Modern.az

Qənirə Paşayeva Milli Məclisdə vacib çağırışlar səsləndirdi

Qənirə Paşayeva Milli Məclisdə vacib çağırışlar səsləndirdi

18 Sentyabr 2019, 17:42

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin (MM) Səhiyyə komitəsinin iclasında çıxış edərək bir sıra təkliflər səsləndirib.


Modern.az xəbər verir ki, Q.Paşayeva yay müddətində və yeni dərs ili ərəfəsində seçki bölgəsində, məktəblərdə keçirdiyi görüşləri zamanı məktəbyaşlı uşaqlar arasında skalioz və kifozların sayının artmasının müşahidə olunduğunu vurğulayıb və “bu bizi çox narahat etməlidi”r deyib.

"Böyüyən uşaqlar arasında skalioz və kifozların sayının artması onlarda gələcəkdə bir sıra xəstəliklərin əsasını qoyur. Seçki bölgəsində keçirdiyim görüşlər zamanı skalioz və kifozdan əziyyət çəkən uşaqların müalicəyə cəlb olunmasına çalışmışıq, lakin onun müalicəsi kifayət qədər vaxt və vəsait tələb edir. Bəzən isə heç nəsə etmək mümkün olmur, əməliyyat etmək lazım olur, bu isə çox ağrılı proses olur.
Ona görə Milli Məclisin Elm və təhsil komitəsini və Səhiyyə komitəsini Səhiyyə və Təhsil nazirliklərinin nümayəndələrini dəvət edərək, məktəbyaşlı uşaqlar arasında skalioz və kifoz hallarının artması məsələsini birgə müzakirə etməyə çağırıram. Skalioz və kifozların artmaması istiqamətində nələr edilməlidr, bu xəstəliklərin gələcəkdə uşaqların həyatına ciddi təhlükə törətməsinin qarşısını almaq məqsədilə onlardan əziyyət çəkən uşaqların  müalicəyə və müayinəyə cəlb edilməsi kimi məsələlər müzakirə edilməlidir"- millət vəkili deyib.


Q.Paşayeva  unun zənginləşdirilməsi məsələsinə xüsusi diqqət yetirməyi təklif edib:

"Bir sıra xarici ölkələrdə anemiyanın qarşısının alınması məqsədilə unun zənginləşdirilməsinə xüsusi diqqət yetirilir. Ölkəmizdə anemiyadan əziyyət çəkənlərin sayı artmaqdadır, hamilə qadınlarda və yeni doğulacaq uşaqlarda anemiya halları artmaqdadır, bunun qarşısının alınması üçün unun zənginləşdirilməsi məsələsinə xüsusi diqqət yetirilməlidir. Hesab edirəm ki, bu məsələnin ciddi şəkildə həllinin tapması vacibdir və komitə tərəfindən aidiyyəti qurumlara müraciət edilməsinə, məsələnin həll edilməsinə ehtiyac var".

Millət vəkili eyni zamanda "Reproduktiv sağlamlıq haqqında" qanunun payız sessiyasında qəbulunun vacibliyini qeyd edib: "Yüzlərlə sonsuzluqdan əziyyət çəkən ailə bu qanunun qəbulunu gözləyirlər, ona görə də bu qanunun payız sessiyası zamanı qəbul edilməsinə çağırıram".  


Q.Paşayeva ictimai yerlərdə tütün məmulatlarından istifadənin qadağan edilməsi haqqında yüksək səviyyəli qanunun qəbul edilməsinə baxmayaraq, qanunun icrası ilə bağlı ciddi problemlərin olduğunu deyib:

"Az sayda ictimai yerlərdə, qapalı məkanlarda bu qanunun tələblərinə əməl edilir, lakin çox yerdə hələ də bu qanunun tələbləri yerinə yetirilmir. Bu istiqamətdə müvafiq qurumlarla, bu qanunun icrasına məsuliyyət daşıyan qurumlarla onun yüksək səviyyədə həyata keçməsi üçün müzakirələrin aparılmasına ciddi ehtiyac var. Bu, əhalinin, gənclərin sağlamlığı ilə bağlı bir məsələdir. Ona görə də hesab edirəm ki, qanunun həyata keçməsinə məsuliyyət daşıyan qurumlar onun icrasına nəzarət edilməsinə ciddi  yanaşmalı və qanunun həyata keçməsinə çalışmalıdırlar".

Deputat antibiotiklərin həkim resepti olmadan satılması məsələsini bir daha qaldırıb, antibiotiklərin reseptsiz satılmasının gələcəkdə səbəb ola biləcəyi fəsadlarını vurğulayaraq, bununla bağlı təkrar müzakirələrin aparılmasını təklif edib.


Q.Paşayeva bildirib ki, səhiyyə komitəsində hazırlanan "İnsan orqanlarının donoru və transplantasiyası haqqında" qanun layihəsinin payız sessiyasına çıxarılaraq müzakirə olunaraq qəbul olunması vacibdır.

“"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi kimi, bu sənədin də  payız sessiyasında qəbulu çox vacibdir, çünki gələn ildən icbarı sığorta haqqında qanunun qüvvəyə minməsi ilə əlaqədar bu məsələlərin qanunvericilklə tənzimlənməsi çox vacibdir."


Q.Paşayeva əhalinin sağlamlığı, tibb sahəsində qəbul edilən qanunlarla bağlı tibbi maarifləndirilmənin vacib olduğunu deyib.
Q.Paşayeva Səhiyyə komitəsində mətbuat və media qurumları ilə bu mövzuda birgə müzakirələrin keçirilməsini təklif edib.

Millət vəkili narkomaniyadan əziyyət çəkən insanların həyata qaytarılması və xilas edilməsi, bu bəladan qurtulması ilə bağlı çağırış səsləndirib, “bu məsələdə üzərinə məsuliyyət düşən qurumlar daha çox çalışmalıdır” deyib.

O, daha sonra vərəm xəstələri ilə bağlı məsələyə toxunaraq bildirib ki, xüsusilə də, bu xəstəlikdən əziyyət çəkənlərə dəstək göstərilməsi, onların əlilliyə çıxa bilməsi ilə bağlı prosedurlar sadələşdirilməlidır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi