Modern.az

Xalqı sosial şəbəkələr vasitəsilə üsyana çağırdılar

Xalqı sosial şəbəkələr vasitəsilə üsyana çağırdılar

Dünya

14 Oktyabr 2019, 22:00

İspaniyanı etiraz aksiyası bürüyüb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, 2017-ci il oktyabrın 1-də Kataloniyanın müstəqilliyi haqqında qanunsuz referendumu təşkil edən separatçı hərəkatın liderləri 13 il müddətinədək həbs cəzasına məhkum ediliblər.

Müstəqil qruplar İspaniya Ali Məhkəməsinin qərarına qarşı etiraz aksiyası keçirir və bütün Kataloniyanın səfərbər olmasına çağırırlar.

Barselona və Jironda yollar bağlanıb. Bəzi təşkilatlar Barselona aeroportunun birinci terminalının işini iflic vəziyyətinə salmaq niyyətindədirlər. Regionun müstəqilliyi uğrunda çıxış edən iğtişaşçılar xalqı sosial şəbəkələr vasitəsilə üsyana çağırırlar.

Məlum olub ki, hakim Pablo Llarena müstəqillik haqqında referendumdan sonra İspaniyadan Belçikaya qaçmış Kataloniya hökumətinin sabiq sədri Karles Puçdemonun həbsinə yeni order verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi