Modern.az

Xalq artisti Murad Dadaşovun NƏZƏRİNƏ

Xalq artisti Murad Dadaşovun NƏZƏRİNƏ

18 Sentyabr 2019, 16:24

 

Xalq artistinə tamaşaçı təklifi ilə müraciət əslində “Maşın şou” verilişinin ötən yarışmasından əvvəl verilmişdi. Lakin əməkdar artist (o vaxt Murad Dadaşov Xalq artisti deyildi) bu müraciətə bilərəkdənmi, yoxsa bilməzlikdənmi heç bir reaksiya vermədi: nə hə dedi, nə də yox. Sonda isə da öz bildiyini elədi.


Müraciətin məğzini bir az sonar açacağıq. Hələlik isə veriliş barədə.


Hər dəfə bu veriliş tamaşaçılarla ünsiyyət ərəfəsində “Bayram gəlir”, “Maşın şou” efirə çıxır” səsləndirilir.


Bəlkə də mübaliğəli bənzətmədir: efirə gedən verilişi bayram kimi təqdim etmək şişirdilmiş cəhddir. Fakt budur ki, bu veriliş Azərbaycanın hər yerində bayram kimi qarşılanır, onun növbəti dəfə efirə çıxacağı günü çoxları səbirsizliklə gözləyir. Ola bilər ki, fenomen aparıcı, Xalq artisti Murad Dadaşovun məharətinə, səmimiyyətinə, doğma dildə səlis səslənən ifadələrinə... görə tamaşaçılar  verilişin intizarındadırlar.


Növbəti yarışmanın iştirakçılarının adları hələlik gizli saxlanılır, tam açıqlanmır.


“Gizli” dedim, bir “gizli”dən də danışmaq yerinə düşər. Təkrar edirəm ki, Murad Dadaşov səmimi aparıcıdır, dilində sünilik yoxdur, bəzi aparıcılar kimi yersiz, şit gülüşlərə şərait yaratmır. Amma onun bir “gizli” vərdişi tamaşaçıları qane etmir. Bu barədə çox narazılıq eşitmişəm. Nə isə, mətləbə keçək.       


Veriliş başa çatarkən qalibin adı bir neçə gün gizlədilir. Niyə? Guya bu da bir şoudur. Kimi aldadırsınız? Tamaşaçılarımı? Özünüzümü? Təəssüf ki, verilişin təşkilatçıları elə bilirlər ki, son anda qalibi elan etmək sürpriz olar. Halbuki, elə iştirakçılar qalibin adını özləri bilmədən sızdırırlar. Digər tərəfdən, gecənin bir vaxtı da qalib müəyyənləşsə, bundan bütün Bakı əhalisi, bütün Azərbaycan xəbər tutur. Bu xəbəri bir neçə gün “sirr” saxlayıb final gecəsində bəyan etmək nə məqsəd daşıyır? Final gecəsi isə aparıcı da, digər iştirakçılar da süni yalanla qarşılaşırlar və bu, baxışlardan da aydın sezilir. Tamaşaçı ilə ünsiyyət səmimi  olmalıdır. Qalibi vaxtında elan etmək verilişin maraqlılığına xələl  gətirmir, əksinə, rəğbət qazanılır.


Bəlkə bu təklif barədə yenidən düşünəsiniz, Murad bəy! Gizlinlik heç bir effekt vermir.


P.S. Görək, Xalq artisti Murad Dadaşov bu dəfə “gizlin”in və açıqlama verməməsinin səbəbini bildirəcəkmi?

 

Mülatif Adurov

Azərbaycan Prezidentinin

fərdi təqaüdçüsü

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır