Modern.az

Azərbaycanın ən çox alıb-satdığı mallar, ticarət etdiyi ÖLKƏLƏR

Azərbaycanın ən çox alıb-satdığı mallar, ticarət etdiyi ÖLKƏLƏR

16 Sentyabr 2019, 15:35

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 177 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, 107 ölkəyə məhsul ixrac olunub, 164 ölkədən idxal həyata keçirilib:

“Gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 19932,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 11499,1 milyon dollar, idxalın dəyəri 8433,7 milyon dollar təşkil etmiş, nəticədə 3065,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 14,0 faiz, real ifadədə isə 6,0 faiz, o cümlədən idxal 15,6 faiz, ixrac 1,2 faiz artıb”.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 30,1 faizini İtaliyaya, 12,2 faizini Türkiyəyə, 6,1 faizini İsrailə, hər biri 5,6 faiz olmaqla Hindistan və Çinə, 4,9 faizini Almaniyaya, 3,8 faizini İspaniyaya, hər biri 3,4 faiz olmaqla Rusiya və Çexiyaya, 3,3 faizini Fransaya, 3,1 faizini Gürcüstana, 2,4 faizini Portuqaliyaya, 2,2 faizini Ukraynaya, 13,9 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib:

“Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,1 faizi İsveçrə, 14,0 faizi Rusiya, 9,7 faizi Türkiyə, 8,6 faizi Çin, 6,7 faizi ABŞ, 4,8 faizi Almaniya, 4,6 faizi Kanada, 3,8 faizi İran, 3,5 faizi Avstraliya, 3,1 faizi Ukrayna, 2,6 faizi İtaliya, 2,0 faizi Fransa, 1,7 faizi Qazaxıstan, 20,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb”.

Rəsmi məlumatda bildirilib ki, 2019-cu ilin yanvar-iyul aylarında ölkədən 1133,0 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilib ki, bu da 2018-ci ilin yanvar-iyul aylarına nisbətən faktiki qiymətlərlə 17,0 faiz, real ifadədə isə 12,8 faiz çoxdur:

“Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,9 faiz), Türkiyəyə (22,2 faiz), Gürcüstana (8,9 faiz), İsveçrəyə (7,8 faiz), İtaliyaya (2,9 faiz), Ukraynaya (2,2 faiz), Yunanıstana (2,1 faiz), Çinə (1,7 faiz), İrana (1,6 faiz) və Niderlanda (1,3 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib”.

 

Qeyd olunub ki, 2019-cu ilin yanvar-iyul aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 26,2 faiz, təzə tərəvəz – 1,0 faiz, şəkər – 49,2 faiz, tütün – 1,9 dəfə, meyvə və tərəvəz şirələri – 36,3 faiz, çay – 2,2 faiz, meyvə və tərəvəz konservləri – 6,4 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 33,5 faiz, pambıq lifi – 2,0 dəfə, pambıq ipliyi – 43,0 faiz, emal olunmamış alüminium – 6,2 faiz, qara metallardan yarımfabrikatlar – 39,5 faiz, bentonit gili – 5,2 faiz artmış, kartof ixracı isə 7,4 faiz, bitki yağları – 33,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 20,7 faiz, polietilen – 1,1 faiz, qara metallardan borular – 82,5 faiz azalıb.


“2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2019-cu ilin yanvar-iyul aylarında buğda idxalı 9,2 faiz, təzə meyvə – 5,1 faiz, xam şəkər və şəkər – 1,6 dəfə, kərə yağı, digər süd yağları və pastaları – 2,4 faiz, kartof – 14,1 faiz, quş əti və onun əlavə məhsulları – 14,7 faiz, mal əti – 14,7 faiz, təzə tərəvəz – 39,7 faiz, minik avtomobilləri – 2,0 dəfə, polad prokatı – 21,2 faiz, mineral gübrələr – 18,6 faiz, hesablama maşınları, blok və qurğuları – 29,2 faiz, rezin şinlər – 10,1 faiz, məişət kondisionerləri – 1,8 dəfə, mebellər – 6,1 faiz, polietilen – 21,7 faiz, yük avtomobilləri – 1,7 dəfə, paltaryuyan maşınlar – 9,0 faiz, qara metallardan künclüklər – 11,9 faiz, avtobuslar – 2,0 dəfə artmış, bitki yağı idxalı isə  5,5 faiz, siqaret – 44,5 faiz, çay – 1,5 faiz, qara metallardan borular – 9,8 faiz, qara metallardan çubuqlar – 11,6 faiz, sement və sement klinkerləri – 20,9 faiz, məişət soyuducuları – 19,4 faiz azalıb”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər