Arxiv
19 Oktyabr 2019, 21:26 | ANALİTİKA
“Barış çeşməsi”  kimləri susuz qoyacaq? - TƏHLİL

Suriya düyünü Türkiyənin “Barış çeşməsi” əməliyyatının başlaması ilə açılacaqmı? Bu günə olan vəziyyət göstərir ki, onsuz da kifayət qədər mürəkkəb problemin daha da çox düyünə düşmə ehtimalı böyükdür.

 
Göründüyü kimi, Türkiyənin əməliyyatlar keçirməkdə nə dərəcədə israrlı olması Avropada və ABŞ-da düzgün hesablanmayıb. Avropa siyasətçiləri mövzuya çox səthi yanaşdılar. Sadəlövh fərziyyə irəli sürüldü ki, sosial və iqtisadi problemlərlə üzləşən, İstanbul və Ankara kimi strateji şəhərlərdə son seçkiləri qazana bilməyən "AK Parti" nüfuzunu bərpa etmək üçün ictimai fikri ölkədən kənara yönəltməyə cəhd edir. Fransa və Almaniya Türkiyəyə silah təchizatını dayandırdılar. Avropalılar danışıqlar yolunu seçməyin vacib olduğunu önə çəkdilər.


Xarici işlər naziri Çavuşoğlu ölkəsinə bu cür vasitələrinin əhəmiyyətsiz olduğunu bildirdi: “Biz terrorçularla vuruşuruq”. Türkiyə öz ərazisində məskunlaşmış, 3 milyonadək (bəzi hesablamalara görə isə daha çox) Suriya qaçqınını sərhəd boyu yerləşdirməkdə və təhlükəsizlik zonası yaratmaqda israrlı olduğunu ortaya qoydu. Ərdoğan qəti şəkildə bildirdi ki, “Türkiyə terror təşkilatları ilə bir masa ətrafında oturmayacaq”.



 

Türkiyə üçün sərhəd ərazilərinin təhlükəsizliyi məsələsinin nə dərəcədə əhəmiyyətli olması ABŞ-da da, görünür, tam dərk olunmayıb. Oktyabrın 17-də dünya xəbər agentlikləri Trampın Ərdoğana oktyabrın 9-da göndərdiyi məktubu tirajladılar. Nəyə görə 8 gün sonra? Məktub diplomatiyada yolverilməz bir tonda yazılmışdı. Tramp sırf özünəməxsus tərzdə Ərdoğana özünü “məğrur, ipə-sapa yatmayan” oğlan kimi aparmamağı məsləhət görürdü. Amma Trampın məktublarını yüksək səviyyədə təlim keçmiş beynəlxalq yazışma üzrəmütəxəssislər tərtib edirlər. Digər tərəfdən, demokratlar belə məktubun Ağ Evdən çıxmasına şübhə ilə yanaşdılar və bildirdilər ki, bu sadəcə respublikaçıları razı salmaq üçün ortaya atılmış və heç bir zaman rəsmi göndərilməmiş bir məktubdur.

Türkiyənin əsl təhlükəsizlik qayğılarına o qədər az məhəl qoyulur ki, bəzi kalkulyasiyalar təəccüb doğurur. Nyu Yorkun keçmiş meri Culiani Trampa Pensilvaniyada yaşayan müxalif dini xadim Fətullah Güləni Suriya mövzusu üzrə kompromis kimi Türkiyəyə təhvil verməyi təklif etməsi bu qəbildəndir.

Oktyabrın 16-da Nümayəndələr Palatası 354-60 nisbəti ilə Trampın Suriya ərazisindəki ön postlardan qoşunları geri çəkmə əmrinə qarşı səs verib. Trampın qərarına qarşı səs verən konqresmenlərin 129-u respublikaçılardır. Oktyabrın 17-də Birləşmiş Ştatlar Nümayəndələr Palatasının spikeri Nənsi Pelosi Türkiyə müzakirələri zamanı Trampın xarici siyasətinə Putinin təsir edə bilməsi ilə bağlı narahatlığını bildirdi və əlavə etdi ki,“Bütün yollar Putinə doğru aparır”. Tramp isə Suriyadakı uğursuzluğu demokratların və Obamanın məsuliyyətsizliyi ilə bağladı və spikeri “üçüncü dərəcəli siyasətçi” adlandırdı.

 


Xanım Pelosinin cavabı daha kəskin oldu: “Kaş ki, Siz də bir qədər siyasətçi olaydınız, cənab Prezident, o zaman siyasətdə nəyin mümkün olması, nəyin mümkün olmamasını bilərdiniz.”

Trampdan soruşuldu ki, nəyə görə Amerika qoşunları ərazidən çıxarıldı və Türkiyə ordusunun irəliləməsi üçün şərait yaradıldı.

Tramp cavab verdi ki, “plan Türkiyənin irəliləməsini deyil, amerikalıların təhlükəsizliyini təmin etmək idi”.

