Arxiv
29 Sentyabr 2019, 10:41 | REPORTAJ
Məşhurların övladları: Ölüm hökmü kəsilən eks-nazirin həkim qızı - FOTO

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə... 

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...
Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar... 

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir. 


Budəfəki təqdimatımız sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayevin qızı haqdadır.


Yəqin ki, bu eks-naziri xatırlayırsınız. Mərhum dövlət başçısı Heydər Əliyevin komandasında təmsil olunmuş keçmiş kənd təsərrüfatı naziri M.Abdullayevi işdə yol verdiyi bağışlanmaz səhvlər birbaşa həbsə aparmışdı.

“Müzamil İmran oğlu Abdullayev işdə ciddi nöqsanlara yol verdiyinə görə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilsin” – Prezident Heydər Əliyevin 15 oktyabr 1994-cü ildə imzaladı fərman...

Müzamil Abdullayev  1941-ci ildə Gəncə şəhərində anadan olub. 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrına kimi kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

1996-ci ildə “Surət Hüseynov olayı”na görə vətənə xəyanət ittihamı ilə təqsirləndirilən eks-nazirə əvvəlcə ölüm hökmü kəsilib, sonra bu hökm ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib. Daha sonra isə cəzası 15 illik həbslə əvəz edilib. 1999-cu ildə isə ölkə başçısının əfv fərmanı ilə azadlığa buraxılıb. Onu ictimaiyyət həbsxanadan xərəkdə çıxması ilə xatırlayır. 

Deyilənlərə görə, Müzamil Abdullayevin həbsdən azad olunmasını o zaman Fransa prezidenti olan Jak Şirak birbasa Heydər Əliyevdən xahis edib. Müzamil Abdullayev ixtisasca şərabçı olduğundan Fransada hakimiyyətin üst düzəni ilə geniş əlaqələri varmış. Jak Şirak da Fransanın şərabçılıq biznesi lobbiçilərinin təsiri ilə Heydər Əliyevdən belə bir xahiş edib.

Hazırda 78 yaşlı Müzamil Abdullayevin gah Azərbaycanda, gah da Rusiyada yaşadığı bildirilir. Bu, onun işi ilə əlqədardı. Yəni həm orada, həm də burada yaşayıb, hər iki ölkədə də biznes fəzliyyətilə məşğuldur. O illərdir ki, Moskvada böyük biznes şəbəkəsinə rəhbərlik edir. Həbsdən çıxandan sonra M.Abdullayev Moskvaya mühacirət edib, əvvəlcə araq-şərab məhsullarının istehsalı və idxal-ixracı ilə məşğul olub. Sonra onun Azərbaycanda da biznes qurmağına icazə verilib. Məlumatlara görə, sabiq nazir hazırda Azərbaycanda kənd təsərrüfatı məhsulları da yetişdirir.

Rusiya mediasının da yazdığına görə, Moskva vilayətinin Dolqoprudnıy rayonundakı ən böyük meyvə-tərəvəz bazası Azərbaycanın sabiq kənd təsərrüfatı nazirinə məxsusdur. Bu bazada çalışanların böyük əksəriyyətinin Azərbaycanın Şəmkir rayonundan olduğu söylənilir.

Onun Rusiyada digər böyük obyektləri də fəaliyyət göstərir. Rusiya rəsmi qurumlarında Müzamil Abdullayev fərdi sahibkar kimi qeydə alınıb. Məlumatlarda onun əsas fəaliyyət istiqamətlətinin qida məhsulları, içkilər və tütün məmulatlarının topdan ticarəti göstərilir. Amma ümumilikdə eks-nazirin  10 istiqamət üzrə işlədiyi bildirilir.


Müzamil Abdullayevin qızı Aybəniz  Abdullayeva ixtisasca göz həkimidir. Aybəbiz xanım 1987-1993-cü ildə Azərbaycan Tibb Universitetində (ATU) oftalmologiya ixtisası üzrə təhsil alıb.

2008-2009-cu ildə ATU-nun Oftalmologiya kafedrasında baş laborant, 2009-2016-da assistent işləyib.
Bir sıra yerli və beynəlxalq təlimlər və kurslarda iştirak edib.
Azərbaycan Oftalmoloji Cəmiyyəti, Türk Oftalmoloji Cəmiyyətinin üzvüdür.

Tibb üzrə fəlsəfə doktorudur.
Aybəniz Abdullayeva hazırda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında işləyir.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyənin Suriyada  zərərsizləşdirdiyi  terrorçu sayı 700-ə çatdı 17 Oktyabr 2019, 21:16 Uşaq hüquqları aylığına start verilir 17 Oktyabr 2019, 20:58 Ağstafada itkin düşən qadın Bakıda tapıldı 17 Oktyabr 2019, 20:44 Mətbuat bütün hallarda dövlətin və xalqın milli maraqlarını müdafiə etməlidir 17 Oktyabr 2019, 20:27 Əhalinin gəlirləri 6.7 faiz artıb 17 Oktyabr 2019, 20:16 Azərbaycan - Slovakiya oyununun stadionu dəyişdirildi 17 Oktyabr 2019, 20:01 Lukaşenko: "Rusiya dövlət deyil..." 17 Oktyabr 2019, 19:53 Ərdoğan “görüşməyəcəm” dediyi amerikalı vitse-prezidenti qəbul etdi 17 Oktyabr 2019, 19:34 “Prezident eyhamla söylədi ki, özünüzü yığışdırın” - Dövlət başçısının mesajları kimlərə ÜNVANLADI 17 Oktyabr 2019, 19:29 İstanbulda yeni zəlzələ proqnozlaşdırıldı 17 Oktyabr 2019, 19:24 Ermənistanda yaşayış binası çökdü 17 Oktyabr 2019, 19:09 Notariusun evindən 374 min manat oğurlayan şəxslərə hökm oxundu 17 Oktyabr 2019, 18:55 Fuad Qəhrəmanlı və Zümrüd Yağmurun boşanma məhkəməsi təxirə düşdü 17 Oktyabr 2019, 18:41 Şəhid xanımı xarici jurnalistlərlə Quba Soyqırım Məzarlığında - FOTO 17 Oktyabr 2019, 18:30 Minsk qrupundan Qarabağla bağlı nikbin BƏYANAT 17 Oktyabr 2019, 18:20 Deputatlar Prezidentin Saleh Məmmədovu qəbul etməsindən DANIŞDILAR 17 Oktyabr 2019, 18:19 65 xarici jurnalist 3 gün Azərbaycanda – FOTOLAR 17 Oktyabr 2019, 18:17 Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilir   17 Oktyabr 2019, 17:56 “Sanksiya ritorikaları 70 illik NATO alyans ruhu ilə uyğun gəlmir” - Türk ordusundan ETİRAZ 17 Oktyabr 2019, 17:54 Zakir Həsənov Pekinə gedəcək 17 Oktyabr 2019, 17:53 Bakıda rəisin evindən yarım milyonluq oğurluq edən şəxslərə hökm oxunub 17 Oktyabr 2019, 17:41 Manat sabah bu məzənnədə olacaq 17 Oktyabr 2019, 17:39 İcra Hakimiyyəti Tərtərdəki aksiyanı TƏSDİQLƏDİ: “Yayılan video yenidir” 17 Oktyabr 2019, 17:24 Gənclər Fondunun qrant müsabiqəsinin nəticəsini ELAN ETDİ 17 Oktyabr 2019, 17:20 Ukrayna Azərbaycanlıları Radası: diaspor siyasətində nə dəyişir 17 Oktyabr 2019, 17:15 İlham Əliyevdən çoxmənzilli binaların lift təsərrüfatı ilə bağlı SƏRƏNCAM 17 Oktyabr 2019, 17:12 Serbiyada təhsil üçün TƏQAÜD proqramı elan olundu 17 Oktyabr 2019, 17:10 Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur 17 Oktyabr 2019, 17:10 Prezident Yuxarı Şirvan kanalı ilə bağlı sərəncam imzaladı 17 Oktyabr 2019, 17:06 Sabah bələdiyyə seçkiləri ilə bağlı qərar veriləcək 17 Oktyabr 2019, 17:01 Prezident Saleh Məmmədovu qəbuluna çağırdı: “Belə də davam edin!” 17 Oktyabr 2019, 17:00 Mariya Zaxarova rəsmi Bakının etiraz notasına REAKSİYA VERDİ 17 Oktyabr 2019, 16:59 Elina Hacıyevanın anasından Prezidentə MÜRACİƏT 17 Oktyabr 2019, 16:56 Rektor əmr İMZALADI - Universitet müəllimlərinin maaşı 25 faiz artdı 17 Oktyabr 2019, 16:51 Hulusi Akardan şok AÇIQLAMA: “Terrorçular kimyəvi silahdan istifadə edib günahı üzərimizə atmağa çalışır" 17 Oktyabr 2019, 16:49