Modern.az

Qəzaya uğrayan təyyarə evin üstünə düşdü: 7 ölü

Qəzaya uğrayan təyyarə evin üstünə düşdü: 7 ölü

Dünya

16 Sentyabr 2019, 20:42

Kolumbiyanın cənub-qərbində kiçik təyyarə qəzaya uğrayıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölkə mediasında yayılan məlumatlara görə, qəza nəticəsində yeddi nəfər həlak olub.

Piper-PA31 tipi iki motorlu kiçik sərnişin təyyarəsi Popayan şəhərindəki aeroportdan havaya qalxdıqdan qısa müddət sonra bölgədəki evlərin üstünə düşüb.

Qəza zamanı təyyarədəki iki pilot və beş sərnişin həyatını itirib. İki nəfər isə ağır yaralanıb.

Hadisə zamanı bölgədə bir neçə ev zədələnib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə