Modern.az

Əməliyyat olunan Koçaryanın səhhəti barədə xəbər var

Əməliyyat olunan Koçaryanın səhhəti barədə xəbər var

Dünya

14 Oktyabr 2019, 15:06

Yerevanda yerləşən “İzmirlyan” tibb mərkəzinin icraçı direktoru Armen Çarçyan eks-prezident Robert Koçaryandan alınan analizlərinə nəticəsini elan edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, eks-prezidentin orqanizmində xərçəng hüceyrələri aşkar olunmayıb.

“Deyə bilərəm ki, hər şey xoş xassəlidir. Koçaryan reabilitasiya mərhələsindədir, səhətində müsbət dinamika müşahidə olunur”- deyə Armen Çarçyan açıqlama verib.

 

Həkim orqanizmin gec bərpa olunmasından dolayı Robert Koçaryanın daha 2-3 gün xəstəxanada qalacağını elan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?