Modern.az

Oljas Süleymanov azərbaycanlıları öz dərdlərindən yazmağa ÇAĞIRDI

Oljas Süleymanov azərbaycanlıları öz dərdlərindən yazmağa ÇAĞIRDI

Ədəbi̇yyat

1 Oktyabr 2019, 14:15

“İnsanı əvvəl kitab, sonra məktəb tərbiyələndirir. İndi ədəbiyyat yaranmır. Çünki dövlətlər kitabdan imtina etdilər... Son 30 ildə ədəbiyyatda baş verənlər “HOMOSAPİENS”ə bənzəyir".


Modern.az
xəbər verir ki, bu fikirləri  IV Avrasiya Ədəbiyyat festivalında çıxış edən tanınmış qazax yazıçısı Oljas Süleymanov deyib.


O bildirib ki, yalnız bu kitablar bizim dövlətləri oyada bilər:

 

“Azərbaycan 30 ildir ki, faciə içərisindədir. 3-4 aydan sonra 20 Yanvarın 30 illiyini qeyd edəcəyik. Mən o hadisələrin şahidiyəm. Bu fakt yazılsaydı, ədəbiyyat 20 Yanvar faciəsini yaymağa yardım edərdi. Əfsuslar olsun ki, bu olmadı. Azərbaycanın dərdi ümumi Zaqafqaziya və Sovet birliyinin dərdi idi. Azərbaycanlıları öz dərdləri haqqında yazmağa çağırıram. Qoy Qazaxıstan, Avrasiya yazarları da bu hadisələri, Azərbaycanin başına gələnləri yazsınlar. Yalnız bu kitablar bizim dövlətləri oyada bilər”.


Aida Eyvazlı

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi