Modern.az

Xərçəng KABUSU: Milli Onkologiya Mərkəzinə hər gün 1200 müraciət olur

Xərçəng KABUSU: Milli Onkologiya Mərkəzinə hər gün 1200 müraciət olur

Ölkə

18 Sentyabr 2019, 13:49

Bu gün Milli Məclisin Səhiyyə Komitəsinin iclası keçirlib. Modern.az xəbər verir ki, iclasda Səhiyyə komitəsinin üzvü, Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini Kəmaləddin Qafarov bəzi təkliflərlə çıxış edib.

O deyib ki, tibb sahəsi əlavə dəyər vergisindən azad edilməlidir.

"Yəqin ki, bu məsələyə baxılacaq”, - Kəmaləddin Qafarov deyib. 


Deputat dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsini də təklif edib. Onun sözlərinə görə,  hazırkı tələblər dərman vasitələrinin qeydiyyatında çətinlik yaradır: 

“Bu tələblər çətinlik yaradır. Səhiyyə sahəsində son 5 ildə böyük işlər görülüb. Milli Onkologiya Mərkəzinin texniki imkanları genişlənib. Bu qədər yüksək səviyyəli işlər təqdirəlayiqdir. Genişlənmiş sahənin saxlanılması – dərman, servis və.s üçün 5 il öncəki büdcə ilə tənzimlənir. Yəni büdcə 5 il əvvəl necə idisə, indi də elə qalır".


Milli Onkologiya Mərkəzi baş direktorunun müavini bu tibb müəssisəsinə müraciət edənlərin sayını da açıqlayıb:

"Milli Onkologiya Mərkəzinə hər gün 1 200 nəfər müraciət edir. Burada avadanlıqların saxlanılması və s. xərclər üçün 5 qat artıq büdcə lazımdır. Yəni burada 20-30 faiz artımla nəsə etmək çətin olacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!