Modern.az

Karateçimiz dünya çempionatında qızıl medal qazanıb

Karateçimiz dünya çempionatında qızıl medal qazanıb

Aktual

14 Oktyabr 2019, 19:30

Azərbaycan karateçisi Rauf Abdullayev Çexiyanın Karlovı Vari şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb. 

 

Modern.az-ın məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən idmançı karatenin şotokan növündə mübarizə aparıb və bütün rəqiblərini üstələyib. 

 

38 yaşlı karateçi finalda Rumıniya təmsilçisini məğlubiyyətə uğradıb. 

 

"Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) mühafizə departamentinin idman təlimatçısı vəzifəsində çalışan Abdullayev bunları söyləyib: "Bu nailiyyəti bir dəmiryolçu kimi, oktyabrın 13-də qeyd etdiyimiz peşə bayramına həsr edirəm".

 

Qeyd edək ki, R.Abdullayev 2013-cü ildə Serbiyanın Novi Sad şəhərindəki mundialda da qızıl medal qazanıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...