Arxiv
19 Sentyabr 2019, 10:43 | ÖLKƏ
Azərbaycandakı milyarder və milyonçular...

Hər il müxtəlif nüfuzlu nəşrlər dünyanın və eləcə də ayrı-ayrı ölkələrin zəngin insanlarının siyahısını açıqlayır. Məsələn, “Forbes”in bu il üçün hazırladığı məlumata görə, milyaderlərin ümumi sərvətinin miqdarı 9,1 trilyon dollardan 8,7 trilyona qədər azalıb.

“Siyahıya “Amazon” şirkətinin qurucusu Jeff Bezos 131 milyard dollarlıq sərvətlə başçılıq edir.

İkinci sırada yer alan “Microsoft”un sahibi Bill Qeytsin sərvəti 96, 5 milyard dollardır. Üçüncü yerdə 82,5 milyard dollarlıq sərvətlə Berkshire Hatvay qərarlaşıb.


Hər il yayımlanan nəşrlərdə azərbaycanlı iş adamları - “Lukoil” şirkətinin sahibi  Vahid Ələkbərovun, “Crocus Group”un rəhbəri Araz Ağalarovun, “NortQaz” şirkətinin yaradıcısı Fərhad Əhmədovun da adına rast gəlinir.


Amma nədənsə rəsmi göstəricilərdə iqtisadi yüksəliş xətti tutan Azərbaycanın özündə milyarderlər bir yana qalsın, milyonçuların belə adı açıqlanmır.

Heç kimə də sirr deyil ki, Azərbaycanda belə adamlar var. Hətta söhbət təkcə milyonçulardan getmir, ölkəmizdə milyarderlərin olduğuna da şübhə yoxdur. Di gəl ki, onların adları açıqlanmır… Bunun əsas səbəblərindən biri Azərbaycanda həddindən artıq zənginlənmiş adamların bir qisminin oliqarxlaşmış məmurlar, deputatlar olmasıdır. Məhz belə zəngin məmur və deputatlar sayəsində ölkəmizdə gəlirlər deklarasiyası ilə bağlı qanunvericilik illərdir daşa dirənib, qəbul olunması əngəllənir. Çünki həmin qanun qüvvəyə minsə, gəlirləri barədə hesabat verməyə məcbur olacaq milyonçu və milyarderlərin varidatı da açığa çıxacaq.



“Qanun var, amma işləmir”

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məsələ ilə bağlı Modern.az-a bildirib ki, “Vəzifəli şəxslərin gəlir deklorasiyası haqqında qanun” mütləq qəbul olunmalıdır:


“Qanun layihəsi 2005-ci ildə parlament tərəfindən qəbul edilib və ölkə rəhbəri tərəfindən təsdiqlənib. Normativ sənədlərin hazırlanması üçün Nazirlər Kabinetinə xüsusi göstəriş verilib. Amma bu günə qədər həmin normativ sənədlər yoxdur. Bununla əlaqədar qanun var, amma işləmir. Deklorasiyanın olmaması bu sahədə müəyyən dərəcədə problemlərin artmasına gətirib çıxarır”.

 

“Korrupsiyanın qarşısını almaq üçün gəlirləri bəyan etməliyik”

 

Normativ sənədlərin qəbul olunmamasında ayrı-ayrı məmurların maraqlarına gəlincə, V.Əhmədov bunu istisna etməyib:


“Bildiyiniz kimi, Azərbaycanda “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması istiqamətidə işlər aparılır. Amma tam şəffaflığa nail olunmur. “Kölgə iqtisadiyyatı”nın faizini hiss olunacaq səviyyədə aşağı salmaq reallaşmır. Bu yaxınlarda Azərbaycanda “Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirildi. Avstriya Universitetinin professoru Friedrix Şnayder çıxışda ölkəmizdə bu sahədə böyük işlər görüldüyünü, amma “kölgə iqtisadiyyatı”nın payının da yüksək olduğunu vurğuladı. O bildirdi ki, 1991-2018-ci illər arasında Azərbaycanda kölgə iqtisadiyyatının ortalama göstəricisi ildə 49,58 faiz təşkil edib. Ümumiyyətlə biz rüşvətxorluğun, korrupsiyanın qarşısını almaq, onlarla mübarizə aparmaq istəyiriksə, gəlirlərin bəyan edilməsinə çalışmalıyıq”.

 

“Həm məmurluq, həm vəzifə bir araya sığışmır”

Deputat deyib ki, son illərin tendensiyasında nazirlərin, məmurların, oliqarxların, millət vəkillərinin bizneslə məşğul olması müşahidə olunur:

“Mən bunun tərəfdarı deyiləm. Çünki bu, cəmiyyətdə mənfi rezonans doğrurur, əhali tərəfindən müsbət qarşılanmır, şəxsin tutduğu vəzifədən sui-istifadə halları artır və s. Bizneslə məşğul olmaq istəyən şəxs məmurluqdan çıxıb, kreslosunu təhvil verməlidir. Yoxsa həm məmurluq, həm vəzifə, həm biznes-üçü bir araya sığışmır. Kimlərsə bu üçünü sığışdırmağa çalışanda da partlayış baş verir”.

 

Nöqsanları vaxtında görmək lazımdır


Ayrı-ayrı vəzifəli şəxslərin dövlət büdcəsini mənimsəməyə görə tənqid edilməsinə gəlincə, V.Əhmədov nöqsanların vaxtında müzakirəyə çıxarılmalı olduğunu diqqətə çatdırıb:

“Çalışmaq lazımdır ki, hər hansı bir sahə ilə bağlı meydana çıxan nöqsan şəxsin rəhbərliyi dövründə sadalansın, nəninki vəzifədən gedəndən sonra. Dövlət vəsaiti mənimsənilib, xərcləndikdən sonra bunun üzərində dayanmaq iqtisadi əhəmiyyət kəsb etmir. Ona görə lazımdır ki, həmin adamlar vəzifədə olanda qarşısı alınsın, ciddi tədbirlər görülsün. Bu məsələləri gündəmdə saxlamaq olduqca vacibdir. Bu məsələlərin gündəmə gətirilməsi müəyyən qədər siyasi manevr olsa da, düşünürəm ki, deyilənlərdə də həqiqət var. Çünki sən bu dövlətin, hökumətin çörəyini yeyibsənsə, onu müdafiə etməlisən”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bulvarda şəkil çəkmək istəyən gənc dənizə düşdü 2 İyun 2020, 00:07 Azərbaycanda koronavirusla bağlı son STATİSTİKA 1 İyun 2020, 23:52 Etirazçılara qarşı bunu da etdilər - VİDEO 1 İyun 2020, 23:39 Paytaxtda COVID-19 qurbanlarının sayı 2624-ə çatdı 1 İyun 2020, 23:24 Xırdalanda kişi yaşadığı binanın qarşısında bıçaqlanıb 1 İyun 2020, 23:11 Avropa Olimpiya Komitəsinin prezidenti öldü 1 İyun 2020, 22:54 “ÜST vasitəsilə  yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik” - İlham Əliyev 1 İyun 2020, 22:40 Bakıda motosiklet yük maşınına çırpıldı 1 İyun 2020, 22:27 Azərbaycan prezidenti: “Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində biz minimum itki vermişik” 1 İyun 2020, 22:16 Qənirə Paşayeva 500 Tovuz məktəblisinə kitab hədiyyə edib 1 İyun 2020, 22:11 “Dörd ay ərzində qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunub” - İlham Əliyev 1 İyun 2020, 22:04 “Hazırda biz yeni layihələr üzərində işləyirik” - Prezident 1 İyun 2020, 21:53 ABŞ-da küçəyə çıxma qadağası 1 İyun 2020, 21:44 Türkiyədə sutkalıq COVİD-19 qurbanlarının sayı  23 nəfərədək azaldı 1 İyun 2020, 21:28 "Qarabağ" məşqləri bərpa etdi 1 İyun 2020, 21:16 Bu ölkədə koronavirus qurbanlarının sayı 33 475-ə çatdı 1 İyun 2020, 21:04 Goranboyda taxıl biçininə start verildi - FOTO 1 İyun 2020, 20:48 Ermənistanda ağır vəziyyətdə olan 500 koronaviruslu xəstə var 1 İyun 2020, 20:38 Sosial şəbəkələrin fəaliyyətinin hüquqi müstəvidə tənzimlənməsi aktualdır 1 İyun 2020, 20:25 Azərbaycanda sabiq bələdiyyə sədrini döyüb xəstəxanalıq etdilər 1 İyun 2020, 20:14 Atışmada iki hərbçi öldü 1 İyun 2020, 20:01 Putinlə Tramp telefonla danışdılar 1 İyun 2020, 19:57 AFFA mövsümü dayandırdı - çempion bəlli oldu 1 İyun 2020, 19:48 Milli Məclis müsabiqə elan etdi 1 İyun 2020, 19:39 Mərkəzi Bankdan TƏKZİB: “Qeyd olunan məlumat həqiqəti əks etdirmir” 1 İyun 2020, 19:30 Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri - Fotolar 1 İyun 2020, 19:20 UNEC-də bəzi kafedra və fakültələr ləğv edildi 1 İyun 2020, 19:10 Qapıları 70 gün müştərinin üzünə bağlı qalan “Mall”lardan FOTOREPORTAJ 1 İyun 2020, 19:00 Azərbaycanda koronavirus testindən keçənlərin sayı 300 mini keçdi - RƏSMİ 1 İyun 2020, 18:52 Litva Prezidenti İlham Əliyevi təbrik edib 1 İyun 2020, 18:44 Azərbaycanda 5 nəfər koronavirusdan öldü - daha 168 nəfər yoluxdu 1 İyun 2020, 18:36 Şəhərdə dolaşan ayı ilə bağlı daha bir AÇIQLAMA 1 İyun 2020, 18:31 Nazirlik yoxlama apardı - 392 obyektdə nöqsan aşkarlandı: “Soliton”, “Optimal elektronika”, “Bol Market”... 1 İyun 2020, 18:23 Azərbaycanda prokuror koronavirusa YOLUXDU 1 İyun 2020, 18:15 Azərbaycanda 12 nəfərin koronavirusa yoluxduğu kənddən VİDEOREPORTAJ 1 İyun 2020, 18:09