Arxiv
17 Oktyabr 2019, 14:13 | DİASPOR
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb - FOTOLAR

Çinin paytaxtında Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və Ümumçin Gənclər Federasiyasının birgə təşkilatçılığı ilə Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb.

Modern.az xəbər verir ki, Forum dünyanın 69 ölkəsindən 500-ə yaxın gəncin iştirak etdiyi Asiya-Afrika gənclər festivalı çərçivəsində həyata keçirilir. Tədbirdə tarixi İpək yolunun əhatə etdiyi ölkələrdən gənc sahibkarlar, inkubator yaradıcıları, startapçılar və dövlət qurumları nümayəndələri iştirak edirlər. Layihənin əsas məqsədi gənc sahibkarlara və startapçılara bizneslərinin inkişafı üçün dəstək olmaq, onların davamlı ünsiyyəti və innovativ ideyaları həyata keçirmələrinə töhfə vermək, təcrübə mübadiləsi üçün vahid platforma yaratmaq, həmçinin gənclərə öz bizneslərini inkişaf etdirmək üçün bir sıra imkanlar təklif etməkdir.

Açılış mərasimində çıxış edən Kommunist Gənclər Birliyinin Mərkəzi Komitəsinin rəhbəri Xı Cunkı bildirib ki, Asiya-Afrika Gənc Sahibkarlar Forumu sülh və inkişaf üçün mühüm rol oynayır. Bu layihə gənclər üçün əməkdaşlıq və tərəfdaşlıq imkanları yaradır.

“Ümid edirəm ki, bu layihə həm Asiya, həm də Afrika ölkələrinin gəncləri üçün maraqlı və vacib layihəyə çevriləcək. Bizim üçün BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri xüsusi önəm daşıyır və bu layihənin həmin məqsədlərin həyata keçirilməsinə xidmət etdiyini düşünürük”, - deyən Xı Cunkı əlavə edib ki, iqtisadiyyat və sənaye bizim üçün xüsusi önəm daşıyır və bu mənada gəncləri dəstəkləmək vacibdir.

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Aytən Əliyeva Azərbaycan dövlətinin gənclər siyasətindən, ölkəmizdə gənclərə olan qayğıdan danışıb. Azərbaycanın İpək yolu üzərində vacib tərəfdaş olduğunu bildirən Aytən Əliyeva forumun region ölkələrindən olan gənclər üçün önəmini qeyd edib.

İttifaqın sədri dayanıqlı inkişafın və iqtisadiyyatın bütün dünya dövlətləri üçün vacib məsələ olduğunu vurğulayaraq, müxtəlif xarakterli münaqişələrin, qarşıdurmaların inkişaf proseslərinə mənfi təsir göstərdiyini deyib. “Təəssüflə qeyd etməliyəm ki, mənim ölkəm də uzunmüddətli münaqişədən əziyyət çəkənlər sırasındadır. Düşünürəm ki, gəncləri sahibkarlıq, mədəniyyət, idman və digər fəaliyyətlərə cəlb etmək dünyada və regionda sülh, sabitlik və inkişaf üçün zəmin yaramaq olar”, - deyə Aytən Əliyeva bildirib.

Çin Xalq Respublikasının yaradılmasının 70-ci ildönümü münasibətilə çinli tərəfdaşları təbrik edən Aytən Əliyeva layihənin reallaşmasına verdiyi böyük dəstək üçün Azərbaycan və Çin dövlətlərinə təşəkkürünü bildirib.

Tədbir “Asiya-Afrika gənc sahibkarları üçün yeni imkanlar və təcrübələr”, “Sahibkarlığın təbliği üçün tərəfdaşlığı gücləndirmək”, “İpək yolu regionunda gənc sahibkarlığın inkişafı: təşəbbüslər və layihələr” mövzuları üzrə panel müzakirələri ilə davam edib.

Festival çərçivəsində Çinin Xarici İşlər Nazirliyi, Kommunist Gənclər Birliyinin Mərkəzi Komitəsi, Pekin Universiteti, Pekin Beynəlxalq Gənclər Universiteti, Çin Gənclərinin İnkişaf Fondu, Pekin Könüllük Xidməti Mərkəzi, Pekin Gənclər Mərkəzi, müxtəlif qlobal şirkətlər və sahibkarlıq fəaliyyətinin təşviqi üzrə konsultasiya mərkəzlərində görüşlər keçirilməsi də nəzərdə tutulub.

Forumun hər il keçirilməsi və gənc sahibkarlar şəbəkəsinin yaradılması əsas hədəflərdəndir.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Onun qurduğu xəyal gerçəkləşdi 15 Noyabr 2019, 00:37 Pentaqondan F-35-lə bağlı gözlənilməz rəy 15 Noyabr 2019, 00:21 Azərbaycanlı jurnalist ermənilərlə bir arada 15 Noyabr 2019, 00:03 Azərbaycan neftinin qiyməti dəyişdi 14 Noyabr 2019, 23:47 II Bakı Sammitinin iştirakçılarının şərəfinə ziyafət verildi - FOTOLAR 14 Noyabr 2019, 23:30 Türkiyə millisi AVRO-2020-yə vəsiqə qazandı 14 Noyabr 2019, 23:14 Parlamentin binası qarşısında çadırlar qurulur 14 Noyabr 2019, 22:59 Bakıda ata və oğlu bıçaqlandı 14 Noyabr 2019, 22:46 İndoneziyada 7,2 bal gücündə zəlzələ oldu 14 Noyabr 2019, 22:28 3552 məhbus əfv edildi 14 Noyabr 2019, 22:13 Xarici İşlər Nazirliyi azərbaycanlıların Almaniyada həbsi barədə... 14 Noyabr 2019, 21:53 Məktəbdə silahlı insident 14 Noyabr 2019, 21:41 Azərbaycan Kolumbiya əlaqələri müzakirə edilib 14 Noyabr 2019, 21:24 Almaniyada azərbaycanlı mühacirə aid restoranda axtarış 14 Noyabr 2019, 21:09 "Qardaşım çirkin oyunun iştirakçısı deyil" - Şahbaz Xuduoğlu 14 Noyabr 2019, 20:54 Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edildi - SİYAHI 14 Noyabr 2019, 20:43 Qanunu kobud pozan 4 hakimə töhmət verilib 14 Noyabr 2019, 20:30 "Mühacir alveri ilə bağlı həbs edilməmişəm" - Sabiq ədliyyə işçisi 14 Noyabr 2019, 20:17 Azərbaycan millisi Lixtenşteynə qalib gəldi 14 Noyabr 2019, 20:03 Ərdoğan Trampdan razı qalıb: “Bu dəfə onun daha müsbət və konstruktiv olduğunu gördüm” 14 Noyabr 2019, 19:58 Deputatlarımız Belarusdakı parlament seçkilərni izləyəcəklər 14 Noyabr 2019, 19:48 2 minə yaxın abonent qazsız qaldı 14 Noyabr 2019, 19:43 Gəncədə ağır yol qəzası: 1 ölü, 3 yaralı - FOTO 14 Noyabr 2019, 19:34 Bahalı müğənnilər dövlətə nə qədər vergi ödəyirlər?  - SORĞU 14 Noyabr 2019, 19:19 Xameneyidən gözlənilməz addım - dövlətə qarşı çıxanları ƏFV etdi 14 Noyabr 2019, 18:54 “Azərbaycan və İranı ortaq tarixi-mədəni keçmiş və din bir-birinə sıx bağlayır” - Əbülfəs Qarayev 14 Noyabr 2019, 18:41 İsrail səfiri Azərbaycandan gedir 14 Noyabr 2019, 18:33 Azercell-in dəstəyi ilə beşinci Uşaq Paralimpiya Oyunları keçirilib 14 Noyabr 2019, 18:25 İcra başçısı məktəblilərlə görüşdü 14 Noyabr 2019, 18:19 Serj Sarkisyanın kürəkəni Paşinyanı devirmək üçün 7 üsul TƏKLİF ETDİ 14 Noyabr 2019, 18:08 Gecikmiş sevgi etirafi 14 Noyabr 2019, 18:07 İlham Əliyev: “Söz sağalda bilər, söz yaralaya bilər, söz öldürə bilər” 14 Noyabr 2019, 17:56 Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir - FOTO   14 Noyabr 2019, 17:54 Azərbaycanlı jurnalistlərdən erməni jurnalistlərin Bakıya gəlişinə REAKSİYA 14 Noyabr 2019, 17:46 Cəbhə bölgəsində məktəblilər üçün təlimlər keçiriləcək - FOTO 14 Noyabr 2019, 17:46