Daha sonra Tramp “kürdlər heç də mələk deyillər”, “PKK elə İŞİD qədər və bəlkə də daha təhlükəlidir” və “biz kürdlərə tərəfimizdə vuruşmaq üçün külli miqdarda pul ödəmişik” kimi ziddiyyətli və qarışıq fikirlərlə gündəmə gəldi.



Elə həmin gün, görüşməyəcəyini qətiyyətlə bəyan etsə də, Rəcəb Təyyib Ərdoğan ABŞ vitse-prezidenti Mayk Pens və Dövlət Katibi Pompeonu Ankarada qəbul etdi. Görüşün nəticəsi kimi ABŞ və Türkiyə Suriya üzrə 120 saatlıq atəşkəs razılığına gəldilər. Bu müddət ərzində kürd birləşmələri Suriyanın Türkiyə ilə sərhəd bölgəsi zolağından geri çəkilməli, Türkiyə ordusu isə hərbi əməliyyatları dayandırmalıdır. Həm Birləşmiş Ştatlar prezidenti, həm də Türkiyə prezidenti əldə olunan razılıqdan məmnun qaldılar. Pens əldə olunan razılıqda Trampın liderlik bacarığını təriflədi, lakin Ərdoğan məqsədinə daha çox nail olan tərəf kimi görünür.

 

 

Hansı tərəfin diplomatik qələbə qazanmasını şərh etmədən, şimal-şərqi Suriya üzrə birgə ABŞ-Türkiyə Bəyanatının elə birinci bəndinə diqqət yetirmək kifayətdir:

“ABŞ və Türkiyə bir daha NATO üzvləri kimi münasibətlərini təsdiq edirlər. ABŞ Türkiyənin cənub sərhəddi üzrə qanuni təhlükəsizlik narahatlığını anlayır.”


Birgə bəyanatdan sonra həm də aşağıdakı nəticələrə gəlmək olar:


-Türkiyənin sərhəd boyu hərbi əməliyyatları ABŞ tərəfindən tənqidlə qarşılansa da, Amerika Suriyanın güclü olmasını istəmir, çünki Suriya həm İranla, həm də “Hezbollah”la yaxındır.


-Bu yaxınlıq heç Amerikanın regiondakı yaxın müttəfiqləri İsrail və Səudiyyə Ərəbistanının da urəyincə deyil.


-İsrail və Səudiyyə Ərəbistanının müdaxilə etmədiyi, ABŞ-ın isə itki vermək istəmədiyi ərazidə Suriyanı bir daha, bu dəfə artıq Türkiyə vasitəsilə zəiflətmək Amerikanın Yaxın Şərq planları ilə ziddiyyət təşkil etmir.


-Əsəd rejimi ilə Türkiyə rəhbərliyi arasında ciddi ziddiyyətlər mövcud olsa da, türk ordusunun Suriya ərazisinə müdaxiləsi kürdlərin sıxışdırılması baxımından həm də Əsəd hakimiyyəti üçün sərfəlidir.


-Məlum deyil ki, Suriya kürdlərinin Türkiyə ilə sərhəd ərazisindən uzaqlaşdırılması məsələsi kürdlərin özü ilə razılaşdırılıb,  ya yox. Ona görə də bundan sonra kürdlərin hansı taktika ilə hərəkər edəcəyi də bilinmir.
 

-Birgə ABŞ-Türkiyə bəyanatında Əsəd ilə Rusiya və İranın adları da çəkilmir. Amma Ərdoğanın atəşkəs müddətinin son günündə Rusiya Prezidenti Putinlə görüşəcəyi planlaşdırılır.

 

ABŞ hər zaman özünün Yaxın Şərq siyasətində Türkiyədən səmərəli istifadə edib. Tərəflər arasında ilk çat 2003-cü ildə Birləşmiş Ştatların Səddama qarşı keçirdiyi əməliyyatlar zamanı yarandı. O zaman Türkiyə hökuməti ABŞ ordusunun zirehli və mexaniki vasitələrinin Türkiyə ərazisindən İraqa keçməsinə razılıq vermədi. Həmin tarixdən hər iki tərəf lazımi nəticələr çıxardı.Türkiyə öz iradəsini ortaya qoydu və məlum oldu ki, lazım gələn anda Türkiyə öz maraqlarını NATO daxili maraqlardan üstün tutacaq. ABŞ eyni zamanda başa düşdü ki, Türkiyə qəti müstəqil qərarlar qəbul edə bilər.


Ən əsası isə Türkiyə anladı ki, ABŞ-la əməkdaşlıq etmədiyi təqdirdə, ABŞ digər müttəfiqlər axtaracaq və bu müttəfiqlərin maraqları Türkiyənin milli maraqları ilə əks ola bilər. Hadisələrin gedişatı və təhlillər göstərir ki, ABŞ Türkiyəsiz də Yaxın Şərqdə əməliyyatlar keçirə bilər, amma bölgədəki mürəkkəb problemlərin həllində Türkiyə ilə birgə əməkdaşlıq etmədən arzuolunan nəticələrə nail olmaq  mümkün deyil.


