyeva: “Biz postsovet məkanında müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdənik” 23 Sentyabr 2019, 10:08 10 milyonuncu sakinimizin yeni FOTOLARI 23 Sentyabr 2019, 09:54 “Valideynlər öz düşüncələrinə görə nəticə çıxarmaqdansa, gəncləri sakitcə dinləsələr…” - Fuad Bakışlı yazır 23 Sentyabr 2019, 09:44 Ermənistan ordusunun hərbçisi ölüm ayağındadır 23 Sentyabr 2019, 09:36 Qubad İbadoğlu Vurğun Əyyubla bağlı xəbərlərdə təmkinli olmağa ÇAĞIRDI 23 Sentyabr 2019, 09:33 Ermənilər atəşkəsi 22 dəfə pozdu 23 Sentyabr 2019, 09:29 “Kapadokyanın filialı” Lazada - Dağlar arxasında bir kənd var... - FOTOLAR 23 Sentyabr 2019, 08:37 Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu gün GÖRÜŞÜRLƏR 23 Sentyabr 2019, 08:32 “Qırmızı Şaman”ın izi ilə... - Qədim türk yurdu Saxa Respublikasından REPORTAJ 23 Sentyabr 2019, 08:13 Bu gün Azərbaycanda payız başlayır 23 Sentyabr 2019, 07:52 Ərdoğan Trampla regional məsələləri müzakirə edib 23 Sentyabr 2019, 00:54 Misirdə vəziyyət yenidən gərginləşib - Şərq payızı başlayır 23 Sentyabr 2019, 00:34 "Vurğun Əyyub yaşayır!" - Ellada Məmmədli 23 Sentyabr 2019, 00:09 Şəhriyar Məmmədyarov məğlub oldu 22 Sentyabr 2019, 23:43 “Vurğun Əyyub komaya düşməyib, amma vəziyyəti ağırlaşıb” - Qubad İbadoğlu 22 Sentyabr 2019, 23:16 Suriyaya bir sutkada 1352 qaçqın qayıdıb 22 Sentyabr 2019, 22:44 “Qalatasaray” qələbəni əldən verdi 22 Sentyabr 2019, 22:24 ABŞ-da  silahlı insident 22 Sentyabr 2019, 22:06 Fuad Muradov "Xalq Cümhuriyyətinin 100 illik medalı"nı Əlibəy Hüseynzadənin qızına təqdim edib - FOTO 22 Sentyabr 2019, 21:59 Elmar Məmmədyarov ABŞ-da Qarabağ məsələsini müzakirə etdi - YENİLƏNİB 22 Sentyabr 2019, 21:43 Avtobus qəzaya uğradı: 26 ölü 22 Sentyabr 2019, 21:27 Azərbaycan idmançıları ikinci oldu 22 Sentyabr 2019, 21:14 Keçmiş deputatdan məmurlara ÇAĞIRIŞ: “Mərdi qova-qova namərd etməyin!” 22 Sentyabr 2019, 20:47 Vurğun Əyyubun vəziyyəti ağırlaşıb 22 Sentyabr 2019, 20:37 Türkiyə 7 PKK terrorçusunu  məhv etdi 22 Sentyabr 2019, 20:18 Polis 1.3 ton narkotik vasitə aşkarladı 22 Sentyabr 2019, 20:01