Modern.az

Pənah Hüseyndən Firudin Cəlilova sərt REAKSİYA: “Elçibəy onu silmişdi”

Pənah Hüseyndən Firudin Cəlilova sərt REAKSİYA: “Elçibəy onu silmişdi”

10 Oktyabr 2019, 10:47

Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn eks-təhsil naziri Firudin Cəlilovun test üsulunu təhsilə özünün söyləməsinə sərt reaksiya verib.

Modern.az-ın məlumatına görə, P.Hüseyn F.Cəlilovun mətbuata müsahibəsində səsləndirdiyi iddilardan təccübləndiyini vurğulayıb:

“Məyus oldum və qəzəbləndim. Bu nə saçma iddialar?
...Özünün dediyinə görə, Firudin müəllim ildə bir neçə dəfə ürək əməliyyatına girir. Bəlkə anasteziyanın təsirindən hələ çıxmayıb?

...Azərbaycanda qəbul imtahanları sahəsində hökm sürən korrupsiyanın aradan qaldırılması üçün test imtahan sisteminin tətbiqi ideyası da, bu işi həyata keçirəcək və Təhsil Nazirliyindən, ali və orta ixtisas təhsili müəssisələri rəhbərlərindən asılı olmayan, birbaşa prezidentə tabe olan orqanın,TQDK- nın yaradılması ideyası da, bu ideyaların realllaşdırılması ilə bağlı icraya yönəlik rəsmi göstərişlər də birbaşa Elçibəyə məxsusdur və AXC- nin seçki platformasına daxil idi.
Firudin Cəlilovun güya bu məsələ ətrafında Prezidentlə davalar, mübahisələr etməsi, Prezidentin məni Firudin Cəlilova  aid məsələlərə razı salmaq üçün onun yanına göndərməsi barədə deyilənlər isə belə demək mümkünsə sadəcə gopdur və o dövrdə idarəçilik sistemində işləyənlərdə yalnız gülüşə və bir də Firudin müəllimin sağlıq halına dua oxumağa səbəb ola bilər”.

P.Hüseyn deyib ki, Firudin Cəlilov ümumiyyətlə prezidentin qəbulunda heç bir dəfə də olmayıb.

“Çünki əlifba əhvalatlarından sonra Elçibəy onu silmişdi və sonradan vəzifədə də mənim təkidlərimdən və xahişlərimdən sonra saxlamışdı, bir şərtlə ki, F.Cəlilov onun gözünə görünməsin və mənimlə işləsin. Bunu ki, hamı bilir! Mənim Firudin müəllimin yanına gedib-gəlməyimə gəldikdə isə açığı mən onun heç hansı kabinetlərdə oturduğu bir yana qalsın, kabinetinin hansı mərtəbədə olduğunu da bilməmişəm. Çünki, buna ehtiyac olmayıb.

F.Cəlilovun dediklərində bir şey düzdür. O da TQDK sədrliyinə mərhum Vurğun Əyyubu razı salmağı. Mən bir neçə dəfə demişəm ki, Vurğun Əyyubun namizədliyini F.Gəlilov irəli sürüb. Əslində bu dəqiq deyil. Vurğun Əyyuba prezidentin təklifini mən bildirmişdim və o, bizim komanda ilə işləmək istəmədiyini deyib təklifdən imtina etmişdi. Müəyyən narazılıqları vardı... Prezidentin Vurğun bəyi TQDK sədrliyində görmək istəməsinin səbəbi o idi ki, Vurğun bəy,1991-ci ildə AXC tərəfindən Azərbaycandan ilk olaraq Türkiyə univesitetlərinə göndərilən 50 nəfərlik tələbə qəbulunu çox parlaq şəkildə həyata keçirmişdi və Elçibəy bunu həmişə təqdirlə qeyd edirdi. Mən Firudin müəllimə Vurğun Əyyubun Prezidentin təklifini qəbul etmədiyini demişdim, o da danışıb razılığa gətirmişdi. Bu qədər. İndi bu adam deyir ki,güya Prezident V.Əyyubun namizədliyinin əleyhinə olub! Ya sənin Prezidentlə danışmaq imkanın var idimi ki, onun nəyə razı olması, ya etiraz etməsini biləsən?!
Mən Firudin müəlimə hörmətlə yanaşmışam. Onun xidmətlərini qiymətləndirmişəm. Və zaman -zaman demişəm ki, bu doğru olmayan söhbətləri qurtar. Hər kəs olduğu və durduğu yerdə böyükdür. Belə görünür ki, inandıra bilməmişəm. Təəssüf”.

Azərbaycanın sabiq təhsil naziri Firudin Cəlilov ölkədə test üsulunun tətbiqinin tarixçəsi ilə bağlı Bakupost.az-a açıqlamasında deyib:  

"Mən Rəhim Hüseynovun vaxtında Baş nazirin müavini işləyirdim. İnstitutlar, məktəblər mənim kurasiyamda idi. Mən də test imtahanlarını gətirmək istəyirdim, amma bu çox ağır bir məsələ idi. Sərəncam verdim, qəbul imtahanlarını dayandırdılar ki, testə keçək. Sərəncamımdan bir ay sonra Elçibəy hakimiyyətə gəldi. Ona dedim ki, bu, artıq mənim səlahiyyətimdə olan bir iş deyil. Prezident sənsən, ya "hə” de, ya "yox”. Razılıq vermədi. Orada bizim Elçibəylə möhkəm davamız oldu. Bu söhbətdə Pənah Hüseyn, İsa Qəmbər, Arif Hacılı, İxtiyar Şirin də iştirak edib. Amma 30 ildə birinin qeyrəti çatıb bu barədə danışmadı. Heç kim etiraf etmədi ki, test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı