Modern.az

Azərbaycan və İran Hərbi Dəniz Qüvvələri arasında müzakirə

Azərbaycan və İran Hərbi Dəniz Qüvvələri arasında müzakirə

3 Oktyabr 2019, 00:42

Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin komandanları Admiral Zaur Hümmətov  və Hüseyn Xanzadi arasında görüş keçirilib.

Modern.az  APA-ya istinadən xəbər verir ki,  görüşdə iki ölkənin hərbi əməkdaşlığı və hərbi sahədə potenseallardan bigə isitfadənin zərurliyi vurğulanıb.
Azərbaycaaannn HDQ komandanı iki ölkə arasında əlaqələrin yaxşı səviyyədə olduğunu bildirib və qeyd edib ki, qonşu ölkələr arasında əməkdaşlıq dəniz piratlarının fəaliyyətinin qarşısını alacaq və bizm vəzifəmiz Xəzər dənizində sabitliyi qorumaqdı.

Zaur Hümmətov qeyd edib k, Azərbacyan HDQ-si  İran İslam Respublikasının HDQ-si tərəfindən təşkil olunacaq dərin sularda dalğıcların yarışmasında itşirak etməyə hazırdır. “Eləcə də biz İran və Azərbaycan hərbi dənizçilərinin iştirakı ilə  müştərək məşq keçirilməsinə də hazırıq.

H.Xanzadi bildirib ki, iki ölkə arasında  tarixi bağlar var və  müxtəlif sahələrdə xüsusilə mədəni sahədə iki ölkənin alqları bir-birinə bağlıdr.  Müştərək mədəniyyət, dil və sivilizasiya İranvə Azərbaycanı qardaş və dost ölkə edir. İki ölkənin həm qurudan və həmdə dənizdə sərhədləri var.

O deyib ki,  hər iki ölənin hərbi gəmirlənin qarşılıqlı səfərləri  və hərbi məşqlərin keçirilməsi əlaqələri daha da möhkəmlədirər.

“Xəzər dənizi bizim üçün sülh və dostluq dənizidir və  əminliklə deyə bilərik ki, bu dənizdə bizim yaxşı qonşularımız olduğu üçün heç bir narahtlığımız yoxdur”.
İranın hərbi sahədə inkiaşf etdiyini bildirən H.Xanzadi deyib ki, bu gün Hərbi dəniz qüvvələri geniş potenseal və sürətlə daha da inkişaf edir.

Dənizdə və beynəlxalq sularda sabitliyin təmini üçün cəm şəkilinəd əməkdaşlıq edilməyin zərurətini vurğulayan H.Xanzadi deyib ki,  Azərbaycanla hərbi   dəniz sahəsinə əməkdaşlıq etməyəəə   hazırıq. “Xəzər dənizində birlikdə hərbi taktika  təşkil edə bilərik və əlaqələrimizi inkişaf etdirmək üçün hər tərəfli hazırıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!