Arxiv
11 Sentyabr 2019, 16:07 | AKTUAL
Adil İsmayılovun vəkillik fəaliyyətinin dayandırılma SƏBƏBİ - “Qul”, “kölə”, “mağmın” sözləri...

Vəkillər Kollegiyasının üzvü vəkil Sahil Quliyev tanınmış vəkil Adil İsmayılovla bağlı bəyanat yayıb.

Modern.az xəbər verir ki, Sahil Quliyev həmakarı Adil İsmayılovun vəkillik fəaliyyətinin bir il müddətinə dayandırılması ilə əlaqədar Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına aydınlıq gətirib.

“Kütləvi informasiya vasitələrinin çoxsaylı telefon zənglərini nəzərə alaraq, vəkil Adil İsmayılovun vəkillik fəaliyyətinin bir il müddətinə dayandırılması ilə əlaqədar Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə bağlı mətbuatda dərc edilən yazılara aşağıdakıları nəzərinizə çatdırmaq istəyirəm.
Vəkil Adil İsmayılov öz “Facebook” səhifəsində müxtəlif vaxtlarda vəkil həmkarlarını və məni təhqir edən yazılar paylaşmış, öz vəkil həmkarları barəsində “qul”, “kölə”, “mağmın”, “şərəfsiz” kimi şərəf və ləyaqəti alçaldan, qeyri-etik ifadələr işlədərək, vəkillər üçün məcburi olan etik davranış qaydalarını pozmuş, bu isə öz növbəsində vəkillər arasında haqlı narazılıqlara səbəb olmuşdur. Həmin yazılarla bağlı mən və digər vəkillər – Elmar Kərimov və Tahir Əlirzayev şikayətlə Vəkillər Kollegiyasına müraciət etmişdik.
Bu şikayətlər Vəkillər Kollegiyasının İntizam Komissiyasında vəkillərin və A.İsmayılovun iştirakı ilə tam və hərtərəfli araşdırılmış və qanuna müvafiq qaydada araşdırmanın nəticələrinə dair rəy baxılması üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə təqdim edilmişdir.
Rəyasət Heyətinin 9 sentyabr 2019-cu il tarixli iclasında İntizam Komissiyasının sədri Şahmar Məmmədovun rəyi dinlənildikdən sonra həm vəkil Adil İsmayılov, həm də mən şikayətə dair izahatlarımızı vermişik.
Adil İsmayılov iclasda izahat verərək, “mən yazmışam, düz etmişəm, kim özünə götürür, götürsün” deməklə, şikayətə səbəb olmuş yazıların onun tərəfindən yazıldığını etiraf etsə də, həmin yazılardakı ifadələrin təhqir olmadığını bildirmişdir”.

S.Quliyev bildirib ki, o, izahatında Adil İsmayılovun yazılarındakı ifadələrin Vəkillərin davranış qaydaları haqqında Əsasnamənin 2.4-cü, 5.3-cü bəndlərinə ziddir:

“2.4.- Loyallıq - Vəkil peşə fəaliyyətini həyata keçirərkən və ya peşə fəaliyyətindən kənar davranışında vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Vəkil qanunvericilikdə vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməli, başqa vəkillərin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir.
5.3.-Vəkil həmkarlarına münasibətdə hörmətlə davranmalı, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə və kobud rəftara yol verməməlidir”.

Şikayətçi vəkilin sözlərinə görə, Rəyasət Heyətinin sədri Anar Bağırovun barışıqla bağlı təklifinə nə Adil İsmayılov, nə də o özü müsbət münasibət bildirib:

“Hətta Adil İsmayılov İntizam Komissiyasının rəyi ilə razılaşaraq, fəaliyyəti dövründə bir neçə dəfə töhmət aldığını, baxılan intizam işi üzrə ona bir əlavə töhmətin verilməsinə də razı olduğunu Rəyasət Heyəti üzvlərinə bəyan etdi.
Daha sonra Vəkillər Kollegiyasının Rəyasət Heyəti müşavirədən sonra mənim və Adil İsmayılovun iştirakı ilə “Adil İsmayılovun vəkillik fəaliyyətinin bir il müddətinə dayandırılması barədə” qərarını elan etdi
Mən bu gün də hesab edirəm ki, bütün vəkillər öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına, o cümlədən, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Vəkillərin davranış qaydaları haqqında Əsasnaməyə ciddi riayət etməlidirlər.
Hər bir şəxs, xüsusilə də hüquqşünas, etdiyi hərəkətin məsuliyyətini dərk etməli, başqa şəxslərin hüquqlarını pozmamalıdır”.

Modern.az-ın məlumatına görə, Adil İsmayılov bildirib ki, o, hələ ki səbrlə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırovun məsələ ilə bağlı şərhini gözləyir:

“Əslində o, sözünü çoxdan deyib, sadəcə bunu indi öz dilindən eşitmək istərdim”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zəlzələ bölgəsində əhaliyə pulsuz internet verildi 25 Yanvar 2020, 01:03 Türkiyədə güclü zəlzələ: binalar uçdu, ölü sayı 11-ə çatdı - VİDEO 25 Yanvar 2020, 01:00 Yağlıvənd də Vüqar Bayramova tam dəstək verdi - FOTOLAR 25 Yanvar 2020, 00:46 Rusiya XİN-də Qarabağ müzakirəsi 25 Yanvar 2020, 00:29 Azərbaycanın Türkiyədəki səfirliyində “qaynar xətt” yaradıldı 25 Yanvar 2020, 00:12 35 saylı dairənin sədri istefa verdi: SƏBƏBLƏR 24 Yanvar 2020, 23:47 ABŞ 34 əsgərinin yaralandığını etiraf etdi 24 Yanvar 2020, 23:33 Rəşad Mahmudov növbəti görüşünü şəhid ailəsi ilə keçirib – FOTO 24 Yanvar 2020, 22:56 Bakıda təcili tibbi yardım avtomobili qəzaya uğradı 24 Yanvar 2020, 22:22 İslahatlar Naminə Açıq Media Bloku - İNAM yaradıldı 24 Yanvar 2020, 22:03 Beyləqanda  məcburi köçkünlər Vüqar Bayramovu böyük sevgi ilə qarşılayıb - FOTOLAR 24 Yanvar 2020, 21:46 AMEA-da yeni təyinat 24 Yanvar 2020, 21:29 Məşhur Məmmədov seçicilərə müraciət etdi - VİDEO 24 Yanvar 2020, 21:13 Ərdoğan Merkeli belə sevindirdi - VİDEO 24 Yanvar 2020, 20:53 Türkiyədə yenidən zəlzələ oldu 24 Yanvar 2020, 20:36 Bakıda bank əməkdaşı iş yerində ölüb 24 Yanvar 2020, 20:21 Heydər Əliyev Mərkəzində "Bakı və Moskva onları sevir" fotosərgisi açılıb 24 Yanvar 2020, 20:06 Azay Quliyev seçicilərin müraciətlərini dinlədi, onları əmin etdi - FOTOLAR 24 Yanvar 2020, 19:54 Neftin qiyməti 60 dollara qədər ucuzlaşdı 24 Yanvar 2020, 19:42 Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb 24 Yanvar 2020, 19:32 Ceyhun Məmmədov Yeni Suraxanıda Cəbrayıllı seçicilərlə - FOTOLAR 24 Yanvar 2020, 19:23 Metroda nasazlıq baş verib, sıxlıq yaranıb 24 Yanvar 2020, 19:15 Azərbaycanda qızıl və gümüş bahalaşıb 24 Yanvar 2020, 19:10 Aİ Britaniyadakı nümayəndəliyinə rəhbər təyin edib 24 Yanvar 2020, 19:04 Nazirlər Kabinetində icbari sığortanın tətbiqi ilə bağlı MÜŞAVİRƏ 24 Yanvar 2020, 18:51 Xızıda qumbara və partladıcılar tapılıb - FOTO 24 Yanvar 2020, 18:43 Yeni İrəvan məhəlləsi Musa Urudu qarşıladı - FOTOLAR 24 Yanvar 2020, 18:37 Xırdalanda məktəbliləri vuran sürücü tutulub 24 Yanvar 2020, 18:31 Hadı Rəcəbli 8 kəndin seçicisini bir araya topladı 24 Yanvar 2020, 18:29 Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib 24 Yanvar 2020, 18:20 İqbal Məmmədovun Lerikdə seçicilərlə izdihamlı görüşü keçirilib - FOTO 24 Yanvar 2020, 18:10 İstirahət günlərində hava necə olacaq? 24 Yanvar 2020, 18:02 Mixail Qusman İlham Əliyevə təşəkkür etdi 24 Yanvar 2020, 17:56 Mətbuat Şurasından ƏFV - bütün KİV-lər “qara siyahı”dan ÇIXARILDI 24 Yanvar 2020, 17:50 Məktəbliləri vuran sürücü TUTULDU 24 Yanvar 2020, 17:44
SORĞU Yeni parlamentdə kimlər olsun?