Yəqin məhz elə buna görə də, “Barış çeşməsi” əməliyyatından əvvəl də, əməliyyat zamanı da ABŞ və Türkiyə zahiri görünüşdən tam əks mövqedə duraraq çox kəskin söz davasına çıxsalar da, reallıqda çox həmahəng hərəkət etməyə başladılar.

 

Tahir Kərimov

Diplomat, Harvard Universitetinin məzunu,
Mərhum Prezident Heydər Əliyevin şəxsi tərcüməçisi

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirus insandan heyvana keçdi 4 Aprel 2020, 01:20 KİV nümayəndələri üçün evdən çıxma icazəsi tələb edilməyəcək 4 Aprel 2020, 00:54 158 170 nəfərin evdən çıxma icazəsi TƏSDİQLƏNDİ 4 Aprel 2020, 00:36 Həkimin koronavirusun dərmanı ilə bağlı təklifi dünyanı silkələdi - VİDEO 4 Aprel 2020, 00:19 Koronavirusa virusa yoluxanların sayı daha 76 190 nəfər artıb - ÜST 4 Aprel 2020, 00:01 Fransada bir sutkada 588 nəfər koronavirusdan öldü 3 Aprel 2020, 23:45 Bu şəxslər karantin dövründə də avtomobillə sərbəst hərəkət edə biləcək 3 Aprel 2020, 23:29 20 yaşadək gənclərin də küçəyə çıxması qadağan edildi 3 Aprel 2020, 23:13 Maska qıtlığının səbəbi AÇIQLANDI 3 Aprel 2020, 22:54 "Azəriqaz"ın rəhbəri: "Kommunal məsələlər vaxtında öz həllini tapmalıdır" 3 Aprel 2020, 22:37 Onlayn əsasda Qoşulmama Hərəkatı Modeli Simulyasiya Təlimi təşkil ediləcək 3 Aprel 2020, 22:22 Yaxın günlərdə bank kreditləri ilə bağlı qərar AÇIQLANACAQ 3 Aprel 2020, 22:06 Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi 3 Aprel 2020, 21:37 “Biliklərin yaradılması və ötürülməsində universitetlərin inhisarçılığının sonu görünür” - Ədalət Muradov 3 Aprel 2020, 21:24 İtaliyada koronavirus qurbanlarının sayı 14 681-ə çatdı 3 Aprel 2020, 21:11 Azərbaycanda koronavirusa yoluxanlar bu ərazilərdəndir - SİYAHI 3 Aprel 2020, 20:47 Türkiyədə koronovirusdan bir gündə 69 nəfər öldü 3 Aprel 2020, 20:35 İranda koronavirusa yoluxanların sayı artır 3 Aprel 2020, 20:18 Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu onlayn rəsm müsabiqəsi keçirir 3 Aprel 2020, 20:03 ASAN Xidmət jurnalistlərə MÜRACİƏT ETDİ: Sui-istifadə hallarına yol verməyin! 3 Aprel 2020, 19:13 Tanınmış jurnalistə ağır itki üz verib 3 Aprel 2020, 18:36 “Azercell” təhlükəsizlik tədbirlərini gücləndirir 3 Aprel 2020, 18:18 Həkimlərin ailəsi necə qorunur? - Deputat: “Tibb işçilərinə ayrıca yer ayrılsın 3 Aprel 2020, 18:13 Aİ tibbi ləvazimatların idxalına vergiləri ləğv etdi 3 Aprel 2020, 18:05 Kamran Əliyev:Jurnalistin öz şəxsi maşını ilə işə getmələrinə məhdudiyyət yoxdur” 3 Aprel 2020, 17:59 Dolların MƏZƏNNƏSİ açıqlandı 3 Aprel 2020, 17:55 Fransa İtaliya və İspaniyaya göndərilən tibbi maskaları müsadirə etdi 3 Aprel 2020, 17:54 Başıbəlalı “Corona” pivəsinin istehsalı dayandırıldı 3 Aprel 2020, 17:42 “Virtual məktəb” portalında bir gündə 36 min şagird qeydiyyatdan keçib 3 Aprel 2020, 17:36 Spikerin son SƏRƏNCAMI Milli Məclisin nüfuzunu özünə qaytaracaq - “Gül balalar” yola salınır 3 Aprel 2020, 17:30 Sürət qatarı koronaviruslu xəstələr üçün reanimasiya şöbəsinə çevrildi - FOTO 3 Aprel 2020, 17:24 Aprel döyüşlərinin iştirakçısı xanımının üzüyünü güllə gilizindən düzəldibmiş - FOTO 3 Aprel 2020, 17:17 “Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur” - Anar Hüseynov 3 Aprel 2020, 17:16 Sosial izolyasiya ailədaxili zorakılığı kəskin artırıb – PROBLEM 3 Aprel 2020, 17:13 Deputat: “Əhali 3 aylığa işıq, qaz və digər kommunal xidmətlərdən azad olunub” 3 Aprel 2020, 17:10