Modern.az

Ərdoğandan sərt QƏRAR: \"ABŞ-ın vitse-prezidenti və dövlət katibi ilə görüşməyəcəm\"

Ərdoğandan sərt QƏRAR: \

16 Oktyabr 2019, 16:20

“Mən ABŞ prezidenti Donald Tramp gələndə onunla görüşəcəyəm".

 

Modern.az “Report”a istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “SKY News” müxbirinin “ABŞ-ın nümayəndə heyəti buraya (Türkiyəyə-red.) gəlir. Narahatsınız? Onlarla nə barədə danışacaqsınız?” sualına cavabında deyib.

 

“Mən dimdik ayaqdayam. Niyə narahat olmalıyam? Onlarla görüşməyəcəyəm. Onlarla öz mövqedaşları görüşəcək. Mən Tramp gələndə onunla görüşəcəyəm”, - deyə o vurğulayıb. 

 

Qeyd edək ki, Suriyadakı hadisələri Türkiyə ilə müzakirə etmək üçün ABŞ prezidenti Donald Tramp müavini Maykl Pens və dövlət katibi Maykl Pompeonun başçılıq etdikləri nümayəndə heyətini Ankaraya göndərir. 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi